Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

“Azərbaycan Tarixi” kitabı dünənimiz, bugünümüz, sabahımızdır!

29592 Baxış sayı / 21-10-2017 21:40

Eldar İsmayılov / “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının təsisçisi vəBaş Redaktoru / [email protected]

Vətəni qorumaq, mühafizə etmək üçün əqidəli, qətiyyətli şəxsiyyətli insanlara ehtiyac vardır. Bu əqidəsi möhkəm insanların sayı tarixdə hər zaman ümumi kütləyə nisbətdə az olmuşdur. Vətən sevgisi, vətən namusu, vətən qeyrəti sözügedən həqiqi vətəndaşlara xas olan qabarıq xüsusiyyətlərdəndir. Bu sevginin mənbəyi ümumiyyətlə torpağa olan bağlılıq və hörmətdir ki, bu nemət Uca tanrı tərəfindən bizə əmanət edilmişdir. Bu vətəni, bu torpağı bizə ata-babalarımız necə əmanət qoyublarsa, biz də bizdən sonrakı nəsillərə bu yurdu, bu eli sağlam bir şəkildə təhvil verməliyik . Peyğəmbər Məhəmməd (s) buyurmuşdur: “Vətəni sevmək imandandır”. Belə ki, öz Yaradanını, niyə yaradıldığını, özünü, kimliyini anlayan insanda vətəninə qarşı sevgi mütləq yüksək səviyyədə olacaqdır. Əks halda bu torpaqda yaşamağımız, faydalanmağımız bizim vicdanlı yaşayışımıza zidd hala gətirib çıxaracaqdır. 

Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir. Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir. Heydər Əliyevin hər bir insanın qəlbində öz yeri, öz obrazı, hər bir vətəndaşın taleyinde öz izi vardır. 

Bu gün o dahi şəxsiyyətin missiyasını yüksək bacarıq və səriştəlik qabiliyyətinə malik olan Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyeva davam etdirir. O, yeri gələndə səmimi-gülərüz xanım, mehriban ana lakin bu ağır yükü yorulmadan zərif çiyinlərində daşıyacaq qədər cəsarətli və qeyrətli xanımdır. Xanım Əliyevanın bölgələrdə apardığı yenidənqurma islahatları öz bəhrəsini nəzərə çarpaçaq dərəcədə nümayiş etdirir. Xatırladım ki, Qəbələnin Nic kəndində məskən salmış Udin xalqının bugünkü rahat yaşayışı, Mehriban xanımın bu prosesdə daha çox fəallığının göstəricisidir. Ümumiyyətlə dinindən-dilindən asılı olmayaraq Azərbaycanda yaşayan hər bir vətəndaşa hörmətlə yanaşan xanım Əliyeva, xalqına-millətinə dəyər verir, dərdinə şərik olur və tez bir zamanda problemlərinin həllinə belə yol tapmağa çalışır. Bütün bunlardan belə bir nəticəyə gəlmək olur ki, bu gün Azərbaycan xalqının Mehriban xanım kimi fədakar bir sərkərdəyə ehtiyacı var. Onun var olması Azərbaycan xalqına sankı bir ümıd çırağıdır. Bu çırağın sönməməzliyi üçün biz də bir millət olaraq, Mehriban xanımın yanında olmalı və ona hər cür dəstəyimizi laiqincə göstərməliyik. 

Şəxsiyyətlərdən danışmışkən bir insanı xüsusi vurğulamaq istəyərdim. Cəmiyyətimizdə öz yerini laiqincə tutan, vətənini-millətini sevən gözəl insan Rəşid Rzayevdir. Bu yaxınlarda “Azərbaycan Dünyası” jurnalının və milli  “Dədə Qorqud” fondunun dəstəyi ilə Rəşid müəllimin yazıb ərsəyə gətirdiyi “Azərbaycan Tarixi” kitabının təqdimatı keçirildi. Kitab üç dildə:Azərbaycan, rus və ingilis dilində çap olunub. Kitabın əsas mahiyyəti qədim Azərbaycan dövlətinin tarixi pullarını əks etdirir. Numizmatik materiallar əsasında ərsəyə gələn bu kitabda qaranlıq qalan bir çox məqamlara toxunulub. Düşünürəm ki, dünənimizlə yanaşı bu günümüzündə həmçinin sabahımızında gənclərinin bunu bilməyə çox ehtiyacı var. “Azərbaycan Tarixi” kitabını bütün türk dünyasına tanıtmaq və onu gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Bu kitab ulu qədimliliyinin bəhrəsini yeni tariximizə nəsildən-nəsilə ötürən daha bir ünsiyyət daha bir bir vasitə kimi qiymətləndirilməlidir. 

Hər kəsə məlum olduğu kimi milli “Dədə Qorqud” fondu yeni bir lahiyə “Uşaqlarımız bizim sevincimiz” şüarı altında öz fəaliyyətinə başladı. Lahiyəmizin məqsədi məktəb və baxçalarımızda uşaqlarımıza qarşı göstərilən diqqətə və qayğıya və onların bir şəxsiyyət kimi formalaşmasında əziyyətlə çalışan müəllim və dayələrimizi axtarıb tapmaq, onları fondumuzun adından mükafatlandıraraq bu məsuliyyətli ışdə səbrli davranışlarını qiymətləndirməkdir. Bu yaxınlarda Yasamal rayonu 117№-li uşaq baxçasında keçirilən tədbirə mən də dəvət aldım. Baxça rəhbəri Solmaz Hacıyevanın körpələrimiz haqqında düşüncələri məni çox duyğulandırdı. Hər bir uşağa ayrı-ayrılıqda diqqət göstərən, onlara mehriban və həssaslıqla yanaşan bu xanım mənim zənnimdə, baxçada çalışan bu kollektivə qarşı çox müsbət fikir oyatdı. Solmaz xanım rəhbərlikdən də əlavə uşaqlara fədakar bir ana olduğunu da isbatladı. Onun bu içdən gələn davranışını mən də yüksək qiymətləndirərək “Azərbaycan Dünyası” beynəlxalq jurnalının idarə heyəti və milli “Dədə Qorqud” fondu adından Solmaz Hacıyevaya, yüksək potensial bacarıqlı bir rəhbər olduğuna, baxçada yaratdığı nizam-intizama, kollektiv arasında olan mehribançılığa və ən-əsası uşaqlara göstərdiyi qayğı və diqqətə görə “Mehriban Ana” ordeni ilə mükafatlandırılacaq. 

Bu ilin İyun ayında Qazağıstan Xalq Assambleyası Katibliyinin müdiri Mınbay Darxan Kamzabekulı məni Qırğızıstanın Bişkek şəhərində keçirilən qurultaya dəvət edir. Bu dəvət onların Azərbaycan xalqına göstərdiyi diqqətin nəticəsi kimi dəyərləndirilir. Qurultaya milliyətindən asılı olmayaraq çox ölkələr qatılmışdı. Qurultayın əsas məqsədi dünya xalqlarının bir araya gəlməsi, təşkilatlanması və onların həmrəylik qayəsi altında birləşməsidir. Qurultayı öz çıxışı ilə açıq elan edən Rəşad Məmmədov bildirdi ki, “dilindən-dinindən asılı olmayaraq hər zaman sülhün tərəfdarı olmuşam, ölkələr arasında baş verən çəkişmələrə, müharibələrə görə iç dünyamız-dəyərlərimiz puç olub gedir. Haqsızlığa yox, haqqın-sülhün tərəfdarı olan ölkələri dəstəkləməli və birlik yaratmalıyıq”. Sonra vurğuladı ki, Azərbaycan xalqının bu prosesdə iştirakını qiymətləndirirəm. Rəşad Məmmədovun çıxışından sonra Qazağıstan Xalq Assambleyası Katibliyinin müdiri Mınbay Darxan Kamzabekulı həmçinin öz fikrini bildirərək, bütün dünya xalqlarının siyasi baxımdan bir araya gəlib ölkələr arası sülhün bərqərar olmasını vacib buldu. Çıxış üçün mənə söz veriləndə bildirdim ki, Qazağlar ilk növbədə Qazağıstanın prezidenti Nursultan Nazarbayev olmaqla, tək Azərbaycan xalqının yox, onlar hər zaman bütün türk dünyasına həmrəy olublar. 

Vurğulayım ki, zaman-zaman Türk dünyasının dahi, ölməz şəxsiyyətlərinin var olduğu bir cahanda yaşayırıq. Süleyman Dəmirəl, Heydər Əliyev kimi bacarıqlı siyasətçilərimizin hələdə yeri görünür. Bu gün Nursultan Nazarbayev öz siyasi təfəkkürünə arxalanaraq, dünyada baş verən bütün bu proseslərin öhdəsindən gələ bilir. O “Türk Dünyasının atası”dır. Onun bugünkü proseslərdəki mövqeyi hər kəsi heyrətləndirir. Onun üstünlüyü ölkələr arasında əlaqələri yaratmaq və bu bırliyi gücləndirməkdir. 

Jurnalımızın bu nömrəsində görkəmli yazar, və türk dünyasının böyük şəxsiyyətlərindən olan Murad Adji haqqında da materiallar hazırlanıb. Məlumdur ki, el ağsaqqalı və ictimai xadim Murad Hacı türk dünyasının möhkəmlənməsində beynəlxalq əlaqələrin, mədəni dostluq münasibətlərinin dərinləşməsində əvəzsiz nailiyyətlərinə görə milli “Dədə Qorqud” fondu adından “Vətən Övladı” qızıl ordeni ilə mükafatlandırılıb. 

Ümumiyyətlə dəyərli-şəxsiyyətli insanlara sağlığında qiymət vermək lazımdır. Vətən yolunda-torpaq uğrunda ölümün belə gözünün içinə dik baxan qeyrətli oğul və qızlarımız var. Ölüm belə onların şəxsiyyətini əyə bilmir. Şəhid olan bir kəsə, dağ belə boyun əyir. Bir şeirdə deyildiyi kimi:

Canlar fəda etdilər Mübarizlər-Fəridlər, 

adicə bir torpağı vətən etdi şəhidlər. 

Torpağın uğrunda əyər ki, ölən olmaz

o torpaq çiçək olmaz-o torpaq vətən olmaz!

sən də fəda-qurban et can, bu vətən yolunda, 

pərvanə ol- şəminə yan, bu vətən yolunda!



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]