Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

VƏTƏNİN DƏYƏRLİ OĞLU HACI ZEYNALABDİN TAĞIYEV

11487 Baxış sayı / 25-04-2022 10:57

Eldar İsmayıl

Baş redaktor

 

Hər bır xalqın tarixində şəxsiyyətlər var ki, onların adları və əməlləri həmışə qürur,ləyaqət, şöhrət rəmzi kimi yad olunur. Azərbaycan xalqı da bu baxımdan istisna təşkil etmir. Vətən tarixi kimliyindən asılı olmayaraq, cəmiyyətdə tutduğu mövqeyinə görə onlarla belə görkəmli insan adları ilə zəngindir. 

XIX əsrin sonu – XX əsrın əvvəllərində yaşamış məşhur sahibkar, mesenat Hacı Zeynalabdin Tağıyev də belə şəxsiyyətlərdəndir. Onun adı və fəaliyyəti insana xas olan ən yaxşı keyfiyyətləri – vətənpərvərliyi, alicənablığı, səxavəti, xalqına və ailəsinə sədəqəti özündə ehtiva edir. H.Z.Tağiyev özünün həyat amalını belə təsvir etmişdir: “Mən deyərdim ki, mənim xalqım, onun gələcək xoşbəxtliyi və necə yaşayacağı məsələləri  dəyər verdiyim  vaxtımı ayırdığım sənaye işlərim qədər hətta daha artıq narahat  edir. Bu məqsədə çatmaq üçün mənim vacib bildiyim birinci şey xalqımın tərbiyəsi və təhsili məsələsidir.”

İbtidai təhsili  başa vura bilməyən Hacı Zeynalabdin Tağıyev fitri istedad, iş qabiliyyəti nümayiş etdirərək, öz müəssisələrini qurmuş, onların zamanın tələbləri səviyyəsində təchiz olunmasına çalışmışdır. Hacının ictimai fəaliyyəti xalqımızın mədəni, təhsil səviyyəsinə, milli şüurunun oyanmasına yönəlmişdir. O, yalnız böyük sərvət sahibi kimi  deyil, daha çox özünün maarifçilik, xeyriyyəçiliyi ilə xalqın yaddaşında qalmışdır. Elə buna görə hələ sağlığında “el atası” adını almışdı. Totalitar sovet rejimi dövründə millətinə xidmət göstərmiş qeyrətli insanların adlarını nəsillərin yaddaşından silmək istəyənlər H.Z.Tağıyevin də adını unutdurmağa , fəaliyyətini saxtalaşdırmağa cəhd göstərsələr də, buna nail ola bilməmişlər. Belə ki, tarixi hadisələrin qarşısı alınmaz axarı əsl vətənpərvərlərin adlarını unudulan keçmişdən yenidən qaytarılır. Mən bizim hörmətli prezidentimiz canab İlham Heydər oğlu Əliyevə təşəkkürürümü bildirirəm ki, xalqın uzun illər istəyini eşitdi və Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması barədə tapşırıqlar verdi. Bir müddət öncə Bakının mərkəzində  Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışında şəxsən özü iştirak etdi. Hər gün bakılılar və Bakının qonaqları heykəlin önünə gül və əkililər qoyurlar və H.Z.Tağıyevin heykəlinin yanında dayanaraq şəkil çəkdirirlər. Oradakı sərlövhədə H.Z.Tağıyev haqqında məlumat ziyarətçilərin nəzərinə çatdırılır. 

Mən özüm H.Z.Tağıyevin heykəlini zirayət etdiyim zaman və ictimai-sosial şəbəkələrdə və bəzi vətəndaşların narazılıqlarını eşitdim. Bəziləri heykəl qoyulduğu yeri bəyənmirdilər, bəziləri isə heykəli hündür postamentdə görmək istəklərini bildirirdilər. Mən vətəndaşlara izah etdim ki, çox güman heykəltəraş H.Z.Tağıyevi xalqını sevən və xalqın ayrılmaz bir hissəsi kimi təsvir etdiyinə görə, heykəli hündür postamenta qoyulmasını rəva bilməyib. Ancaq öncə inanıram ki, yaxın gələcəkdə Prezident İlham Əliyevin göstərişinə əsasən H.Z.Tağıyevin yeni  heykəli şəhərin elə bir uca yerində qoyulacaq ki, O, oradan doğma Bakınısını görəcək. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]