”Dədə Qorqud” Milli Fondu,“Azərbaycan Dünyası”,”Veteranın Səsi” Jurnalının Vətən müharibəsində Qələbəyə imza atmış Şəhid və Qazilərə dəstək layihəsi davam edir!

Vətənə, Xalqa, Dövlətə, Dövlətçiliyə hörmət və məhəbbətlə xidmət yolu keçən, fəaliyyətlərinin yeni səhifəsində Azərbaycan Respublikasının sərhədlərinin bərpası, torpaqların mənfur düşmən tapdağından təmizlənməsi, yeni tarixin yazılmasında imzası olan Vətən övladlarına mənəvi dəstək olmaq əsas qayəmizdir!
Fond tərəfindən ilk olaraq Milli qəhrəman Mübariz İbrahimovun anası Şamama xanım “Mehriban Ana” Ordeni ilə təltif olunmuşdur.Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunov “Vətən Övladı” Ordeni ilə təltif edilmiş, Orden ailəsinə təqdim olunmuşdir.
Azərbaycanın bütün rayonlarından könüllü olaraq Vətən müharibəsində möhtəşəm Qələbənin qazanılmasında imzası olan oğullarımız vardır. ”Dədə Qorqud” Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası” və ”Veteranın Səsi” Jurnalarının Baş redakoru Eldar İsmayılovun rəhbərliyi ilə əməkdaşlar Esmiralda Mehdiyeva , Nərgiz Qadaşova, Azər Ağarzayev, Seyidağa İsmayılov, Mais Hüseynov Şabran rayonunda Şəhid ailələrini və Qaziləri ziyarət etmişlər. Vətən müharibəsində iştirak edən min nəfərdən çox gənc könüllülər içərisindən 121 şəhid və xeyli sayda qazi var Şabranda. Azərbaycandan kənarda yaşayan soydaşımız xeyriyyəçi mesenat Mehman Ağarzayev 28 Şəhid ailəsinə maddi dəstək göstərmişdir. Mehman Ağarzayev şəhid ailələrinə dəstək göstərən ilk soydaşlarımızdan biridir. Şəhid ailələri ilə görüşlər zamanı Ali Baş Komandan cənab İlham Əliyev tərıfindən Şəhid və Qazilərimizə xüsusi diqqət və qayğı göstərilməsinin vacibliyi vurğulanmışdır. Görüşlərdə Dədə Qorqud Fondunun rəhbəri Eldar İsmayılov tərəfindən Şəhidlərin valideynlərinə Ordenlər təqdim olunmuşdur.
-Şəhid İlyasov Şükür Qəmbər oğlu. -“Şəhidin anası Zeynəb xanım“MEHRİBAN ANA”Ordeni;
-Şəhid Ağaquliyev İlkin Saməddin oğlu. Ailənin uzun illər övlad həsrətindən sonra ilk və tək övladı. Hərbi xidməti başa vurduqdan sonra hərbçi olmaq qərarına gəlib. Snayper gülləsinə tuş gəlib. Şəhidin atası Ağaquliyev Saməddin müəllimə.“Ədalətin Qılıncı”Ordeni;
-Şəhid Orucov Ürfan Firdovsi oğlu. Şabran şəhər 1 saylı orta məktəbi bitirib. İdman Akademiyasının məzunu, İngilis, İspan dillərini bilirdi. Şəhid olmamışdan öncə belindən zədə alıb qardaşı evə gətirmək istəyib .Şəhidin anası -Orucova Şərqiyyə xanıma”MEHRİBAN ANA” Ordeni;
-Şəhid Həsənov Xəyal Əliyulla oğlu . Xüsusi təyinatlı olmuşdur. Şəhidin anası Həsənova Zərnişan xanıma “MEHRİBAN ANA” Ordeni;
-Şəhid Balağayev Seyfəddin Vahid oğlu. 22 yaş.Tərtər rayonun Ağdərə istiqamətində şəhid olub. Sumqayıt Dövlət Universitetinin məzunu. Anası dağıstanlı Şeyx Şamilin nəslindəndir. Şəhidin anası Balağayeva Bəsxanım xanıma “ MEHRİBAN ANA” Ordeni;
-Şəhid Ağayev Əmirağa Mahir oğlu. (18 yaş) 2 bacının 1 qardaşı.. Şəhidin atası Ağayev Mahir müəllimə “Ədalətin Qılıncı” Ordeni təqdim olunmuşdur.
Görüş zamanı şəhid Ağayev Əmirağanın atası Mahir kişi öz öğlunun nəşini tapmaq üçün apardığı axtarış zamanı aşkar etdiyi düşmən əsgərlərinin nəşini onların vadeynlərinə təhvil verdiyini söylədi. Nə üçün bunu etdiniz, axı onlar sizin övladınızı öldürmüşlər sorumuna ?:- Onlar düşmən olsalar da onlar da valideyndirlər bu acını yaşayır deyir Şəhid Atası!!! Budur Azərbaycan İnsanın mənəviyyatı!
Mənfur düşmənsə bütün çirkin xislətini, xarakterini bəşəriyyətə özü subut etdi...
Hər kəsin yolunu müəyyən edən Allah, bu yolda ona kömək də göndərir. Rastına çıxan xeyirhaqq xislətli insanlar sənin mükafatındır. Vətən müharibəsində ömrünü, sağlamlığını xalqına, Dövlətinə, dövlətçiliyin möhkəmləndirilməsinə həsr etmiş, böyük zəhmətlər bahasına əldə olunan uğurlara imza atmış oğulların ömür yolu gənclər üçün öyrənilməli nümünədir.Yarım qalmış arzular, ümidləri ilə birgə zirvələrə ucalmış vətənlərini, sevdiklərini qorumağı özünə borc bilən həyat dolu oğul balalarımız. Onların valideynləri ilə görüş şərəfli olduğu qədər də ağırdır. Valideylərin gözündə qürur və kədər biri birinə çuğlaşıb. Qürur onları ucadan uca edən Vətən məhəbbəti, kədər bala həsrəti. Qarabağın azad olunmasında şəhid olmuş Vətən oğulları , Qazilər cəmiyyətin həssas üzvü olmaqla diqqət, qayğı, hörmət və ehtirama layiqdirlər. Gərəkdi onların səsi vaxtında eşidilsin, problemləri dərhal həll olunsun. Buna gücümüz yetər! Dünyamızı qorumaq, İnsanığın qorunması üçün bir olaq, birləşək!!!
Zülfiyyə Vəliyeva
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]