Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əbədiyaşar lider

14508 Baxış sayı / 10-04-2023 12:58

Gözəl gələcək hər bir kəsin arzusudur.
İnsanoğlu xoşbəxt, müstəqil gələcək üçün çalışır. Tarixə nəzər saldıqda öz xalqının, millətinin müstəqil gələcəyi üçün illərini fəda edən şəxsiyyətlərin sayı barmaqla sayılacaq qədərdir. Əgər biz bu dəyərləri özündə daşıyan şəxsiyyətlərdən danişsaq ilk ağıla gələn əbədiyaşar liderimiz Heydər Əlirza oğlu Əliyev olar.

H.Əliyev Azərbaycançılıq ideologiyasının, milli dirçəlişinin və inkişafının əsasina çevrilmiş düşüncənin banisidir. Prezident  oldğunu  dövrdə H. Əliyev nəinki qısa müddətdə  ölkə daxilində münaqişə  ocaqlarini söndürə bildi, həmdə Azərbaycanın indiyədək rəhbər tutduğu  dövlət  inkişafının əsas istiqamətlərini üzə çıxara bildi.Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bildi. Tarixə nəzər saldıqda, onun qəhrəmanlığından, alicənablığından xəbərsiz qalmaq mümkün deyil. Bir çox dünya siyasətçilərinin sitatlarında H. Əliyev haqqinda  fikirlərə rast gəlirik. Buna misal olaraq  V. Putin deyirdi:" Onun ölümü Müstəqil Dövlətlər birliyi və bütün beynəlxalq ictimaiyyət  üçün əvəzedilməz  itkidir."

   "Mən Azərbaycanı bir gəmiyə bənzədirəm. Bəli gəmiyə! Fırtınılardan çıxmış,coşqun  dəryanın hər cür çətinliyini görmüş və sonda limanına çatmış bir gəmi! Bir gəminin fırtınadan keçə bilməsi üçün müdrik, uzaqgörən kapitanı olmalıdır. Azərbaycan  gəmisinində belə bir kapitanı vardı.  Heydər Əliyev gəmimizi böyük məharətlə  limana  çatdırdı, bu gəminin insanları olan xalqımıza azadlığı, xoşbəxtliyi  ərmağan  etdi."

     

Qərbi Kaspi Universiteti, filologiya(Azərbaycan dili və ədəbiyyatı) fakültəsi

                                      tələbəsi Nərminə Mahmudova



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]