Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Daxili və xarici siyasətimiz Azərbaycan xalqının rifahına hesablanıb

13064 Baxış sayı / 25-04-2022 10:56

Arzu Nağıyev

Milli Məclisin deputatı

 

Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı daxili və xarici siyasətdə dövlətin təhlükəsizliyi, suverenliyinin qorunması, insanların rifahı mühüm əhəmiyyət kəsb edən istiqamət kimi daim nəzarətdədir. 

Bu prinsipləri həyata keçirmək  regional təhlükəsizliyə təhdidin qarşısını almaq həm də beynəlxalq təhlükəsizlik deməkdir. Məhz bu baxımdan keçirilən görüşlər, verilən bəyanatlar dünya ictimaiyyəti tərəfindən anlayışla qarşılanır və Azərbaycanın haqq səsi mötəbər kürsülərdə dəstəklənir. 

Azərbaycan ərazi bütövlüyünün bərpası ilə bağlı 44 günlük müharibədə zəfər çaldı. Artıq müharibənin genişmiqyaslı hərbi əməliyyatlar fazası başa çatıb, lakin biz şahidi oluruq ki, informasiya və diplomatik diasporlar səviyyəsində müharibə davam edir. Təqdirəlayiq haldır ki, cənab İlham Əliyevin qətiyyətlə apardığı bu mübarizədə həm də parlamentin - Milli Məclisin spikeri Sahibə xanım Qafarovanın, onun rəhbərlik etdiyi nümayəndə heyətlərinin, parlamentlərarası işçi qruplarının rolu danılmazdır. Buna noyabrın 28-də Madriddə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasını misal göstərmək olar, yəni parlament də bu gün informasiya müharibəsinin önündə gedən qurumların ən mühümlərindəndir. 

Artıq bütün beynəlxalq görüşlərdə Azərbaycanın haqq səsi dəstəklənir və biz daim irəliyə doğru addımlar atırıq. Lakin təəssüfə qeyd etmək lazımdır ki, Ermənistan məğlub tərəf olsa da, öz neqativ fəaliyyətini yenə də davam etdirməkdədir.

Paşinyan son çıxışlarında tərəfdaşı adlandırdığı Rusiyanın bu məsələnin həllinə birmənalı yanaşmadığını göstərməyə çalışır və bunu dolayı yollarla müxalifətin siyasi gedişi kimi göstərərək iki ölkə arasındakı məsələlərin həllinə Qərbi cəlb etmək istiqamətində hərəkətlər edir. 

Erməni rəhbərliyinin əsas istəyi odur ki, görüşlər Qərbin patronajlığı altında keçirilsin və əsas məqam kimi insan haqları, qondarma qurumun “statusu” gündəmdə olsun və buna da insan haqları donu geydirilsin. Lakin Rusiya Ermənistanın baş naziri Paşinyanın hansı siyasi oyunlar qurduğunu təhlil edir və prosesləri nəzarətdə saxlamağa çalışır. 

Rusiya da öz növbəsində ATƏTin Minsk qrupunun həmsədr ölkələrindən biri kimi regionda gedən proseslərdən kənarda qalmaq istəmir və həta ən vacib açar fiqur kimi çıxış edir. 

Bütün bunlara baxmayaraq, Azərbaycan qalib ölkədir və şərtləri diktə edən tərəfdir. Ona görə də ölkəmiz təmkinli şəkildə öz siyasətini sərgiləyir. Məlumdur ki, Soçi görüşündə də Azərbaycan olaraq əsas məqsədimiz sərhədlərin müəyyən edilməsi, təklif olunmuş “3+3” formatının reallaşması, 10 noyabr sazişinin müddəalarının yerinə yetirilmə mexanizminin dəqiqləşdirilməsidir. Regionda baş verən proseslərdə Qərbin də, Rusiyanın da öz strateji maraqları mövcuddur. Kimlərəsə xoş gəlməsə də, Azərbaycan müstəqil siyasət aparan bir ölkədir. Buna görə də bütün tərəfərlə bərabərhüquqlu müstəvidə danışıqlar aparır. Ölkəmizin xarici siyasətinin əsasında ərazi bütövlüyümüzün tanınmasını qəbul etdirmək dayanır. 

Ermənistan baş nazirinin çıxışları ancaq daxili auditoriyaya hesablanıb və bu fikirlər spekulyasiya xarakteri daşıyır. Çünki Ermənistan məğlub ölkədir. Paşinyan məğlub ölkənin başçısı kimi öz nüfuzunu qaldırmaq, hakimiyyətini qorumaq üçün çıxışlar edir, apardığı daxili və xarici siyasətdəki yanlışlıqları vətəndaşlarına sırımaq istəyir, buna isə müxalif qüvvələrin maneçilik törətdiklərini göstərir. Amma əsl reallıq danışıqlar masasındakı mövzulardır. Ermənistan tərəfi bu reallıqları qəbul etməyə məcburdur, çünki əks halda regional təhdidlər böyük qlobal təhdidlərə çevrilə bilər. 

Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın təklifi ilə 6-lıq platformanın yaradılması ideyası regional və qlobal təhlükəsizliyə təhdidin qarşısını ala biləcək müArzu Nağıyev Milli Məclisin deputatı Daxili və xarici siyasətimiz Azərbaycan xalqının rifahına hesablanıb mühüm amildir. Bu, ilk növbədə Ermənistanın xeyrinə olmaqla yanaşı, 6 dövlətin hər biri üçün labüddür. Dəhlizlərin açılması, sərhədlərin delimitasiya və demarkasiya məsələləri, həta sərhədlərin açılması ehtimalı da burada öz həllini tapa bilər. Məlumdur ki, 44 günlük müharibədə Türkiyə Azərbaycanı mənəvi-psixoloji cəhətdən dəstəkləməklə, eyni zamanda, Prezident İlham Əliyevin apardığı informasiya müharibəsində də bizimlə oldu. Qardaş ölkə NATO blokuna daxil olan dövlət kimi istər türk və müsəlman dünyasında, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarda mənəvi-siyasi dəstək nümayiş etdirdi. 

Türkiyə-Azərbaycan münasibətlərində hər iki dövlətin liderlərinin şəxsi münasibətlərinin də rolu mühümdür: “Nə qədər desələr də ki, xarici siyasətdə dostluq ümumi maraqlardan başlayır, bizim timsalımızda göstərə bildik ki, dostluq və qardaşlıq münasibəti də mümkündür və “iki dövlət, bir millət” olmaq da mümkündür. Azərbaycanın qələbəsi bunu bir daha möhkəmlətdi, Bakı və Ankara arasındakı münasibəti artıq beynəlxalq meqalayihələrin icrasına, logistika, turizm, birgə platformaların yaradılmasına yönəltdi. Artıq bunun gerçəkləşməsinin şahidi oluruq və yaxın zamanlarda da olacağıq”. 

Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci Zirvə Görüşündə qəbul edilən yekun sənəddə Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapıb. Bəyannamədə Azərbaycan xalqı və hökuməti işğal olunmuş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibəti ilə təbrik edilir. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin məhz Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər günü münasibəti ilə təbrik etməsi də mühüm bir məsələdir. 

Əsas məqam ondan ibarətdir ki, Ermənistan da KTMT-nin üzvüdür. Məhz Qırğızıstan, Qazaxıstan, Tacikistan və Özbəkistanın bu təbrikə qoşulması təqdirəlayiq haldır. Bu, onu göstərir ki, KTMT-yə üzv olan dövlətlər Azərbaycana dəyər verir, türk dünyasında, ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında da Azərbaycan ciddi, öz sözünü deyə bilən, qalib bir dövlət kimi qəbul edilir və tanınır. 

Bu, həm də Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyəti, liderlik xüsusiyyətləri və qətiyyəti ilə bağlıdır, türk dünyasında Azərbaycan Prezidentinin lider kimi qəbul olunmasının ifadəsidir. 

Onlar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olmaqla yanaşı, eyni zamanda, Ermənistanın üzv olduğu KTMT-nin də üzvləridirlər. 

İƏT çərçivəsində qəbul edilmiş hesabatlarda “Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları sənədlərdə yer almış dəhliz” ifadəsinin öz əksini tapması Zəngəzur dəhlizi məsələsinin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul olunmasının bariz nümunəsidir. 

Bütün bu proseslər bir daha göstərir ki, Azərbaycanın apardığı daxili və xarici siyasət hər bir ölkə vətəndaşının rifahına, suveren dövlət prinsipinə, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasına hesablanıb.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]