Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Xeyriyyəçilik missiyası tarixdən gələn ənənədir

9389 Baxış sayı / 30-08-2019 12:47

Tarixi və dini kökləri üzərində ümumbəşəri prinsiplərə əsaslanan hər bir cəmiyyət öz qanunlarını rəhbər tutur. Demokratik dövlətlərdə yaradılan fondlar elm və mədəniyyət sahəsində milli nailiyyətlərin və xalqa xidmət etməyin təbliğatçısı funksiyasını yerinə yetirir. Eyni zamanda, həmin fondlar gənc nəslə öz bilik və bacarıqlarını cəmiyyətin xeyrinə sərf etmələri üçün şərait yaradır. Onlar beynəlxalq aləmdə öz xalqlarının tarixi, mədəniyyəti,elm və daxili nailiyyətləri haqqında informasiyalar yaymaq, başqa dövlətlərdə öz xalqlarının cəlbedici obrazını yaratmaqla yanaşı, beynəlxalq siyasətdə cari problemlərin həll olunmasında öz dövlətlərinə kömək etmiş olurlar. Keçmişin xeyirxah ənənələri bu günə həm Azərbaycanda, həm də başqa dövlətlərdə yaşayan həmvətənlərimiz tərəfindən davam etdirilir. Azərbaycanlıların harada yaşamasından asılı olmayaraq, məktəb, mədəniyyət, idman və sağlamlıq mərkəzləri tikdirmələri Türk dünyasına dəstək olmalarının bariz nümunəsidir. Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli özünüdərkin mühümlüyünü başa düşən insanlar tərəfindən fondlar yaradılmış və onlar Azərbaycan mədəniyyəti, incəsənəti,elmi və təhsili haqqında planlı şəkildə müxtəlif layihələr hazırlayıb həyata keçirməyə başlamışlar.

 

Türk Araşdırmalar Vəqfinin üzvü, Yeditəpə Universitetinin fəxri doktoru Eldar İsmayılovun rəhbəri olduğu Dədə Qorqud Milli Fondunun, ”Azərbaycan Dünyası” jurnalının fəaliyyət dairəsi daha geniş olmaqla, türkçülüyün, Türk dünyasında xüsusi yeri olan Azərbaycan xalqınin bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliğində, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün atılan addımıarı ilə diqqəti cəlb edir. Dədə Qorqud obrazı Türk xalqlarının müqəddəs simvoludur. 20 illik fəaliyyəti dövründə Dədə Qorqudun adını daşıyan fond ilk növbədə onun ideallarını və xalqın ruhunu tərənnüm edən ənənələrini təbliğ etməyin vacibliyini daim diqqətdə saxlamışdır. Bu mənada fondun üzərinə çox məsuliyyətli və şərəfli bir vəzifə düşür. Uzun illər ərzində bu istiqamətdə fond tərəfindən xeyli iş görülmüşdür. Əlbəttə ki, fondun özünəməxsus proqramı və məqsədləri vardır və o nəinki təkcə Azərbaycanda, eləcə də xarici ölkələrdə ardıcıl olaraq məqsədyönlü iş aparır. “Dədə Qorqud” Fondunun əsas qayəsi - türk dünyasının lider və böyük şəxsiyyətlərinin, görkəmli elm, mədəniyyət xadimlərinin,gənclərin bir arada olmasına göstərdiyi dəstək zamanın tələbidir. Türk xalqının tarix və mədəniyyətinin, eləcə də dilinin çox qədim və sağlam kökləri var. Özümüz və müdrik əcdadlarımız haqqında gərəkli məlumatları gələcək nəsillərə ötürmək çox asan iş olmasa da, vacib məsələlərdəndir. Keçmişin və indinin prioritetlərinin dərin əlaqələri Türk dünyasının dəyərlərinin, dövlətə,dövlətçiliyə xidmət, Vətənə sevgi və xidmət ənənələrinin qorunmasına şərait yaradır və nəticə sevindiricidir.

 

Dövlətə və dövlətçiliyə sədaqət 

Dünyada öz elmi, sənəti ilə vətənimizin inkişafı və milli özünüdərkin təbliğinə xidmət edən dəyərli oğullarımız ilə fəxr edə bilərik. Onların gördükləri işlərin mühümlüyünə və vacibliyinə baxmayaraq, çoxları haqqında məlumatlarımız yetərincə deyil. Fəaliyyəti dövründə “Dədə Qorqud” Fondu dünyada Azərbaycanın tanınmasında xidmətləri olan ziyalıları öz ətrafında toplaya bilib. Məhz “Dədə Qorqud” Fondunun yaradıcı insanların qiymətləndirilməsi kimi məsuliyyətli bir işi öz üzərinə götürməsi diqqətəlayiqdir. Fondun ayrılmaz hissəsi və yaxud qoşa qanadı hesab olunan, 1998-ci ildə yaradılmış “Azərbaycan Dünyası” beynəlxalq jurnalı ölkədə ilk çoxtirajlı və 3 dildə -Azərbaycan, rus və ingilis dillərində çap olunan jurnaldır. Jurnal azərbaycanlıların xarici ölkələrdə sıx yaşadığı ərazilərdə yayılır. Jurnalın məqsədləri və vəzifələri vətəndaşlıq həmrəyliyinin və beynəlxalq sülhün möhkəmləndirilməsinə yönəldilib, o cümlədən həmvətənlərin birləşməsinə, onların hüquqlarının və ictimai maraqlarının müdafiəsinə, Vətən və türk dünyası ilə əlaqələrinin genişləndirilməsinə istiqamətləndirilibdir. Jurnalın səhifələrində müstəqil Azərbaycanın, eyni zamanda, vətəndən kənarda Avropa, Rusiya, MDB ölkələrində yaşayan yurddaşlarımızın siyasi, iqtisadi, islami və mədəni nailliyyətləri işıqlandırılır. Jurnal “Dədə Qorqud” mükafatının, “Vətən Övladı”, “Qızıl Ürək” və “Mehriban Ana” ordenlərinin təsisçisidir. 

“Dədə Qorqud” Fondunun, ”Azərbaycan Dünyası”jurnalının fəaliyyəti Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliğinə öz töhfələrini verir.Hər zaman ictimai həyatda fərqlənən, insanların sosial həyatında yaxından iştirak edən, Azərbaycanın nüfuzunun yüksəldilməsi və dünya miqyasında tanıdılmasında yaxından iştirak edən şəxslərin, eyni zamanda Azərbaycanı özünə dost bilən xarici ölkə vətəndaşlarının mükafatlandırılmasını həyata keçirən "Dədə Qorqud" Fondu "Hacı Zeynalabdin Tağıyev” Ordeni" təsis edib. Bu ordenin xeyriyyəçilik işləri həyata keçirən şəxslərə verilməsi nəzərdə tutulub. Fondun ilk ordeni "Vətən övladı"dır. Bu orden ictimaiyyətin müxtəlif təbəqələrindən fərqlənən insanlara verilib.Fondun Ağsaqqallar Şurasının qərarı ilə xeyriyyəçilik missiyasını üzərinə götürmüş insanlar daim diqqətdə saxlanılır. Yardımlaşma bizim millətin, xalqın soyunda var və bu ənənə davam etdirilməlidir. “Hacı Zeynalabdin Tağıyev” ordeni ilə Tağıyevin yolunu davam etdirən xalqımızın layiqli övladları mükafatlandırılacaq.“Dədə Qorqud” Fondu - “Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının fəaliyyətinin 20 illik yubileyi ərəfəsində həyata keçiriləcək bu layihə İnsana,Vətənə,Türk dünyası dəyərlərinə sevginin bariz nümunəsidir.

“Azərbaycan Dünyası” Beynəlxalq jurnalınınAğsaqqallar Şurasının üzvləri akademiklər, ziyalılar və görkəmli ictimai-siyasi xadimlərdir.

“Azərbaycan Dünyası” diasporun görən gözü və danışan sözü kimi, dövlətçiliyimiz ətrafında diaspor təşkilatlarının, xaricdə yaşayan nüfuzlu soydaşlarımızın birliyi istiqamətində Rusiya Federasiyasının Uzaq Şərq bölgəsindəki Xabarovsk vilayətindən başlayaraq Kalininqrad vilayətinə kimi, bununla yanaşı, Ukrayna, Qazaxıstan, Özbəkistan, Baltikyanı ölkələr, Türkiyə, Gürcüstan və Avropada çoxsaylı tədbirlər keçirib.Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurlar, demək olar ki, bütün dünyaya bəllidir. Redaksiya idarə heyətinin üzvü, tanınmış rəssam və görkəmli memar Şahvələd Məmmədov tərəfindən Qəbələ rayonu ərazisində yaşayan udilərin Nic kəndində ən yüksək səviyyədə istirahət mərkəzi və bölgənin yerli mədəniyyətini özündə ehtiva edən muzeyin yaradılması buna əyani örnəkdir.İndiki sürət əsrində xalqımızın mənəvi ehtiyacı olan milli birliyimizin inkişafı yolunda ənənələrə sadiqlik təqdirəlayiq nümünədir. Beynəlxalq aləmdə “Dədə Qorqud” Fondunun fəaliyyətini “Azərbaycan Dünyası” jurnalı işıqlandırır. Bu jurnal eyni zamanda dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar üçün mədəni və maarifləndirici körpü rolunu oynayır, Azərbaycan diasporu və həmvətənlərimizi ruhlandırır. “Dədə Qorqud” Fondunun təsisçiliyi ilə nəşr olunan jurnal ilk gündən geniş dünya məkanında azərbaycanlıların və həmvətənlərimizin birləşməsi kimi xeyriyyəçi bir məqsədə xidmət edir. Jurnal müasir Azərbaycan mədəniyyətini və Rusiya ilə olan tarixi əlaqələrin köklərini təbliğ edən əsas mətbuat orqanlarından biridir. Türk xalqları arasında birlik və dostluğun gücləndirilməsi birgə əməkdaşlıq, dəyərlərin qorunması və təbliği, Vətənə və İnsana sevginın təzahürüdür.

“Yaradanın yartadıqlarını sevməklə qorumağın yolu İlahi eşqdə, Mənəviyyatda,Halal və Düz yolda olmaqdadır!” Bu ifadələr fondun ali məqsədindən xəbər verir. Başqa cür də ola bilməz. Çünki Dədə Qorqudun sülhpərvər ideallarını yalnız fəal və yorulmaz yaradıcı fəaliyyətlə həyata keçirmək olar.“Bizim köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə, çox dərindir və mənəvi dəyərlərimiz tarixin bütün mərhələlərində nə qədər çətinliklərlə rastlaşıbsa da, dayanmayıb inkşaf edib”. Böyük dövlət xadimi, ulu öndər Heydər Əliyev çoxşaxəli möhtəşəm fəaliyyətində və mükəmməl nəzəri-ideoloji təlimində türk dünyasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsi və inkişafına misilsiz töhfələr vermiş, həm də türk xalqlarının ədəbiyyatının dünəni və bu günü, zəngin şifahi və yazılı söz sənəti, məşhur ədibləri barədə qiymətli, konseptual fikirlər söyləmişdir. Heydər Əliyev dövrün və zamanın gərdişini gözəl bilən dövlət rəhbəri kimi, Azərbaycanın beynəlxalq aləmdə, o cümlədən türk dünyasında aparıcı mövqelərə çıxması, ümumtürk həmrəyliyinin təmin olunmasında böyük rol oynamışdır. Təsadüfi deyil ki, bu gün onun adı türk toplumlarında da hörmətlə anılır, türk dövlətlərinin inteqrasiyasında rolu məmnunluqla qeyd olunur.Ulu öndər Heydər Əliyev Türkiyə ilə qardaşlıq bağlarını möhkəmlətməklə bərabər, Mərkəzi Asiyadakı türk respublikaları ilə sıx əməkdaşlığı da daima prioritet saymışdır. Çünki Azərbaycan bu coğrafiyadakı strateji yerinə, güclü iqtisadi və infrastruktur imkanlarına görə, Türkiyə və Mərkəzi Asiyanın türk ölkələri arasında əvəzolunmaz körpüdür. Heydər Əliyevin prezidentliyi dövründə bu körpü real tərəfdaşlıq müstəvisi kimi təşəkkül tapdı və möhkəmləndi. Qeyd etmək lazımdır ki, uzun illər ərzində bu istiqamətdə fond tərəfindən xeyli iş görülmüşdür. Əlbəttə ki, fondun özünəməxsus proqramı və məqsədləri vardır və o, nəinki təkcə Azərbaycanda, eləcə də xarici ölkələrdə ardıcıl olaraq məqsədyönlü iş aparır. Türk xalqları arasında əlaqələrin konkret şəraitdə inkişafına xidmət etmək böyük tarixi əhəmiyyət daşıyır. “Dədə Qorqud” Fondu böyük işlərin mərkəzinə çevrilib. “Dədə Qorqud” dastanında insani keyfiyyətlər, şərəf, mərdlik və əsl qəhrəmanlıq geniş yer tutur. Dünyada ən böyük nemət insanlıqdır. Rəhmli, ədalətli, etibarlı insan olan kəslər heç vaxt unudulmur, həqiqət torpaq altda qalsa da, çürümür, əvvəl-axır cəmiyyət səni layiqincə qiymətləndirir. Eldar müəllimin 70, “Dədə Qorqud” Fondu -“Azərbaycan Dünyası” Bynəlxalq Jurnalının 20 illik yubileyi ərəfəsində öz xalqı qarşısındakı hesabatı ürəkaçandır! Dədə Qorqudun sülhpərvər ideallarını yalnız fəal və yorulmaz yaradıcı fəaliyyətlə həyata keçirmək olar.“Dədə Qorqud” Fondu -“Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının kollektivi tərəfindən görülmüş işlər təqdirəlayiqdir. 

Yubilyarları təbrik edirik! Onlarla qürur duyuruq! Yeni-yeni yaradıcılıq uğurları arzulayıriq! Hər bir vətəndaşın mill və bəşəri dəyərlərə sahib olması,insanlığın qorunmasına verdiyi töhfələr Dədə Qorqud istəyinin reallaşmasına töhfə vermiş olar.

 

Zülfiyyə Vəliyeva

ADPU-nun əməkdaşı, Respublikanın Əməkdar müəllimi, Akad. M.Mehdizadə mükafatı laureatı



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru