Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Bakıda görüşlər

10784 Baxış sayı / 25-04-2022 10:52

İsveç KİV nümayəndələri Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsində, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, ANAMA-nın baş ofisində və Milli Məclisdə bir sıra rəsmi görüşlər keçirib. Xatırladaq ki, bu, İsveç KİV nümayəndələrinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarına ilk səfəri idi. Səfər Emil Mirzəyevin sədrliyi ilə İsveç Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə baş tutub. Yeri gəlmişkən, səfər Azərbaycan torpaqlarının işğaldan azad edilməsi uğrunda Vətən müharibəsinin başlanmasının ildönümü ərəfəsində baş tutub. İsveçli jurnalistlər separatçıların Azərbaycan torpaqlarında törətdikləri mədəni və dini vandalizm faktları, son 30 ildə işğaldan azad edilmiş Azərbaycan torpaqlarında törədilmiş ekogenosidlərin sənədləşdirilməsi, 90-cı illərdə Birinci Qarabağ müharibəsinin canlı şahidləri ilə görüşlər ilə tanış olublar.

İlk görüş Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2019-cu il tarixli sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilmiş Rövşən Rzayev ilə keçirilib. Bu Komitə qaçqınların qəbulu, yerləşdirilməsi və məişət şəraiti ilə bağlı məsələləri həll etmək üçün və respublikanın sovet, təsərrüfat, inzibati və ictimai təşkilatlarının bu sahədə fəaliyyətini əlaqələndirmək məqsədi ilə hələ Azərbaycan SSR Sovetinin Rəyasət Heyətinin 19 sentyabr 1989-cu il tarixli qərarı ilə yaradılıb. 1993-cü il yanvarın 5-də komitənin adı dəyişdirilərək Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi adlandırılmışdır.

Cənab Rövşən Rzayev 1992-1993-cü illərdə 1 000 000-ə yaxın qaçqın və məcburi köçkünün deportasiya olunduğunu, və 320 000-ə yaxın məcburi köçkünün Komitədən yaşayış yerlərlə təyin olduğunu bildirdi. Dövlət köçkünləri pulla, təhsillə, işlə kömək etmək üçün bütün səylərini göstərir. Amma şərait o qədər də yaxşı deyil, dövlət bütün qaçqınları əhatə edə bilmir. Qaçqınların vətənlərinə qayıtması ilə bağlı araşdırma aparılır. Komitə Bakıda qaçqınlar üçün layihələr üzərində işləyir. Cawa Media, bu layihələrdən birinə adlanan baş çəkib. “Xari Bülbül” adlanan layihədə əl işi xalçalar istehsal olunur və satışa çıxadrılır. Burada Qətibə Xəlilova nadir gümüş zinət əşyaları istehsal edir. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]