Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

HEYDƏR ƏLİYEV- MÜASİR AZƏRBAYCANIN BANİSİ

4343 Baxış sayı / 10-04-2023 12:08

Azərbaycan xalqı tarix boyu məşhur dövlət xadimləri yetişdirmiş xalqlardandır.Belə siyasətçilərdən biri də müasir müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevdir. Öndər Heydər Əliyevin siyasət yolunda Azərbaycan,Azərbaycana xidmət şüarları dayanır.

1993-cü il 15 iyun Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıtdı.Bu tarixə qədər ölkə daxilində və xaricində baş verən hadisələr vətəni zəiflətməyə başlamışdı.Heydər Əliyev bele bir zamanda xalqın istəyi və təkidi ilə hakimiyyətə gəlmişdi.Onun qayıdışı ilə ölkədə gedən ictimi-siyasi proseslər dayandırıldı.Bir çox sahələrdə:iqtisadiyyat,siyasət,incəsənət,tibb,təhsil və s. islahatlar aparmış və müasir Azərbaycanın təməlini qoymuşdur.Xalq daima ona ümid bəsləyir və ən əsasıda ona güvənirdi. Xalqı üçün Heydər Əliyev hər zaman qətiyyətli və cəsarətli olmuşdur.

Ümummilli lider Heydər Əliyev deyirdi: “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram”.

Heydər Əliyev fəaliyyətinin 1993–2003-cü illərinin xalqımızın milli mənlik şüurunun oyanışında,formalaşmasında da böyük rolu var.

         Ulu Öndər Heydər Əliyevin tarixi şəxsiyyət, ümummilli lider kimi  ən böyük uğuru ondan ibarətdir ki, onun qurduğu müstəqil Azərbaycan dövlətçiliyi yaşayır və inkişaf edir.

 

 


Qərbi Kaspi Universiteti, filologiya(Azərbaycan dili və ədəbiyyatı) fakültəsi

                                      tələbəsi Nəzrin Həsənli

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]