Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Yeni Eranın Elmi `Alternativ Pisixologiya` İnsanlığa Xidmət edir!

7877 Baxış sayı / 29-06-2020 13:36

"Dünya görür ki, Ağdam şəhəri işğal altında olsa da, onun təmsilçiləri Avropanı fəth edirlər"! Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev 

 

“Alternativ Psixologiya” elminin müəllifi, Tibbi-biologiya elmləri doktoru, professor,  Dədə Qorqudun Faza portretinın müəllifi,  onun tarixi şəxsiyyət olması haqqında  informasiyanın  dəqiqləşdirilməsinə elmi töhfəsini vermiş akademik Yaşar Saday oğlu  Ibadov 60–illik yubileyi    münasibəti ilə  “DƏDƏ QORQUD”  mükafatı  ilə təltif  edilmişdir.

Allahın dəyər verdiyi, xüsusi qabiliyyət və Elm verdiyi, Tibbi-biologiya elmləri doktoru, professor, dünyanın aparıcı ölkələrinin (ABŞ, İngiltərə,Türkiyə, Avropa, Rusiya, Ukrayna,Gürcüstanın,  Böyük Brtaniya Oksford Universitetinin) fəxri akademiki,  nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan , akademik Yaşar Saday oğlu İbadov (Ağdam şəhəri, Şelli Qaradağlı kəndində anadan olub) İnsanların sağlamlığının qorunmasina öz əvəzsiz töhfəsini verməkdədir! O, İnsanın, İnsanlığın xilasına öz elminin gücü ilə yeni-yeni ixtiralarla kömək edir. Yer kürəsində həm nəzəri, həm də praktik nəticələri ilə tanınan, müəllifi olduğu "Alternativ Psixologiya" elminin metodologiyası əsasında İnnovativ İxtiraları ( qarmanizatorları, nanotexnoloji metodologiyası və s.) ilə hər bir fərdin, ətraf aləmin, həmcinin Təbiətdə harmoniyanın bərpasına xidmət edir!

Azərbaycan Respublikası Təhsil İnstitunun "Psixogigeyina və Tibbi Psixoloji Daqnostika” Laboratoriyasının müdüri, "YAY-OSİDO" İnnovasiya  İnkişaf  Mərkəzinin təsisçisi, Həkim-Psixoloq, Tibbi Biologiya Elmləri Doktoru, Professor ,“Alternativ Psixologiya” elminin müəllifi (03.03.2003.Moskva.№ 6274.) Yaşar  saday oğlu İbadov  Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakultəsini bitirmişdir.  Əsgəran rayonunun Naxçıvanik kəndində, Ağdam rayonunun Keştazlı və İsmayılbəyli kəndlərində  1985-95-ci ilədək baş həkim  işləmişdir.   Ağdamın işğalından sonra  1996-2001-ci illərdə “Maarif”  sanatoriyasının baş həkimi işləmiş. 2002-ci ildən TPİ-də fəaliyyət göstərən “Psixogigiyena və tibbi-psixoloji diaqnostika” laboratoriyasının müdiri vəzifəsində çalışır. Yaşar İbadovun  üzv olduğu beynəlxalq təşkilatlar: 2004-cü ilin dekabrında Moskvada Beynəlxalq Enerqoinformasion Xalq Təbabəti Akademiyasının fəxri üzvü seçilmişdir. UNECKO xətti ilə Beynəlxalq Elmi Koordinasiya Şurasının daimi üzvü – (Ukrayna, 30.IV.2004), Beynəlxalq Valeologiya və Enivaleologiya mərkəzinin üzvü,  Ənənəvi xalq təbabəti mütəxəssislərinin ,Psixoloq və Təbiblərin Beynəlxalq Assosiasiyasının həqiqi üzvü, Ənənəvi xalq təbabəti üzrə «Enoim» Ümumrusiya elmi-tədqiqat mərkəzi - komplementar təbabətin beynəlxalq qediyyatının həqiqi üzvü,   Azərbaycan Asiya ölkələri Sosial Mədəni Əməkdaşlıq Assosiasiyasının fəxri şurasının üzvü, Azerbaycan Rəssamlar İttifaqının və AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜDÜR. Yaşar İbadov dünyada yeganə psixoqrafiya metodunun və faza portretlərin müəllifidir. O, dünyada ilk dəfə Respublikamızda öz tətbiqini tapmış “Mücərrəd kompozisiyalar şəklində tibbi-pedaqoji-psixoloji testlər”in müəllifidir (1999). Avroasiya ölkələri üzrə “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında (protokol № a20040215, 21.10.2004-ci il) 29 dekabr 2005-ci il     tarixli  № 006449 patent almışdır. 2002-ci ilin iyul ayının 9-da  təbib-rəssam Y.İbadovun “Qəlbin gözü ilə” adlı sərgisi keçirilmişdir.   2005-ci ildə Y.İbadovun rəhbərliyi altında dünyada ilk dəfə III minilliyin təbabəti olan kosmik müalicə üsulu ilə psixodiaqnostika və korreksiya işlərini aparmağı bacaran təbib-rəssamların hazırlanması məqsədilə Bakının Səbayıl və Nərimanov rayonlarında  “Təbib- Rəssam”  Məktəbi fəaliyyətə başlamışdır.  Elm – işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcıları, qaranlığı, nadanlığı, məchulluğu parçalayıb yaran, bəşərin qəlbinə, ruhuna, idrakına işıq paylayan fəzilət sahibidirlər. Elm işığında öyrənmək, işığın içində işığı aramaq - elə Allahın işığına doğru daha bir addım da yaxınlaşmaq deməkdir. Yeni Eranın Elmi "Alternativ psixologiya" elminin müəllifi Akademik Yaşar İbadov  İnsanın, İnsanlığın xilasına müəllifi olduğu "Alternativ Psixologiya"  elminin metodologiyası əsasında yeni-yeni  həm nəzəri, həm də praktik nəticələri olan töhvələr verir. Onun nəzəriyyə və konsepsiyaları əsasında yaradılan İnnovativ İxtiraları (saat əqrəbinin əksi istiqamətində hərəkət edən qarmanizatorları,saatları və s.) hər bir fərdin sağlamlığının profilaktiasına, ətraf aləmin, həmcinin Təbiətdə ekologiyanın qorunmasına və harmoniyanın bərpasına xidmət edir!  Akademik Yaşar Saday oğlu İbadov İnsanların sağlamlığının qorunmasina öz əvəzsiz töhfələrini verməkdədir!!! Öz Elmini dünyanın aparıcı ölkələrinində uğurla təqdim edən görkəmli alimin əldə etdiyi nəticələr yüksək mükafatlara layiq görülmüşdür. O,   Beynəlxalq səviyyədə çoxlu sayda diplomlar, sertifikatlar, orden və medallar sahibidir. İnsanların sağlamlığına öz töhfəsini verən,  Elmi , sənəti ilə xalqına baş ucalığı gətirən, Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xətti olan, elmi nailiyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan, akademik Yaşar Saday oğlu İbadov tarixi şəxsiyyətlərin Dədə Qorqud, Tusu, Odinin, o cümlədən Nuh peyğımbərin faza portretlərinin müəlifidir. Yaşar saday oğlu İbadov Müəllifi olduğu "Nuh peyğəmbərin Faza portreti"ni  Peyğəmbərin Türbəsinə hədiyə etmişdir. Öz elmi və xidmətləri ilə Dünyada Vətənimizi təmsil edən akademik Yaşar Saday oğlu İbadovun Uğurları qururvericidir!

"Alternativ psixologiya"elminin müəllifi, Dədə Qorqudun Faza portretinın müəllifi, onun tarixi şəxsiyyət olmaqla doğum və ölüm tarixi haqqında informasiyanın dəqiqləşdirilməsinə elmi töhfəsini vermiş akademik Yaşar Saday oğlu  Ibadov  60 –illik yubileyi  ilə əlaqədar  olaraq,   onun Azərbaycan  elminə   verdiyi töhfələr  Dədə Qorqud  Milli  Fondu və “Azərbaycan Dünyası “ Beynəlxalq  Dərgisinin, Dünya Azərbaycanlılarının   qərarı ilə  “DƏDƏ QORQUD” mükafatı ilə təltif olunmüşdur. 

Bu münasibətlə akademik Yaşar Saday oğlu İbadovu təbrik edirik və ona yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! 

 

Eldar İsmayılov

Dədə Qorqud Milli  Fondunun rəhbəri,

“Azərbaycan Dünyası”  Beynəlxalq Dərgisinin baş redaktoru

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: azeldar@mail.ru