Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

`Vətən Övladı` ordeni ilə təltif edilən Krımbek Kuşerbayev Adminstrasiya rəhbəri oldu

167 Baxış sayı / 28-06-2019 13:32

Qazaxıstanın Qızıl Orda vilayətinin rəhbəri vəzifəsindən azad edilərək Kuşerbayev Krımbek Eleuoviç Qazaxıstan Prezident Administrasiyasının rəhbəri təyin olunub. 

Krımbek Kuşerbayev 1955-ci il mayın 20-də Qızıl Orda vilayətində anadan olub. O, Baş nazir müavini, Prezidentin mətbuat katibi vəzifəsində çalışıb. Müxtəlif vaxtlarda təhsil, mədəniyyət və səhiyyə naziri, təhsil və elm naziri olub.

2000-cü ilin sonunda Qazaxıstanın Qərbi Qazaxıstan əyalətinin başçısı olub, 2003-cü ilin noyabrında isə Qazaxıstanın Rusiya Federasiyasındakı səfiri təyin edilib. 24 yanvar 2006-cı ildən Mangistau vilayətinin rəhbəri olub. 2012-ci ildə Baş nazir müavini təyin edilib, 17 yanvar 2013-cü il tarixdən isə Qızıl Orda vilayətinə başçılıq edib.

Xatırladaq ki, 17 iyun 2019-cu il tarixində "Dədə Qorqud" Milli Fondunun rəhbəri Eldar İsmayıl Almatı şəhərində təntənəli mükafatlandırma mərasimində Qızıl Orda rəhbəri Kırımbek Kuşerbayevi xalqlararası münasibətlərin yaxşılaşdırılması və Türk dünyasının inkişafında göstərdiyi xidmətlərə görə onu "Vətən övladı" qızıl ordeni ilə təltif edib.

"Dədə Qorqud" Milli Fondunun rəhbərini şəxsi kabinetində qəbul edən Qızıl Orda vilayətinin rəhbəri Kırımbek Kuşerbayev təltifə görə Eldar İsmayıl təşəkkürünü bildirib. O, belə bir Fondun - "Dədə Qorqud" adlı fondun yaradılmasını böyük addım hesab edib:

"Sizi Qızıl Orda vilayətində qarşılaşmadan çox məmnunam. Bu vilayətə səfər edərkən "Qorqud Ata" kompleksini hökmən ziyarət etməlisiniz. Bu kompleks çox böyük əziyyətlərlə ərsəyə gəlib. Bu kompleksin yaradılmasının təşəbbüskarı mənim atam - Eleu Kuşerbayev olub. O hələ Sovet dövründə hər kəsi əmin edə bilib ki, Qorqud irsini yaşatmaq lazımdır və bu kompleksin tikintisinə başlayıb. Buna görə çox böyük təzyiqlərlə üzləşib. Amma hər şey onun istədiyi kimi olub. Hazırda bu kompleksdə muzey, mehmanxana və ziyarətçilərin rahatlığı üçün hər cür şərait yaradılıb."

"Dədə Qorqud" Milli Fondunun rəhbəri Eldar İsmayıl saytımıza açıqlama verərək Kırımbek Kuşerbayevi yeni vəzifəyə seçilməsi münasibəti ilə təbrik edib: "Biz bilirik ki, Kuşerbayev yeni vəzifəsinin öhdəsindən layiqincə gələcək və Qazaxıstanın, Türk dünyasının çiçəklənməsi yönündə qətiyyətli addımlar atacaq."

("Qorqud Ata" Kompleks barədə məqaləni buradan oxuya bilərsiniz.)



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru