Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Dahi şəxsiyyət Heydər Əliyev

5236 Baxış sayı / 10-04-2023 12:01

Ümummilli lider Heydər Əliyev respublikamızın inkişafı üçün böyük xidmətlər göstərmiş, islahatlar aparmışdır. O, ölkədə sabitliyin yaranması üçün, xalqın mənəvi zənginliyi, intellektual səviyəsi, mənəvi azadlığı üçün əlindən gələni etmişdir.

         Heydər Əliyev ölkədə bir çox sahədə islahatlar aparmışdır. İqtisadiyyat, təhsil, mədəniyyət, tibb və s. Ancaq mənim fikrimcə, aparılan islahatlardan ən vacibi hazırki cəmiyyətimiz üçündə önəmli yer tutan insan hüquq və azadlıqları üzrə aparılan islahatlardır. İnsan hüquqlarının ən yüksək səviyyədə qorunması, söz, fikir azadlığının təmin edilməsi, bu ali məqsədin müəyyənləşdirilməsi, onun həyata keçirilməsi və reallaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.     

        Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi hüquqi islahatlar üçün şərait yaratdı.  Vətəndaşların azad şəkildə özünüifadəsi  yalnız inkişafa, tərəqqiyyə xidmət edir.  Konstitusiyanın 47-ci maddəsi isə ölkəmizdə fikir və söz azadlığının təminatı məsələsini özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində insan və vətəndaş hüquqlarına və azadlıqlarına təminat verilir.  Ümumiyyətlə, konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib.

         Bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir. Biz Ümumilli lider Heydər Əliyev sayəsində buna nail olduq. Və Heydər Əliyevin bizə miras qoyduğu demokratik dövlətimizin, hüquq və azadlıqlarımızın inkişafı üçün bir vətəndaş olaraq əlimizdən gələni etməliyik.

Qərbi Kaspi Universiteti,  filologiya (Azərbaycan dili və ədəbiyyat) fakültəsi tələbəsi Lamiyə Ağayeva 

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]