Azərbaycanda “məmur-oliqarxiya” idarəetmə sistemi tamamilə çökdürüldü

11 aprel 2018-ci il prezident seçkilərindən sonra demokratik şəkildə dövlət başçısı seçilən İlham Əliyev cənabları beynəlxalq miqyasda təhsil görmüş və iş təcrübəsinə malik yeni kadrlarlardan ibarət Nazirlər Kabinetinin tərkibinin yaradılması haqqında sərəncam imzaladı. Bu perspektvli kadrlar həm də müasir dünya tərcürbəsində özünü isbat etmiş menecer-texnokratiya sisteminin Azərbaycanda ilk dəfə olaraq təsdiq edilməsi kimi qəbul olundu. Əslində bütün bunlar öncədən də bəlli idi. Prezident İlham Əliyev cənabları son illər ərzində dövlətin və xalqın maraqlarına və müasir standartlara cavab verməyən məmurlara öncədən çox ciddi şəkildə xəbərdarlıqlar etmişdi. Hətta risqə gedərək bir sıra iri çəkili firuqların hakimiyyətdən uzaqlaşdırılması kimi ciddi tədbirlərə əl atmışdı. Prezident İlham Əliyev yeni hökumətin tərkibini elan etməklə bir daha sübut etdi ki, o yenilikçi və zamanın nəbzini yüksək səviyyədə dəyərləndirə bilən siyasətçidir.
Qeyd edək ki, prezident İlham Əliyev cənablarının yeni nəsil siyasətçilərinə üstünlük verməklə həm də Azərbaycanı dünya miqyasında “3-cü ölkə”lər orbitindən çıxararaq inkişaf etməkdə olan dövlətlər siyahısında yer almasını təmin etmişdir. Müasir dünya praktikasının təməl prinsiplərindən biri də dinamik idarəetmə sistemidir. Bu mənada prezident İlham Əliyev dünya təcrübəsinə istinad etməklə peşəkar kadrların irəli çəkilməsi siyasətini irəli sürübdür.
Fuad Muradov
Diasporla İş üzrə Dövlət Komitəsinin sədridir. 39 yaşı var. Dövlət Neft Akademiyasını bitirib. IV çağırış millət vəkili seçilibdir. Gənclərlə iş, ictimai qurumlarla fəaliyyət üzrə yeni nəsil peşəkar mütəxəsisslərindən biri hesab olunur. "Ümidli Gələcək" Gənclər Təşkilatının təsisçisi və vitse-prezidenti, Ekoloji Layihələr Mərkəzinin baş ekoloqu, "Təşəbbüs" Xeyriyyə İctimai Birliyinin təsisçisi olub. Avropa Gənclər Forumunun maliyyə-nəzarət komissiyasının sədri, Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının baş katibi kimi mühüm vəzifələri daşıyıbdır. Milli Məclisdə dünyanın bir sıra ölkələri ilə əlaqələrin inkişafı istiqamətində işçi qruplarında fəaliyyət göstəribdir.
Pərviz Şahbazov
Energetika nazirdir. 49 yaşı var. 1991-ci ildən diplomatik xidmətdə fəaliyyət göstərməyə başlayıb. Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1997-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabrına qədər Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olmuşdur. 12 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının energetika naziri təyin edilib.
Orxan Sultanov
Xarici Kəşfiyyat Xidmətinin rəisidir. 41 yaşı var. Əvvəllər Azərbaycan Xarici İşlər Nazirliyində işləyib. Beynəlxalq münasibətlər, dövlətin təhlükəsizliyi və yeni inkişaf siyasəti üzrə burada böyük təcrübələr qazanıbdır. 2007-2011-ci illərdə isə Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin humanitar məsələlər üzrə I katibi vəzifəsində çalışıb. XİN-dən sonra MTN-in Xarici Kəşfiyyat İdarəsində işə qəbul edilib. Ölkə prezidenti tərəfindən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Rövşən Rzayev
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə sədridir. 56 yaşı var. IV çağırış Milli Məclisin deputatı seçilib və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin idarə heyətinin üzvü olub. Qarabağ probleminin həlli istiqamətində beynəlxalq hüquqi aktların həyata keçirilməsi üzrə peşəkar hüquqşünas kimi tanınır.
SahilBabayev
Əmək və əhalinin sosial müdafiəsi naziridir. 38 yaşı var. Bundan öncə iqtisadiyyat nazirinin müavini vəzifəsində işləyirdi. Hüquq üzrə fəlsəfə doktorudur. Dövlət Neft Şirkətində və Bakı-Tbilisi-Ceyhan boru kəməri üzrə müqavilələrin hazırlanmasında iştirak edib. Avropa İttifaqı-Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin, Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin əlaqələndiricisi olub. İqtisadi İnkişaf Nazirliyində, Avropa İttifaqı - Azərbaycan ticarət və iqtisadiyyat alt-komitəsinin həmsədri, Avropa İttifaqı Yardım Alətləri üzrə Proqram İdarəetmə Qurumunun rəhbəri, “SOCAR Türkiyə Ege” Kompleksinin Direktorlar Şurasının üzvü kimi çalışıb. İngiltərə, Fransa və digər ölkələrdə beynəlxalq hüquq və müqavilə hüququ sahəsində müxtəlif təlim və kurslarda iştirak edib. İqtisadiyyat nazirinin müavini olub.
Samir Nuriyev
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədridir. 48 yaşı var. ABŞ-ın “Duke” Universitetində Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini almışdır. Müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində çalışmışdır, o cümlədən: 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi kimi iştirak edibdir. 2006-cı ildə o, İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilmişdir. Prezidentin sərəncamı ilə 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilmişdir. 12 aprel 2016-cı il tarixli sərəncamla Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilmişdir.
İnam Kərimov
Azərbaycanın kənd təsərrüfatı naziri təyin edilib. 41 yaşı var. ABŞ-ın İndiana ştatında Richmond High School-da təhsil alıb. Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin məzunudur. Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr və Sorbonna Universitetində magistr təhsili alıb. 2002-2012-cü illərdə Prezident Administrasiyasında məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb. 2005-2012-ci illərdə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub. 2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib. 7 sentyabr 2012-ci il tarixli sərəncamla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri təyin edilib.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]