Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Xeyirhaqq xislət Vətənə xidmət

21367 Baxış sayı / 22-02-2021 14:50

Yusibzadə Gülər

Azərbaycanın tarixində elə şəxsiyyətlər olmuşdur ki, öz həyat və yaradıcılıqlarını millətin maariflənməsinə, mədəni və mənəvi dəyərlərinin yüksəldilməsinə sərf etmişlər. Hətta həmin insanların peşəkar müdaxiləsi olmadan, xidmətləri yüksək humanizm nümunəsi kimi mənsub olduqları xalqın və tarixin yaddaşına əbədi həkk olunmuşdur. Z.Tağıyev, M. Muxtarov, H.Hacınski, Nabat xanım Xocabəy qızı Əmircanlı, S.Əsədullayev, Seyid Mirbabayev və başqaları öz yaradıcı əməklərini cəmiyyətin maraqlarına cavab verən istiqamətə yönəltmişlər. Əsası keçmişdə qoyulmuş ideya ənənələri gələcək nəsillər üçün həyat normasına çevrilmişdir. Özümüz və müdrik əcdadlarımız haqqında gərəkli məlumatları gələcək nəsillərə ötürmək çox asan iş olmasa da vacib məsələlərdəndir. Azərbaycan vətənin inkişafı və milli özünüdərkinə, təbliğinə xidmət edən oğulları ilə fəxr edə bilər.

Özündən sonra zəngin irs qoyub getmiş Hacının xeyirxah işlərə sövq edən xalqına olan böyük məhəbbəti idi. O, millətinin imzasını imzalar içində görmək istəyirdi.

Yaxşılıq itmir, indi böyük xeyriyyəçinin adı qəlblərdə yaşayır, xalqımız onun xatirəsini uca tutur, insanlar onu həmişə minnətdarlıq hissi ilə yada salırlar. Bakıda və respublikanın rayonlarında ayrı-ayrı yaşayış məntəqələrinə, küçələrə, təhsil ocaqlarına, fabriklərə H.Z.Tağıyevin adı verilmiş, böyük xeyriyyəçinin şərəfinə nüfuzlu mükafatlar, xeyriyyə fondları, diplomlar təsis edilmişdir. Tağıyev bütün Türk dünyasının fəxridir. Onun adı həmişə ehtiram və məhəbbətlə çəkilir. H.Z.Tağıyevdən də xeyli varlı olanlar vardır. Tağıyev Şərq aləminin ilk mesenatı idi. Sərvət və sərmayədarlıq onu heç zaman doğma xalqından ayırmamışdı. Xalqı da doğma Vətəni kimi ona əzizdi. O, vaxtilə “Qolos Moskvı” qəzetinin müxbirinə verdiyi müsahibədə bu suala sanki cavab verərək demişdi: “Mən öz vətənimi buraxa bilmərəm. O vətəni ki, mən orada doğulmuşam, mən orada işləmişəm, mən orada bəqədrqüvvə dövlətə, vətənə və camaata xidmət etmişəm. Mən öz vətənimi sevirəm. Gələcəkdə keçirəcəyim imtahanlar nə qədər ağır olsa da, mən vətənimdən əl çəkmərəm. Xeyirxah ürəyinə və nəcib işlərinə görə Tağıyevi xalq arasında “El atası” adlandırırdılar. "Allah-təalanın iradəsi ilə fikrim- zikrim  xalqımı xoşbəxtliyə çatdırmaqdır.  Buna görə gecə- gündüz əlləşirəm. Məq- sədə çatmaq üçün çoxlu məktəb açmaq, çoxlu kitab, məcmuə və qəzet çap etdirmək lazımdır..."  Xeyirxahqq əməlləri ilə tanınan, insanlıq və millət sevgisinin daşıyıcısı, sözü, əməli və xidməti ilə nümunə olan, millət atası Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısı. II və III dərəcəli Müqəddəs Stanislav ordeni laureatı, Azərbaycanın görkəmli xadimi olmaqla yanaşı, həm də ölkənin neft sənayesinin banilərindən biri idi Hacı. O, Azərbaycan xalqının tarixinə milli kadrların hazırlanmasına böyük təsiri olan bir xeyriyyəçi mesenat və milyonçu kimi daxil olmuşdur. Tağıyev ölkədə incəsənət, jurnalistika və təhsilin qurulmasına və inkişaf etdirilməsinə yardım göstərirdi. Məktəblər tikdirən, o cümlədən Azərbaycanda qızlar üçün məktəb açan Z.Tağıyev həmçinin azərbaycanlıların xaricdə təhsil almasına kömək etmişdir, onun pulları sayəsində yüzlərlə gənc İngiltərə, Almaniya, Rusiya və Fransada təhsil alıb, bu gənclər sırasında olduqca məşhur insanların sırasanda onun himayə etdiyi, təqaüd verdiyi Azərbaycan Respublikasının Prezdenti İlham Əliyevin babası xalqına, dövlətinə sədaqətlə xidmət edən ziyalı Əziz Əliyevdə var. Hərtərəfli dünyagörüşə malik H.Z.Tağıyev haqqında müasirlərimiz, xüsusilə gənc nəsil az bilgiyə malik-dir.  Azərbaycan xalqı haqqında müsbət fikir formalaşdırmışdır, gənclərin maarifləndirilməsinə böyük töh-fələr vermişdir"..”Anaları savadsız olan xalq kordur”-deyən Hacı Zeynalbdin Tağıyev millətin təhsil almasına, məktəblər açılmasına, milli kadrların hazırlanmasına ürəkdən çalışmış, bu sahəyə böyük məqləğdə pul ayırmaqdan çəkinməmişdir. Hacı Zeynalabdin Tağıyevin Pakistan xalqına etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. 

Marağayi "İbrahim bəyin səyahətnaməsi" kitabında yazıb: ...Zeynalabdin Tağıyev öz dindarlığı və səxavətilə hamının hörmətini qazanmışdır. Allah belə müsəlmanları bizə çox görməsin". Rus dramaturqu A.N.Ostrovski, görkəmli rus alimi D.Mendeleyevin Zeynalabdin Tağıyev haqqında xoş xatirələri var. Hər ikisi "təvazökar xadim", "ağıllı adam" kimi xatırladıqları Tağıyevin səxavətinə, genişürəkliliyinə heyran qalıb.Hindistandan İngiltərəyə gedən bir ingilis zadəganı Bakıda olarkən, Tağıyevlə görüşür. Onun görünməmiş xeyriyyəçiliyinə, yüksək mədəniyyətinə, insanlığına valeh olan bu sərraf Hacının şəklini özü ilə Vətəninə aparır. Öz pulu ilə Edinburq şəhərində Hacı Zeynalabdin Tağıyevin heykəlini ucaldır. Bu Qərbdə ucaldılan ilk azərbaycanlının heykəli olub.

İti ağlı, dərin düşüncəsi və ən əsası nəfsini özünə qul etməsi Hacını həmişə yüksək mərtəbədə saxlamışdı. İnsanlardan fərqli olaraq, tarix heç nəyi unutmur. Hacı millətinin fəxr edilən oğlu, dünənimizin əfsanəsi və tariximizin bir parçası olaraq yaşamaqdadır.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]