Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib

34837 Baxış sayı / 08-11-2018 20:54

Qazaxıstanın ölkəmizdəki səfirliyində Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin yaranmasının 25 illiyi münasibətilə tədbir keçirilib.

Tədbirdə rəsmi şəxslər, Dostluq Cəmiyyətinin fəalları, "Dədə Qorqud" Milli Fondunun sədri Eldar İsmayılov, Qazaxıstanın Dostlar Klubunun üzvləri və digər qonaqlar iştirak ediblər.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev çıxışında vurğulayıb ki, Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti iki ölkə arasındakı münasibətlərin daha da genişlənməsinə mühüm töhfələr verir. Biz təkcə strateji tərəfdaş yox, həm də dost və qardaş ölkələrik. Heydər Əliyevlə Nursultan Nazarbayev iki ölkə arasındakı əməkdaşlıq əlaqələrinin möhkəm bünövrəsini qoyublar və bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir.

Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyətinin sədri Eldar Günaydın, Cəmiyyətin vitse-prezidenti, "Dədə Qorqud" Milli Fondunun sədri, "Azərbaycan dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov iki ölkə arasında əsrlərdir dostluq və qarşılıqlı yardım münasibətlərinin olduğunu deyib və bu münasibətlərin bundan sonra da davam edəcəyinə əminlik ifadə ediblər.

Sonra Azərbaycan-Qazaxıstan əlaqələrinin inkişafına töhfə verən şəxslərə təşəkkürnamələr təqdim edilib. 

"Dədə Qorqud" Milli Fondunun sədri, "Azərbaycan dünyası" jurnalının baş redaktoru Eldar İsmayılov Azərbaycan və Qazaxıstan arasındakı münasibətlərin yüksək səviyyəyə çatdırılmasında verdiyi töhfələrə görə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Beybit İsabayevi Fondun təsis etdiyi "Qızıl Ürək" ordeni ilə təltif edib.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]