Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycanın daim arxalandığı hünəri, cəsarəti və şücaəti ilə fərqlənən qürurlu Ali Baş Komandanı və Əsgəri vardır.

8466 Baxış sayı / 26-06-2022 19:11

Azərbaycan Beynəlxalq Milli “Dədə Qorqud” Fondunun rəhbəri və “Azərbaycan Dünyası”Beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl oğlu hərbi hissənin komandiri Firdovsi Bəyova hərb sahəsində göstədiyi misilsiz xidmətlərinə, vətənpərvərlik və yüksək peşəkarlığına görə fondun təsis etdiyi “Həzi Aslanov” ordenini təqdim etmişdir.

26 iyun  Azərbaycanda Respublika Silahlı Qüvvələri  günü  kimi qeyd olunmaqla yanaşı  özündə tarixin şərəfli səhifələrini əks etdirir. 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusu  yaranmağa başlamışdır. Həmin ildə Hərbi Nazirlik  təsis edilir və General Səməd bəy Mehmandarov hərbi nazir, General-leytenant Əliağa Şıxlinski nazir müavini  təyin edilirlər. Qısa müddətdə Milli Ordu Osmanlı Dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas edir.

   O dövürdə Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi qəhrəman generalları hal hazırda tariximizin fəxr mənbəyidirlər. Həzi Aslanov, Gəray Əsədov , İsrafil Məmmədov, Səyavuş Həsənov, Seymur Məmmədov, Albert Aqarunov, Nazim Allahverdiyev, Əsəs və İntiqam Əhmədov qardaşları, Mübariz İbrahimov və Polad Həşimov və adlarını saymaqla qurtarmayan digər qəhrəmanlarımız onların davamçılarıdır. Onların hər birinin qəlbi Vətən sevgisi ilə döyünərək  xalqı, sevgisi və arzuları uğrunda qəhrəmancasına döyüşərək canlarını fəda etmişlər. Lakin Onların hər biri özlərindən sonra minlərlə qəhrəman qoyub getdiklərini yaxşı bilirdilər.

  24 iyun 2022-ci il tarixdə Müdafiə Nazirliyinin Bakı Qarnizonundakı “N” saylı  hərbi hissəsində Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilmişdir. Azərbaycan Ordusunun yaranmasının 104-cü il dönümünə həsr olunmuş tədbirdə hərbi hissənin şəxsi heyəti, , Azərbaycan Beynəlxalq Milli “Dədə Qorqud” Fondunun rəhbəri və “Azərbaycan Dünyası”Beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl oğlu, Milli Dəyərlərin Təbliği Fondunun nümayəndəsi Elgiz İmanlı, Veteran Tankçılar Birliyinin rəhbəri Hacı Əzimov, veteran tankçılar, bir qrup şəhid ailəsi və başqa qonaqlar iştirak ediblər. Tədbirdə rəşadətli Azərbaycan Ordusunun peşəkar, vətənpərvər, yüksək döyüş hazırlığına malik zabit və əsgərlərin qəhrəmanlığından, igidliyindən geniş söhbət açılraraq Dövlət Başçısının diqqət və qayğısı sayəsində ölkənin müdafiə qüdrətinin gündən-günə artırılması xüsusi vurğulanmışdır. Birinci Qarabağ müharibəsində şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Əsəd Əhmədovun bacısı Afidə xanım və şəhid tankçı Nazim Allahverdiyevin qızı Günay Allahverdiyeva çıxış edərək zabit və əsgərlərimizin qəhrəmanlığı və igidliyi sayəsində şəhidlərimizin qisasının alındığını və erməni işğalçılarının layiqincə məhv edildiklərindən bəhs etmişlər.

Azərbaycan Beynəlxalq Milli “Dədə Qorqud” Fondunun rəhbəri və “Azərbaycan DünyasıBeynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayıl oğlu hərbi hissənin komandiri Firdovsi Bəyova  hərb sahəsində göstədiyi misilsiz xidmətlərinə, vətənpərvərlik və yüksək peşəkarlığına görə fondun təsis etdiyi “Həzi Aslanov” ordenini təqdim etmişdir. Xidmətlərində göstərdikləri xüsusi bacarığına və qazandığı nailiyyətlərə görə 10 nəfər zabitə fəxri fərman və bir qrup hərbi qulluqçu isə hədiyyələrlə  təltif olunmuşdur.
  Hərbi hissənin komandiri Firdovsi Bəyov təltif olunduğu ümummilli qəhrəmanımız Həzi Aslanovun adını daşıyan Həzi Aslanov” ordeninə görə Eldar İsmayıl oğluna xüsusi minnətdarlığını bildirərək bu ordeni hər zaman qurur və fəxarət hissi ilə sinəsində daşıyacağını bildirmişdir.

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]