“Vətən və millət sevgisi hər bir azərbaycanlının qanın coşdurmalıdır!”

31 dekabr Dünya azərbaycanlılarının həmrəylik günü, dövlət bayramı kimi qeyd edilən əlamətdar gündür
Dünyanın neçə-neçə ölkəsində yaşayan soydaşlarımız milli həmrəyliyi milli azadlıq mübarizəsinin məntiqi nəticəsidir. Xalqımızın daim öz keşməkeşli tarixində dövlətçiliyinə və bütövlüyünə haqsız vurulan zərbələrin təsirindən müxtəlif ölkələrə səpələnmişdir. Lakin, bu parçalanma vətən svgisini, doğma adət-ənənlərə. ana dilinə sadiqliyi onların ürəyindən silməmiş. əksinə, daha sıx bağlanması ilə təcəssüm etmişdir.
Azərbaycan ResRespublikası bütün dünya azərbaycanlılarının milli-mənəvi varlığını, azərbaycanlılığın müqəddəs rəmzlərini yaşadan dövlətdir. Harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız dövlətimizə arxalanır. Onun himayəsinə bel bağlayır. Ondan güc, qüdrət alır. Bununla bərabər. hər bir azərbaycanlının da üzərinə düşən müqəddəs borcudur ki, vətən üçün xeyirli işlər görsün. Azərbaycanımızı dünya ölkələri birliyində ətraflı, doğru-düzgün tanıtsın, Azərbaycan əleyhinə çevrilmiş bədxah təbliğatın qarşısını alsın.
Dünyanın bir çox ölkələrində milyonlarla azərbaycanlıları birləşdirən azərbaycanlı icmalar fəaliyyət göstərir. Bu gün redaksiyamızın qonağı Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadovdur. Hikmət Cavadov 1982-ci ildə Bakıda doğulmuş. 1998-ci ildə Bakı şəhəri 42 saylı orta məktəbi fərqlənmə attestatı ilə, 2002-ci ildə BDU-nun huquq fakültəsinin bakalavr, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomları ilə bitirmişdir. BDU-da oxuduğu dövrdə Azad Tələbə Həmkarlar İttifaqı Təşkilatının sədri vəzifəsinə irəli çəkilmişdir. Daha sonra təhsini Ukraynanın Milli Elmlər Akademiyasının Dövlət və Hüquq İnstitutunun aspirantura şöbəsində davam etmiş, 2008-ci ildə elə həmin institutda «Torpaq qanunvericiliyinin pozuntusuna görə mülki məsuliyyət» mövzusunda dissertasiya işini müdafiə edərək hüquq elmləri namizədi elmi dərəcəsini almışdır. 2009-cu ildə institutun elmi şurası tərəfindən təstiq olunmuş elmi monoqrafiyanın və 12-dən artıq elmi məqalənin müəllifidir. Hazırda həmin institutun doktorantura şöbəsində elmi fəaliyyətini davam etdirir. H. Cavadov 2005–ci ildə Ukraynanın paytaxtı Kiyev şəhərində «Demokratiyanın Nəbzi» Beynəlxalq İctimai təşkilatını təsis etmiş və hal-hazırda bu təşkilatın sədri vəzifəsində ictimai fəaliyyətini davam etdirir. Bu təşkilatın nəznində rus dilində dərc olunan «Slovo Azerbaydjana» və Azərbaycan dilində «Azərbaycanın sözü» qəzetlərinin şef redaktoru, «Ədalət» hüquq klinikası, Kiyev şəhərində fəaliyyət göstərən bazar günü məktəbi, «PD» online tv layihələrinin rəhbəridir.
Bu illərdə ictimai fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunmuşdur. Hikmət Cavadov Ukraynada Azərbaycan diasporunun sıx birləşməsi işinə verdiyi sanballı şəxsi töhfəsinə görə “Dədə Qorqud” Milli Xeyriyyə Fondunun “Vətən övladı” qızıl medalı ilə təltif olunub. Qeyd edək ki, dekabrın 10-da Kiyevdə Ukrayna Azərbaycanlılarının IV Forumu keçirilib. “Azərbaycan naminə bir olaq” devizi altında baş tutan tədbir Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu (UABD) tərəfindən təşkil edilib. Hikmət Cavadov Dünya Azərbaycanlılarının 4-cü Qurultayındakı çıxışında xaricdə yaşayan azərbaycanlıların üzləşdiyi bir sıra problemləri qeyd etmiş, soydaşlarımızın milli hüquqlarını və vədəndaş haqlarının qorunması məsələlərinə toxunmuşdur.
H. Cavadov gənc olduğuna baxmayaraq Ukraynada yaşayan soydaşlarımızın birliyinə nail olmaq üçün var qüvvəsini əsirgəmir, onların milli şüurunun yüksəldilməsində səmərəli işlər görməkdə iddialıdır. O. söhbət əsnasında Azərbaycan haqqında obyektiv həqiqətləri, erməni qəsbkarlarının torpaqlarımızı işğal etməsini, günahsız insanları necə qətlə yetirmələrini əks etdirən tədbirlərin keçirilməsinin və tarixi əhəmiyyət kəsb edən bu və ya digər təbliğatların nə qədər vacibliyini xüsusi qeyd etdi.
N. Cavadov Ukrayna Azərbaycan dövlətləri arasındakı dostluq və qardaşlıq münasibətlərindən. Ukrayna xalqı ilə mehriban əlaqələrindən də geniş məlumat verdi. - Bu gün təkcə Ukrayna-Azərbaycan münasibətləri yox, Ukraynanın digər dövlətlərlə də münasibətlərinin korlanmasında marağı olan ölkələr var. Qeyd etdiyiniz kimi, Azərbaycan hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Ukrayna da həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bir sözlə, Ukrayna-Azərbaycan münasibətləri hər zaman isti olub. Qarşımızda duran ən vacib məsələlərdən bir də, Ukraynada yaşayan soydaşlarımızla sıx əlaqə. Axlamaq. onların cəmiyyətimiz ətrafında birləşməsinə nail olmaqdır. Bu sahədə bir sıra çətinliklərimiz olsa da. çalışırıq öhdəsindən gələk.
Yaşının gənc olmasına baxmayaraq Hikmət Cavadov elmi və ictimai fəaliyyətinə görə xaricə yaşayan soydaşlarımız tərəfindən sevilir və onun uğurları ilə hər zaman fəxr edilir. Vətən və millət sevgisi N. Cavadova Allah tərəfindən verilən bir hədiyyədir. H. Cavadovun bu müqəddəs sevgisi bütün Azərbaycanlılar üçün örnək olmalıdır.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]