Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Akademik Ramiz Mehdiyevin “DAĞLIQ QARABAĞ – MƏXƏZLƏRDƏN OXUNMUŞ TARİX” kitabı Livanda nəşr edilib

34981 Baxış sayı / 03-10-2018 23:06

Bu yaxınlarda Livanın paytaxtı Beyrut şəhərində “Delta” Dərin Araşdırmalar Mərkəzində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – məxəzlərdən oxunmuş tarix” kitabı nəşr edilib.

 

AMEA-nın Fəlsəfə İnstitutundan verilən məlumata görə, kitabı ərəb dilinə Əlcəzair Milli Araşdırmalar Mərkəzinin (CNRPAH) professoru Zəim Xənişlavi tərcümə edib.

 

Qeyd edək ki, professor Z.Xənişlavi V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edib və burada akademik Ramiz Mehdiyevlə görüşərək ondan bu kitabın tərcüməsinə və nəşrinə icazə alıb. Tərcüməçinin öyrənilən problemə bələdliyi ərəb oxucusuna Qarabağ problemini aydın şəkildə başa düşmək imkanı verir.

 

Kitabda Azərbaycan və Ermənistan arasında hələ də davam edən münaqişənin əsasını təşkil edən tarixi problemdən danışılır. Müəllif problemi tarixi mənbələr əsasında oxucuya izah etməklə bir çox qaranlıq məqamlara aydınlıq gətirir, mürəkkəb məsələlərin həllini göstərən koqnitiv strategiya təqdim edir.

 

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin bu il həm də80 illik yubileyidir.

 

Ramiz Mehdiyevin adı çağdaş Azərbaycan siyasitarixinin 70-ci illərindən çəkilir. Azərbaycan MilliElmlər Akademiyasının akademiki Ramiz Ənvəroğlu Mehdiyev 17 aprel 1938-ci ildə Bakı şəhərindəanadan olub. O zaman Azərbaycan Xruşşov “ilıqlaşmasının” ilk illərini, eyni zamanda Xəzərdənizində neft çıxarılmasının bumunu yaşayırdı.R.Mehdiyev 1957-ci ildə - 19 yaşında Bakı Dənizçilikməktəbini bitirir və "Xəzər neftdonanma" idarəsinin gəmilərində maşinist işləyir.

 

Dörd ildən sonra, 1961-ci ildə gəmi maşinisti işləyən Ramiz Mehdiyev ali təhsil almaq üçünsənədlərini o zaman S.Kirovun adını daşıyanAzərbaycan Dövlət Unversitetinə verir və Tarixfakültəsinə daxil olur. Tələbəlik zamanı ictimai fəallığı diqqətdən kənarda qalmır. Fəal komsomolçu,ali məktəbin ictimai həyatında aktiv olan tələbə Ramizin bu səyləri rəhbərliyin diqqətini çəkir. O dövrüçün böyük uğur sayılacaq karyera sıçrayışı edir.

 

1965-ci ildə unversitetin beşinci kurs tələbəsi olan Ramiz Mehdiyev Azərbaycan Lenin Kommunist

 

 

Gənclər İttifaqının Mərkəzi Komitəsinə (LKGİ MK) tələbə şöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür. 1965-ci ildə ali təhsilini başa vuran Ramiz

 

Mehdiyev artıq ictimi-siyasi iş təcrübəsi ilə LKGİ-dənüfuz qazana bilir. Gənc komsomolçunun təlimatçıvəzifəsində apardığı iş qaneedici olduğundan onudaha irəli çəkməyə qərar verilir. Onu Naxçıvanagöndərirlər. Ramiz Mehdiyev 1965-1967-ci illərdəNaxçıvan komsovol vilayət komitəsinin ikinci katibiişləyir. Perspektivli komsomol işçisi Naxçıvandakomsomolda karyerasını başa vuraraq elm sahəsinəüz tutur. Nikita Xruşşovun SSRİ-də başladığı “kimyalaşma” kampaniyasının ən qızğın çağındaR.Mehdiyev fəlsəfə ilə məşğul olmağı qərara alır.

 

O, 1968-ci ildə M.V.Lomonosov adına MDU-nun fəlsəfə fakültəsinin aspiranturasına daxil olur.Bununla da R.Mehdiyevin həyatının “Moskva”dövrü başlanır. 10 ilə yaxın Rusiyanın ən elitarelm ocağında elm sahəsində işləyir. 1977-ci ildəMDU-nun elmi şurasının iclasında fəlsəfə elmləri namizədi elmi dərəcəsi almaq üçün yazdığı dissertasiyasını müdafiə edir. Bundan sonra R.Mehdiyevvətənə, Azərbaycana qayıdır. 1972-ci ildə vaxtiləoxuduğu ali məktəbdə işə düzəlir. ADU-nun “Elmi kommunizm” kafedrasında əvvəlcə müəllim, sonra baş müəllim işləyir. Kommunist Partiyasının üzvüolan R.Mehdiyev yaxşı kadr kimi tezliklə partiyarəhbərliyinin diqqətini cəlb edir. Mərhum HeydərƏliyevin birinci katib olduğu Kommunist Partiyasının Mərkəzi Komitəsi Ramiz Mehdiyevin elmifəaliyyətini partiya işinə cəlb etmək qərarına gəlir.O, 1974-cü ildə Azərbaycan KP MK-nın aparatındatəbliğat-təşviqat şöbəsinə mühazirəçi qismindəcəlb olunur. Buradakı fəaliyyəti ilə etimad qazananMehdiyev iki il sonra, 1976-cı ildə Azər.KP MK-nınelm və təhsil müəssələri şöbəsinə müdir təsdiqolunur. 1978-ci ildə isə Bakının ən böyük və stratejirayonu olan 26 Bakı komissarı (indiki Səbail) rayonKomitəsinin birinci katibi təyin edilir. İki il burada işlədikdən sonra R.Mehdiyev yenidən MərkəziKomitəyə qayıdır. 1980-cı ilin iyununda elm vətəhsil şöbəsinə müdir təyin olunur. 1981-ci ilin yanvarında isə onu partiyanın ideoloji işinin təşkil edənən mühüm posta - Azərbaycan KP MK-nin təşkilatipartiya işi şöbəsinə müdir təyin edirlər. 1988-ciildə SSRİ prezidenti Qorbaçovun AzərbaycanaƏbdürrəhman Vəzirovun timsalında təyin etdiyiyeni rəhbərlik ölkədə kadr dəyişikikləri edir. RamizMehdiyev Milli Elmlər Akademiyasına gəlir. 1988-ciilin iyunundan AMEA İctimai-Siyasi Tədqiqatlar vəİnformasiya İnistitutuna şöbə müdiri işləyir. 1993cü ildən fəlsəfə elmləri doktorudur.

 

1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətəqayıdan Heydər Əliyev Ramiz Mehdiyevi unutmur.Prezident 1994-cü ilin fevralında Ramiz Mehdiyevi Prezident Aparatının şöbə müdiri, 1995-ci ilin fevralında isə Prezident Aparatının rəhbəritəyin edir. 2009-cu ildən respublika Konstitusiyasına dəyişikliklərlə əlaqədar olaraq R.MehdiyevAzərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəridir. Həqiqi dövlət müşaviri olanRamiz müəllim 2001-ci ildə Nyu-York EA-nın üzvüseçilib. Akademik 100-dən çox elmi məqalələrinmüəllifidir (milli və sosial-siyasi münasibətlət, müasir Azərbaycan, dövləti və cəmiyyəinin inkişafı və s.mövzularla bağlı). 2007-ci ildə Milli Elmlər Akademiyasının həqiqi üzvü, akedemik seçilib.

 

17 aprel 2008-ci ildə 70 illik yubleyi ilə bağlı Prezident İlham Əliyevin fərmanı ilə "İstiqlal"ordeni ilə təltif edilib. Akademik ordenin tiqdimat mərasimində özünün bütün uğurlarına görə,mərhum Heydər Əliyevə borclu olduğunu deyib.

 

16 aprel 2018-ci ildə isə 80 illik yubleyi ilə bağlıPrezident İlham Əliyev Ramiz Mehdiyevi “Şöhrət”ordeni ilə təltif edib.

 

«Ola bilsin, mən nadir insanlardan biriyəmki, çox xoşbəxtəm. O mənada ki, birincisi, mən möhtərəm prezident Heydər Əliyevlə uzun illərçalışmışam və mənim bütün fəaliyyətimdə,ümumiyyətlə həyatımda Heydər Əliyevin roluçox böyük olub. Demək olar ki, Heydər Əliyevindövlətçilik təfəkkürü, dövlətçilik məktəbi, ümumiyyətlə prinsipləri, onun dünyaya baxışı – bütün bunlar mənim üçün böyük bir məktəb olub. Mənbu illər Heydər Əliyevin rəhbərliyi altında çalışmışam və bacardığımı etmişəm. Çalışmışam ki, onun etimadını doğruldum”-deyə akademik vurğulayıb.

 

Ramiz Mehdiyev ailəlidir. İki övladı var.

 

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" jurnalının Ağsaqqallar Şurası adından jurnalın təsisçisi və baş redaktoru Eldar İsmayılov Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevi 80 illik yubileyi münasibəti ilə təbrik edib.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]