Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Azərbaycanın parlaq günəşi.......

3374 Baxış sayı / 10-04-2023 11:42

"Demokratik prinsiplər mənim həyatımın mənasını təşkil edir və bundan sonra demokratiya bizim dövlətimizin əsasını təşkil edəcəkdir... Hər bir şəxs Konstitusiyaya və qanunlara dönmədən əməl etməlidir. Ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələri layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir".

Heydər ƏLİYEV

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çox şaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

     Özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı

cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi.

Ümummilli liderin insan hüquqlarının qorunması, demokratik inkişaf istiqamətində həyata keçirdiyi siyasət onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməkdədir. Bunu çoxlu sayda imzalanan qərar və sərəncamlardan da aydın görmək mümkündür.

 

 Qərbi Kaspi Universiteti filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakultəsi tələbəsi Ələsgərova Sevinc

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]