Vətən, el üçün xeyirxah işlər görənlər unudulmur, canlı tarixə çevrilirlər

Tarixin yaddaşına möhürünü vurmuş fövqəladə şəxsiyyətlərin zəngin, şərəfli və mənalı ömür yolunu nəzərdən keçirmək bütöv bir millətin, dövlətin salnaməsini yaratmaq qədər çətindir. Ümummilli lider Heydər Əliyevin siyasətini şərəflə yerinə yetirən ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir. O, bütün bunların öhdəsindən ləyaqətlə gəlmişdir, çünki, Z.Qaralov Heydər Əliyev məktəbinin yetirmələrindən idi.
Bu gün bütün ictimaiyyətimiz haqlı olaraq dərin iftixar və qürur hissi keçirir ki, dahi şəxsiyyət, ümumilli liderimiz Heydər Əliyevin gecəli-gündüzlü gərgin əməyi sayəsində Azərbaycanda iqtisadi və sosial sahə surətlə inkişaf etmiş ictimai-siyasi sabitlik bərqərar olmuşdur. Heydər Əliyevin uğuru və bizə olan töhfəsidir. Bu müdrik siyasətçilərdən biri olan Z.Qaralov bu gün aramızda olmasa da, onun məktəbini Zakir Qaralov ləyaqətlə davam etdirir.
Z.Qaralov böyük rəmz idi. Ağıl, idrak rəmzi, siyasətdə düzgün və birbaşa siyasətin müəllifi, ustadı idi. Hələ dövlətimiz müstəqilliyini bərpa etdiyi ilk günlərdən, Heydər Əliyevin izi ilə üçrəngli bayrağı-Demokratik Cümhuriyyətin bayrağını qəbul etmiş, Azərbaycan Sovetlər İttifaqının məngənəsində çabaladığı vaxtlarda o, tarixi varisliyi-tarixi əlaqəni, mənəvi körpünü bərpa etmişdir. Z.Qaralov keçmişin qədrini yaxşı bilirdi. Tarixi əziz tutur, tarixdən faydalanmağı yaxşı bacarırdı. Tarix onun üçün uzaq gələcəyi göstərən teleskop idi. O, gələcəyi tarixin gözü ilə görə bilirdi. O, şanlı tarix dolu qan yaddaşımıza yaxşı bələd idi.
Azərbaycan tarixini bilən adamlar üçün Azərbaycan tarixini öyrənənlər üçün, Azərbaycan həqiqətlərinə tapınanlar üçün və Azərbaycan taleyini öz taleyi bilənlər üçün bu tarix həmişə müqəddəs olacaqdır. Bizim bütün sahələrdə işlərimiz uğurla gedir. Bizi narahat edən və hələ nail olmadığımız bir problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsidir. Azərbaycan dövləti artıq qurulub. Bütün bunların başlanğıcı faciələrdən, fəlakətlərdən qurtuluş anından başlayır. Ulu öndər Heydər Əliyev özü necə də müdrikcəsinə demişdir: “Tarix nədən yaranır? Tarixi insanlar yaradır. İnsanların şəxsiyyəti tarixi yaradır-əgər onlar şəxsiyyətdirlərsə”.
Zahid müəllimin gəncləri xoş gələcəyə aparan formulası belədir: Həqiqət, elm, bacarıq, qələbə.
Həyatı və tutduğu vəzifələr
Zahid İbrahim oğlu Qaralov (d. 10 iyul 1934, Dmanisi,Gürcüstan SSR,-ö.7 yanvar 2015 Berlin, Almaniya) Azərbaycan ictimai-siyasi xadimi, pedaqoq, Yeni Azərbaycan Partiyası yaradıcılarından biri, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor.
Zahid Qaralov 1934-cü il iyul ayının 10-da qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunun Ormeşən kəndində Türkiyədə ruhanilər məktəbində təhsil almış Molla İbrahimin ailəsində dünyaya göz açmışdır.
Zahid müəllimin atası Qaraloğlu Molla İbrahim heç bir günahı olmadan 1937-ci illərin represiya qurbanlarından biri olduğuna görə, anası Fatma ana və böyük qardaşları Rza, Ziyəddin, Nəsrəddinin himayəsində böyümüşdür. Onun uşaqlıq illəri hamı kimi II Dünya müharibəsinə təsadüf etdiyindən çox çətinliklə keçmişdir. Bu çətinliklərə baxmayaraq Zahid müəllim 1947-ci ildə Ormeşən 7 illik məktəbini; 1950-ci ildə Qızılkilsə kənd orta məktəbini yaxşı qiymətlərlə bitirərək, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyət fakültəsinə qəbul olmuşdur. Oranı müvəffəqiyyətlə bitirdikdən sonra, Zahid müəllim 1956-ci il avqust ayının 15-də birbaşa Ormeşən 8-illik məktəbinə direktor təyin olunmuşdur.
1956-cı ildə Gürcüstan müəllimlərinin I qurultayına nümayəndə seçilib. “Əməkdə fədakarlığa görə” medalı ilə təltif edilib.
1959-cu il Başkeçid Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsinə seçilib. Dmanisi Rayon Partiya Komitəsinin plenum üzvü və büro üzvü olmuşdur. Dmanisi Qəsəbə Sovetinin deputatı seçilmişdir. Müsabiqə yolu ilə Azərbaycan Pedaqoji İnstitutunda “Fizikanın tədrisi metodikası” ixtisası üzrə qiyabi aspiranturaya qəbul olunub.
1959-cu ildə Gürcüstan LKGİ MK-nin plenum üzvü seçilib.
1960-ci il 20 oktyabrda Elmi rəhbəri A.A.Abbaszadənin məsləhəti ilə qiyabi şöbəsindən əyani şöbəsinə keçib.
1961-ci il 20 dekabrda aspiranturanın əyani şöbəsinə keçməsi ilə əlaqədar Gürcüstan LKGİ-nin birinci katibi E.A.Şevardnadzenin və Başkeçid (Dmanisi) rayon partiya komitəsinin birinci katibi Sosialist Əməyi Qəhrəmanı Mahmud Quliyevin razılığı ilə Başkeçid (Dmanisi) Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsindən azad olunub.
1961-1964-cü illərdə APİ-nin “Fizikanın tədrisi metodikası” kafedrasının əyani aspirantı olub.
1964-cü ildə aspiranturanı bitirib. Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqogika İnstitutunun (ADETPİ) “Politexnik təlim” şöbəsinə kiçik elmi işçi vəzifəsinə təyin olunub. Eyni zamanda Bakının 31 №-li eksperimental məktəbində fizika-riyaziyyat müəllimi kimi fəaliyyətə başlayıb.
1964-1979-cu ilə kimi hər il ADETPİ-nin partiya təşkilatının katibi vəzifəsinə seçilib. Eyni zamanda Bakının “26 Bakı Səbail Rayon Partiya Komitəsi üzvlüyünə namizəd və üzv olub.
1967-ci ilin avqust ayında ADETPİ-də baş elmi işçi vəzifəsinə seçilib.
1967-ci ilin 12 dekabrında ADETPİ-nin “Əmək və Politexnik təlim” şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
1977-ci ilin 15 aprelində Heydər Əliyevin sədrlik etdiyi Azərbaycan Kommunist Partiyası bürosunda ADETPİ-nin direktoru təyin olunub.
1977-ci il sentyabrda Umumittifaq Pedaqoji və Psixoloji Tədiqatları Əlaqələndirmə Şurasının üzvü seçilib və SSRİ-nin süqutuna qədər həmin vəzifəni yerinə yetirib.
1978-ci ildə SSRİ müəllimlərinin I qurultayına nümayəndə seçilib. N.Tusi adına ADPU-da pedaqogika, dil- ədəbiyyat və fizika metodikası üzrə ixtisaslaşdırılmış müdafiə şurasına üzv seçilib.
1981-ci ildə “Respublikanın Əməkdar Müəllimi” fəxri adına layiq görülüb. ’’Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunub.1983-cü ildə “Əmək veteranı”medalı ilə təltif edilib.
1983-cü ildə General Akim Abbasovun təklifi ilə Ümumdünya Sülhü Müdafiə Komitəsi Azərbaycan şöbəsinin idarə heyətinin üzvü seçilib.
1987-ci ildə SSRİ müəllimlərinin II qurultayına nümayəndə seçilib. Maarif nazirinin müavini vəzifəsindən öz xahişi ilə azad olunub, yenidən AETPEİ-nin direktotu vəzifəsinə təyin edilib. Respubilikada ilk dəfə yaradılmış “İstedad” assosiasiyasının sədri seçilib.
1987-1989-cu illərdə rəhbərlik etdiyi mütəxəssis qrupu ilə Azərbaycanın tarixində ilk dəfə hazırladığı “Azərbaycan Milli Təhsil Konsepsiyası” Azərbaycan KP MK-da bəyənilib, təsdiq olunub, istifadəyə verilib.
1984-1989-cu illərdə rəhbərlik etdiyi mütəxəssis qrupunun hazırladığı “Azərbaycanın pedaqoji fikir antologiyası” Moskvada 30.000 nüsxə tirajla rus dilində çap olunub.
1990-cu il yanvarında Sovet ordusu tərəfindən törədilmiş qanlı yanvar faciəsində şəhid olmuş 132 nəfərin Kirov parkında dəfn edilməsi və “Şəhidlər xiyabanı” yaradılması təşəbbüsünü irəli sürüb, buna nail olub.
1992-ci il iyul-noyabr. Yeni Azərbaycan Partiyasının yaradılmasına təşəbbüs göstərmiş, “91-lər” hərəkatının fəal iştirakçısı olub. Yeni Azərbaycan Partiyasının (YAP) Naxçıvanda keçirilən təsis konfransında iştirak edib, siyasi şuranın və idarə heyətinin üzvü seçilib.
1992-ci ilin fevralında YAP Səbail rayon təşkilatının yaradılmasında fəallıq göstərib, partiyanın rayon təşkilatının idarə heyətinin dəfələrlə üzvü və sədri seçilib. 1994-cü il sentyabrda “Orta məktəbdə fizika qanunlarının örədilməsi üzrə işin sistemi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, pedaqoji elmlər doktoru elmi dərəcəsi alıb. Eyni vaxtda professor elmi adına layiq görülüb.
1992-oktyabr Azərbaycan Respublikası prezidenti yanında Ali Attestasiya Komissiyasında (AAK) “Pedaqoji və psixoloji elmlər üzrə ekspert komissiyası” nın sədri təyin olunub, 11 nəfərdən ibarət komissiya üzvlərini seçib, Rəyasət Heyətində təsdiq etdirib.
1992-ci il 04 mayda Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan Respublikası prezidenti yanında Əfv komissiyasının üzvü təyin olunub.
1992-ci il 12 noyabrda Proporsional yolla (YAP siyahısı üzrə) Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib.
1992-ci il 24 noyabr. Milli Məclisdə ilk dəfə yaradılmış “Yerli özünüidarəetmə” daimi komissiyasının sədri seşilib.
1993-cü il yanvar. Gürcüstan Respublikası parlamenti ilə əlaqə komissiyasının sədri seçilib.
1993-cü ildə “Fizika qanunlarının tədrisi” monoqrafiyası çap olunub.
1993-cü ilin aprelində Həcc ziyərətində olub.
1993-cü ildə Yeni Azərbaycan Partiyasının I qurultayına nümayəndə seçilib. Qurultayda çıxış edib. YAP Siyasi Şurasının və idarə heyətinin üzvü seçilib.
Tələbələri Ə.Osmanlı və V.Məmmədovla birlikdə 1-4-cü siniflər üçün hazırladıqları yeni riyaziyyat kompleksinin (tədris proqramı, dərslik, metodika, test, dəftər və s.) çapına və məktəblərdə kütləvi tətbiqinə nail olub. Azərbaycan Respublikası Milli Məclisinin Fəxri Fərmanı ilə təltif olunub.
10 avqust ABŞ-ın Linkoln şəhərinin fəxri vətəndaşı, 12 avqust ABŞ-ın Freeport şəhərinin fəxri vətəndaşı seçilib.
3 oktyabr ABŞ-ın Karolina ştatının Durham şəhərinin fəxri vətəndaşı, 5 oktyabr. ABŞ-ın Nebraska ştatının fəxri vətəndaşı seçilib.
1999-cu ildə Azərbaycan Respublikası Milli Məclisinə yenidən deputat seçilib. Regional məsələlər daimi komissiyasına sədr seçilib. 2000-ci il Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə təkrarən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv komissiyasının üzvü təyin olunub. 2001-ci ildə YAP-ın II qurultayına nümayəndə seçilib. 2002-ci ildə Fransada Strasburq şəhərində AŞ-nın beynəlxalq elmi konfransında “Azərbaycanda bələdiyyə” mövzusunda məruzə edib. Məruzə yüksək qiymətləndirilib.
1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. Bir neçə dərslik və dərs vəsaitinin müəllifidir.
2003-cü il “Tərbiyə” üçcildliyi çap olunub. Zahid İbrahim oğlu Qaralovun yüzlərlə elmi məqaləsi və kitabları nəşr olunmuşdur. İşlədiyi dövrdə göstərdiyi nailiyyətlərə görə bir sıra orden və medallarla, o cümlədən Azərbaycan Respublikasının “Şöhrət” və “Şərəf” ordenləri ilə təltif edilmişdir.
Zahid müəllim böyük bir ziyalı olmaqla bərabər, həm də onun adına layiq tərbiyəsini almış, İlqar kimi oğlu, Mehriban və Gülnarə kimi qızları var.
Görkəmli pedaqoq və siyasi xadim Zahid İbrahim oğlu Qaralov ömrünün axırına kimi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv komissiyasının üzvü və Səbail rayonunda YAP-ın sədr vəzifəsində çalışmışdır.
İctimai-siyasi xadim, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, riyaziyyatçı alim, pedaqoq, pedaqoji elmlər doktoru, professor Z. Qaralov 7 yanvar 2015-ci ildə Berlin şəhərində yerləşən xəstəxanada səksən bir yaşında insult xəstəliyi səbəbi ilə dünyasını dəyişmişdir.
Zahid İbrahim oğlu Qaralov ikinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Qeyd edək ki, Z.Qaralov Azərbaycanın baş prokuroru Zakir Qaralovun əmisidir.
Zahid müəllimin həyatı ümummilli lider Heydər Əliyev yolu ilə bağlı olub.
Professor Z.Qaralovun elmi-pedaqoji, ictimai-siyasi fəaliyyəti olduqca maraqlı, həmçinin çoxşaxəli və əhatəlidir. Dərin mənalı və çox şərəfli ömür yolu keçən, həyatını bütövlükdə doğma xalqının maariflənməsinə sərf edən, bir müəllim və pedaqoq kimi öz məktəbi, öz dəsti-xətti olan bu böyük şəxsiyyət hər cür tərifə və təqdirə layiqdir. Onun məktəbindən çıxan tələbələrin sayı yüzlərlədir. Bu gün onlar respublikamızın və digər ölkələrin müxtəlif yerlərində ləyaqətlə təmsil olunurlar.
Z.Qaralov bir çox elmi əsərlərin və samballı monoqrafiyaların müəllifidir. Onun son vaxtlar qələmə aldığı üç cildlik “Tərbiyə”, həmçinin “İdeologiya və mənəviyyat” fundamental əsərlərini pedaqogika tariximizdə mühüm hadisə kimi qeyd etmək lazımdır. Zahid müəllim dünya bina olandan bu yana insanlığın qarşılaşdığı çox mürəkkəb bir proses olan ideologiya, mənəviyyat və tərbiyə məsələlərini xalqımızın milli-mənəvi dəyərlərinə uyğun olaraq təhlil edib, demək olar ki, bu sahədə tam yeni mütərəqqi təlim yaradıb. Müasir düşüncə tərzinin formalaşması istiqamətində aparılan araşdırmalar, klassik və hazırki tərbiyə üsullarının vəhdəti, İslam dininin yüksək əxlaqi keyfiyyətlərinin tətbiqi, bununla da mahiyyətcə yeni, xalqımızın mentalitetinə uyğun tərbiyə mərhələsinin yaranması bu əsərlərin ana xəttini təşkil edir. Bu əsərlər uzun illər boyunca yad təsirlər nəticəsində tərbiyə metodologiyamızda yaranmış boşluğu aradan qaldırıb desək, heç də yanılmarıq.
Z.Qaralovun ictimai-siyasi fəaliyyəti də yüksək qiymətə layiqdir. Onun müstəqil Azərbaycan dövlətinin yaranması, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində göstərdiyi xidmətlər əvəzolunmazdır. Zahid müəllim yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının çətin günlərində, dövlətçiliyimiz təhlükə qarşısında qaldığı zaman əsl vətəndaşlıq nümunəsi göstərərək cəsarətli addımlar atıb, gənc dövlətimizin qorunması üçün əlindən gələni əsirgəməyib. O, öz arzusu ilə Naxçıvan Muxtar Respublikasının dövlət quruculuğunun və MR Ali Məclisinin sədri Heydər Əliyevin Müdafiəsi Komitəsinin sədri olanda da, Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin hakimiyyətə gəlməsi üçün məşhur 91-lərin lideri kimi ona müraciət edərkən də, dəfələrlə Naxçıvana gedərək Heydər Əliyevin yanında olarkən də Azərbaycanın gələcək taleyini düşünüb, ana vətəninə dərin sədaqət nümayiş etdirib.
Məlum hadisələr baş verdikdən sonra Azərbaycanda gedən ağır və mürəkkəb prosesləri əks etdirən “Hər dövrün öz kitabı var” və “Əbədiyyətə gedən yollar” kitabları müstəqil dövlətimizin ilk dövrünün salnaməsi kimi ölkəmizin tarixinə düşüb1999-cu ildə Z. Qaralovun 65 illik yubileyi münasibətilə onu təbrik edən Azərbaycan Respublikasının prezidenti H.Əliyev demişdi: “Mən Naxçıvanda olarkən yanıma gəlməyini, bir sıra məsələlər barəsində söhbət apardığımızı yaxşı xatırlayıram. O zaman - 1992-ci ildə mənimlə əlaqədar mətbuatda çıxan yazıların da yaxşı xatirimdədir. Mən bunları yüksək qiymətləndirirəm.
Biz həmişə bir yerdə olmuşuq. Bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq. Görüləcək işlərimiz çoxdur”.
Bütün bunlar Azərbaycan prezidenti, ulu öndər H.Əliyevin Zahid müəllimin hər zaman səmərəli fəaliyyətinə və sədaqətinə verdiyi böyük qiymət idi.
H.Hacısoyun Z.Qaralovun 70 illik yubileyində qələmə aldığı şeiri sizlərə təqdim edirik.
Yaranıb Tanrının xoş nəzərində,
Bar verən ağacdır, kökü dərində.
Bir müdrik yaşayır yer üzərində,
Adı və soyadı: Zahid Qaralov.
Ağlı-zəkasıdı dövləti, malı,
Həqiqət - qayəsi, düzlük - amalı!
Ailə başçısı, el ağsaqqalı,
Atadı, babadı Zahid Qaralov.
Bənzər ömrü-günü yanar çırağa,
Mövqeyində bəlli, sözündə ağa.
Təpədən dırnağa, başdan ayağa,
Nur saçan ziyadı Zahid Qaralov.
Doğma məkanıdır hər yan, hər bucaq,
Vətənə, torpağa bağlıdır ancaq.
Yüz külək əssə də, nə aparacaq
Qranit qayadı Zahid Qaralov.
Dosta mehribandı, baş əyməz yada,
Ucalıq yaraşır yalnız bu ada!
Fani saydığımız qoca dünyada,
Əbədi dünyadı Zahid Qaralov!
Zakir Qaralovun Zahid Qaralov haqqında söylədiyi fikirlər:
Yeni Azərbaycan Partiyasının yaranmasında, inkişafında, formalaşıb qüdrətlənməsində əhəmiyyətli rol oynamış və böyük töhfələr vermiş Zahid Qaralov təəssüf ki, hal-hazırda aramızda yoxdur. Onun bu müddət ərzində başa vurduğu həyat yolu Yeni Azərbaycan partiyasının tarixinin də əlamətdar bir hadisəsidir. Çünki Yeni Azərbaycan Partiyası yarandığı gündən Zahid Qaralov bu partiyanın yaranmasında, fəaliyyət göstərməsində öncüllərdən olmuşdur.
Zahid Qaralovun Ümummilli lider Heydər Əiyev irsinin öyrənilməsi və təbliğindəki fəaliyyəti, eyni zamanda onun elmi fəaliyyəti barədə demək istərdim. Zahid Qaralovun Azərbaycan xalqı, dövləti və elmi qarşısındakı xidmətləri misilsizdir. Onun elmi-pedoqoji, o cümlədən ictimai-siyasi fəaliyyəti çoxşaxəli olmuşdur. O, bütün bunlarla yanaşı, sözün həqiqi mənasında, müdrik müəllim olmuş və öz məktəbini ucaltmışdır. Yeni Azərbaycan Partiyasının Səbayel rayon təşkilatının sədri tanınmış ictimai-siyasi xadim Zahid Qaralovun fəaliyyətinin əsasında xalq, dövlət mənafeyi durmuşdur. Onun dövlətçiliyimizin yenidən bərpası dövründə dövlət mənafeyi üçün atdığı addımlar, gördüyü işlər bu gün də öz bəhrəsini verməkdədir. Belə bir ifadə var: “Milli təhlükəsizlik orqanları dövlətin bel sütunudur”. İnsanda olduğu kimi cəmiyyəti də, dövləti də ayaqda saxlayan məhz təhlükəsizlik orqanlarıdır, onun sistemidir. Heydər Əliyev və onun məktəbinin davamçıları, belə desək, məşhur 91-lərdən olan Zahid Qaralov da bu sütunun əyilməz, möhkəm olması üçün bu işin öhdəsindən layiqincə gəlmişdir. Bu gün və sabah, minilliklər sonra bu sütün öz möhkəmliyini və qüdrətini qoruyacaqdır. Azərbaycan bütün bunları ulu öndər H.Əliyevin modeli ilə, onun qurduğu sistem ilə qorudu. O dövrdə, o ağır, qanlı-qadalı bir vaxtda Ermənistanın işğalçı siyasəti, casusluq fəaliyyəti, kəşfiyyat orqanları, ölkə daxili çəkişmələr, asayişin pozulması, neft maraqları uğrunda döyüşən dövlətlərin mənafelərinin qarşısını almaq üçün Azərbaycan bu dövrdə böyük işlər həyata keçirdi. Şübhəsiz bunların hər biri xalqımıza, hər kəsə bəllidir. Bu gün bütün bunların həlli, ölkəmizin intibahı, günü-gündən möhkəmlənməsi o dövrkü uzaqgörən siyasətin və Z.Qaralov kimi istedadlı siyasətçilərin əməyinin bəhrəsidir. Hələ o dövrdə Yeni Azərbaycan Partiyasının yaranması ilə bağlı o, öz həyatını riskə atmış H.Əliyevin yanına, Naxçıvana yola düşmüşdür. Bu müddət ərzinə dəfələrlə çətinliklərlə üzləşən elmi xadim amalına çatmış, qarşısına qoyduğu məqsədin öhdəsindən ləyaqətlə gəlmişdir. Tanınmış ictimai xadim və pedoqoji elmlər doktoru, professor Zahid İbrahim oğlu Qaralov tutduğu vəzifələrdən asılı olmayaraq öhdəliyində olan bütün işləri layiqincə yerinə yetirmiş, çalışdığı sahələrdə yüksək təşkilatçılıq bacarığı ilə seçilərək göstərilən etimadı doğrultmuşdur. Azərbaycan pedoqogikasının inkişafında Z.Qaralovun xidmətləri təqdirə layiqdir. O, təhsil quruculuğu və məktəblərin təlim–tərbiyəsi problemlərinə dair samballı tədqiqatların müəllifi kimi tanınırdı. Alimin iki yüzdən çox elmi məqaləsi və altmışdan çox monoqrafiyası, dərs vəsaiti nəşr olunub. Respublikada pedoqogika sahəsində və elmi kadrların hazırlanmasında Z.Qaralovun böyük əməyi vardır. Sözün əsl mənasında müəllim nəslinin yetişməsində onun böyük əməyi və gərgin zəhməti vardı. Onun yazdığı bütün kitablar Azərbaycan müəllimlərinin stolüstü kitabına çevrilmişdir. Ömrü boyu əsl vətəndaşlıq mövqeyində dayanan Zahid Qaralovun xalqımızın arasında böyük nüfuzu, hörməti vardı. Z.Qaralovun elmi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmiş, bir sıra orden və medallarla, o cümlədən müstəqil Azərbaycan Respublikasının ali mükafatları olan “Şöhrət” və “Şərəf ” ordenləri ilə təltif edilib. Tanınmış ictimai xadim, bacarıqlı maarif işçisi, xeyirxah insan Z.Qaralov onu tanıyanların qəlbində həmişə yaşayacaqdır. Çünki o, amalı və əməli vəhdət təşkil edən Azərbaycan ziyalılarından idi. O, Azərbaycanın milli dəyərlərini və mənafeyini dünyanın aparıcı yüksək tribunalarından dəfələrlə səsləndirmiş, Azərbaycan dövlətinin dirçəlməsində, istər ərazi bütövlüyündə və s. sahələrdə qarşılaşdığı problemləri dünya birliyinə çatdırmışdır. Onun məqalələri yüzlərlə ölkələrdə dərc olunmuşdur. O, heç vaxt peşə baxımından ona tabe olan insanları danlamazdı, ancaq öz davranışı, hərəkət və düşüncələri ilə onlara nümunə olaraq onları tərbiyələndirərdi. Zahid müəllim gənc elmi işçilərə örnək, nümunə və müəllim idi. Həyatın hər anında onların ən gözəl dəstəkçisi idi. Buna görə də onun yaxınlığında böyüyən insanlar ondan çox yaxşı xüsusiyyətləri və düşüncələri öyrənib, yollarına uğurla davam etdilər. O, dostluqda da möhkəm, əzmli və sədaqətli idi. Dostdan və insanlardan yaxşılığı əsirgəməzdi.
Z.Qaralovu əqidəsinə, amalına sadiq insan kimi dəyərləndirən akademik A.Mehrabov qeyd edib ki, onun həyatına, elmi-pedaqoji, ictimai fəaliyyətinin bütün sahələrinə nəzər saldıqda açıq-aydın hiss olunur ki, o, öz adının daşıdığı məna və məzmununun hər iki qütbünün göstəricilərini çox uğurla yerinə yetirib və bundan sonra da indiki əqidəsi, amalı ilə yaşayacaq.
Aynurə Əliyeva
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]