Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

`Dədə Qorqud Fondu`nun rəhbəri `Cümhuriyyət 100` Ordeni ilə təltif olunub

36923 Baxış sayı / 29-11-2018 22:04

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun təsis etdiyi “Cümhuriyyət 100” Yubiley Ordeninin daha bir mükafatçısı məlum olub.

UABD İdarə Heyəti “Azərbaycan Dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” Fondunun rəhbəri Eldar İsmayılın “Cümhuriyyət 100” Ordenilə təltif olunması barədə qərar verib.

Kiyevdə səfərdə olan E.İsmayıl dünən UABD-nin ofisinə dəvət olunub. Qurumun sədri Hikmət Cavadov, müavinlər Murad Cəfərov, Elşad İbrahimov və İdarə Heyətinin üzvlərilə görüşən E.İsmayıl belə bir Ordenlə təltif olunduğuna görə UABD rəhbərliyinə təşəkkürünü bildirib və fəaliyyətinə göstərilən diqqətə görə minnətdarlığını ifadə edib.

UABD sədri “Cümhurəyyət 100” Ordenini E.İsmayıla təqdim edib.

Qeyd edək ki,  “Cümhurəyyət 100” yubley ordeni UABD ilə uzun illər əməkdaşlıq şəraitində Azərbaycan dövlətinin tanıdılması, onun uğurlarının təbliği istiqamətində birgə çalışan siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, incəsənət, mətbuat və eləcə də idman sahəsində fərqlənən ictimai və siyasi xadimlərə təqdim olunur.

Ordenin təsis olunması Ukraynada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsi ilə bağlı tədbirlər planına daxildir. UABD-dən verilən məlumata görə, Tədbirlər planı Prezident İlham Əliyevin 10 yanvar 2018-ci il tarixli “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq təsdiq olunub. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]