Vətənin xidmətində

Tariximizin bütün dövrlərində Azərbaycan qadınları Vətənimizin daha gözəl, daha zəngin olması üçün əlindən gələni əsirgəməyib. Bu gün ölkəmizdə bütün sahələrdə qadınlar öz sələflərinin ləyaqətli davamçısı kimi cəmiyyətimizin həyatında qürurduyulası fəaliyyət göstərir, Vətənimizin parlaq sabahı uğrunda səylə çalışır. Ölkəmizin çoxcəhətli mədəni həyatını öz istedadı ilə xalqın mənəvi sərvətlərini artıran alim, müəllim, həkim, hüquqşünas, yazıçı, bəstəkar, rəssam, şair, maarif və dövlət xadimləri olan ziyalı qadınlarımız var.
Tomris Xatun, Mehrican Xatun Atabəy, Möminə Xatun, Ağqoyunlu Sara Xatun, Pərixan Sultan Səfəvi, Taclı bəyim Səfəvi, Tuti Bikə Dərbəndi xanım və sonuncu hökmdar qadın xan qızı Xurşudbanu Natəvan və digər adlarını çəkmədiyimiz dərin zəkaya, möhkəm iradəyə malik döyüşçü, hökmdar qadınların göstərdiyi qeyrət nümunəsi bu gün yeniyetmə və gənclər üçün əsl qəhrəmanlıq məktəbidir. Yüksək mənəvi keyfiyyətlərə malik ağıllı, iradəli, namuslu, qürurlu və mətanətli qadınlarımız öz soy-kökünə, xalqın mənəvi dəyərlərinə, adətlərinə sadiq qalıb, tarixi ənənələri qoruyub və yaşadıb.
Azərbaycannın əməkdar həkimi Tükəzban Hüseynova Naxçıvan Muxtar Respublikasında anadan olmuş, orta məktəbi qızıl medalla bitirmiş, 15 yaşında isə Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olunmuş, akademik-oftalmoloq Zərifə xanım Əliyeva ilə birgə təhsil almış, səhiyyə sahəsində bir sıra uğurlara imza atmışdır. Tükəzban xanımın anası Sara xanım Hüseynova isə Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevin inşa etdirdiyi müsəlman Şərqində ilk Qızlar məktəbində təhsil almış, fransız dilin öyrənmişdir. Ziyalı ailədə boya-başa çatmış Tükəzban xanımın qız nəvəsi Tahirova Natəvan Çingiz qızı Bakı şəhərində anadan olmuşdur. Nənəsi onun həkim olmasını arzulamış, lakin taleh ona zabit olmağı nəsib etmişdir. O, 1996-cı ildən etibarən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar xidmətində xidmətə qəbul edilmişdir. Ədliyyə mayoru Natavan Çingiz qızı Tahirova 25 il ərzində xidmət apardığı illər boyu vəzifə borcunun öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Penitensiar xidmətin Baş idarəsinin əməkdaşı olaraq Tərbiyyə müəssisəsinin və qadın cəzaçəkmə müəssisəsinin müxtəlif sahələri üzrə məhkumların problemlərinin həlli üzrə əməli köməklik göstərməyə çalışan ədliyyə mayoru Natəvan Çingiz qızı Tahirova 2011-ci ildə ilk dəfə iki məhkumun nigaha daxil olunmasına və bir ailənin yaranmasına vəsilə olmuşdur.
2017-ci ildə yetkinlik yaşına çatmayan məhkumların cəza çəkdiyi Penitensiar xidmətin Tərbiyyə müəssisəsində ilk dəfə Azərbaycan Dövlət Rəssamlıq Akademiyası ilə birgə əməkdaşlığın nəticəsində heykəltəraşlıq dərnəyinin yaradılmasının, yeniyetmə məhkumların əl işlərinin sərgiyə çıxarılaraq nümayiş olunmasında, sərgi iştirakçılarına diplomlar təqdim edilməsində fəal təçkilatçılarıdan biri olmuş, yeniyetmələrdə əməyə dəyər verilməsinə, azad cəmiyyətə inteqrasiya olunması, mənəvi ruhun tərbiyyələndirilməsi kimi vəzifə borcu olduğunu bildirmişdir. Ailə və Qadın problemləri üzrə Komitənin nümayəndələri ilə birgə yeniyetmə məhkumların musiqiyə marağın ortaya çıxarmış, onlara müxtəlif növ musiqi alətləri hədiyyə olunmasına yardım göstərmişdir.
Azərbaycanının xalq rəssamı, xalçaşünas, xalçaçı-rəssam Lətif Kərimovun şagirdi xalçaçı-rəssam Eldar Hacıyevi qadın müəssisəsinə dəvət edərək, təlim-tədris dərslərində qadın məhkumlara xalçaçılıq sənətinin incəliklərin aşılamışdır. Həmin bu fəaliyyət bu gün də davam etdirilir, milli dəyərlərimiz qorunur, qədim xalçaçılıq sənətimizin inkişafına yönələn addımlar atılır. 2020-ci ildə baş verən Qarabağ müharibəsini və qələbəsini həyacanla izləyən məhkumlar həmin ərəfədə öz sevinc və qürur hissini ifadə etmək məqsədiylə müxtəlif suvenirləri hazırlamış, şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş əl işləri ərsəyə gətirmişlər.
Xidməti vəzifələrinin icrasında fərqləndiyinə görə ədliyyə-mayoru Natəvan Çingiz qızı Tahirova 22 noyabr 2011-ci il tarixdə “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibəti ilə Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən mükafatlandırılmışdır.
22 noyabr 2020-ci il tarixdə “Ədliyyə işçilərinin peşə bayramı günü” münasibəti iə Azərbaycan Respublikası Ədliyyə Naziri tərəfindən Fəxri Fərmanla təltif edilmişdir. Məhkumların sosial problemlərin həlli üzrə müxtəlif sosial layihələrin keçirilməsi nəticəsində əməkdaşlıq edilən qurumlar tərəfindən, Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə bir sıra tədbirlərin keçirilməsi nəticəsində təşəkkür məktubu xidmətin rəhbərliyyinə ünvanlandırılmışdır.
Ədliyyə mayoru Natəvan Çingiz qızı Tahirovaya şərəfli peşəsində, xidməti fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.
Zülfiyyə Vəliyeva
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]