Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Vətəni Qoruyanları Tanıyaq və Tanıdaq!

14812 Baxış sayı / 08-11-2021 12:15

 

Eldar İsmayıl / [email protected]

 

 

Hər hansı ölkənin xalqları öz hüquqlarını anlayır və onları qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar! (E.İsmayıl)

 

”Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalı olaraq Vətən müharibəsində Qələbəyə imza atmış Şəhid və Qazilərə dəstək layihəsi ilə görüşünüzə gəldik! Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsində Şəhid və Qazilərimizə  xüsusi diqqət və qayğı göstərilməsi xüsusi vurğulanır. Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında  imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir. Tarixi torpaqlarımızın düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları, heyranlıqla dilə gətirilən: - Azərbaycanın öz torpaqlarını işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti! Vətən müharibəsinin  44 günə başa çatmısı üçün xalqımızın birliyi, Azərbaycan Respublikasının Prezdenti, Ali Baş Komandan İlham  Əliyevin  siyasi iradəsi, diplomatik məharəti və qətiyyəti, Türkiyə, Pakistan, İsrail, Qazaxstan, Özbəkistan, Türkmənistan və digər türk dilli xalqların, Azərbaycanın haqq işinə dəstək olan  ölkələrin, xüsusilə Türkiyə dövlətinin  prezdenti Rəcəb Tayib Ərdoğan başda olmaqla Türkiyə dövlətinin dəstəyi, igid oğullarımızın göstərdikləri rəşadətlər Qürurvericidir! 

Yurd yerinin həsrətinə son verildi! Xalq üçün yaxşı mənada yararlı olmaq, ömrünü xalqına həsr etmək xoşbəxtlikdir. Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətinin yeni səhifəsi Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin  yazılması birliyimizin  təntənəsidir. Qarabağ müharibəsi Azərbaycan tarixinə  qızıl hərflərlə yazıldı! Birliyimiz Qələbəmiz, Güclü Liderimiz, Tarix yazan Sərkərdəmiz, torpağında Şəhid  yatan Qarabağımız var! Azərbaycanın bütün rayonlarından könüllü olaraq Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında  imzası olan  oğullarımızın, həmçinin Azərbaycan Diaspor Komitəsinin Sədri Fuad Muradovun və komitə əməkdaşlarının fəaliyyəti ilə Dünya Azərbaycanlıları xaricdə aksiyalar keçrmiş, döyüş bölgəsinə maddi, mənəvi dəstək göstərilmişlər. Azərbaycandan kənarda yaşayan soydaşımız xeyriyyəçi mesenat Mehman Ağarzayev 121 şəhid və xeyli sayda qazi olan Şabran rayonunda  28 Şəhid ailəsinə maddi dəstək göstərmiş ilk soydaşlarımızdan biridir.

Azərbaycan Elmi-Tədgiqat Doğuş və Ginekologiyə İnstitutunun  baş direktor professor, tibb elmləri doktoru Cəmilə Fazil qızı Qurbanovanın  rəhbərlik etdiyi kollektiv şəhid və qazi ailələrinin xanımlarının  mütamadi olaraq müalicələrini aparır, onları daim diqqətdə saxlayır,  müalicəni alan və analıq xoşbəxtliyini dadan bu insanlara dəstək olurlar.

Rahat olub Şəhid ruhları! Əllərdə olan Azərbaycan övladları! Günahsız Körpələrimiz!!! Gəncəmiz, Bərdəmiz,Tərtərimiz! Bütöv Azərbaycan gözlərin aydın Bayrağımız Şusada Dalğalanır! Şuşa Azərbaycanın ürəyidir.

Xilaskar Azərbaycan ordusunun qanı ilə, canı ilə Şuşanı 30 ildən sonra azad etməsi bizim üçün qeyrətimizin, namusumuzun üzərindən ləkənin götürülməsi, sınmış  ruhumuzun qaytarlması, Şəhidlərimizin ruhunun şad olması, Xocalının qısası,mənfur düşmənə verdiyimiz tarixi dərsdir!

 Bütün varlığımızla bu yurda, bu torpağa, ana Vətənimizə-Azərbaycanımıza borcluyuq. Biz hamımız Azərbaycanımızı işıqlı sabahlara, aydın gələcəyə qovuşdurmağa çalışmalıyıq.Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir!!!

Vətən müharibəsində  ömrünün, sağlamlığının hesabına əldə olunan uğurlara imza atmış oğulların  ömür yolu gənclər üçün öyrənilməli nümünədir!!!.

  Qarabağın azad olunmasında şəhid olmuş Vətən oğullarımız , Qazilərimiz  cəmiyyətin  həssas üzvü olmaqla diqqət, qayğı, hörmət və ehtirama layiqdirlər. Gərəkdi onların səsi vaxtında eşidilsin, problemləri dərhal həll olunsun. Buna gücümüz yetər!

 Dünyamızı qorumaq, İnsanığın qorunması üçün bir olaq, birləşək!!!



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]