Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Dünya türkun haqqına girə bilməz

19505 Baxış sayı / 21-02-2021 21:29

Eldar İsmayılov / baş redaktor

 

Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi, xalqınin bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq bu gün vacibdir. Vətənimizin qüdrətini artmasına naminə hər birimiz əsgər olmalıyıq! Evimiz və son mənziliniz olan  Vətən bizim namusumz, əcdadlarımızın, övladlarımızin şərəf və qürur yeridir. Tariixi torpaqlarımızı düşmən tapdağından təmizlənməsində əldə etdiyimiz uğurlar Allahın qüdrəti, zamanın diqtəsdir. Dünyanın Azərbaycan maraqları heyranlıqla dilə gətirilən:-Azərbaycannın öz torpaqlarının işğaldan azad etdiyi döyüşlərdə hərbi qüdrəti, döyüş taktikası, müasir texnologiyalardan istifadə məharəti!  Türkiyyə dövlətinin  prezdenti  Rəcəb Tayyib Ərdoqan başda olmaqla Türkiyyə dövlətinin dəstəyi, Azərbaycan Respublikasının Prezdenti , Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin qətiyyəti, igid oğullarimizin göstərdikləri rəşadətlərlə qürurlanırıq! Azərbaycanın hər bir vətəndaşı səfərbərdir!

Qarabağ müharibəsi Azərbaycan tarixinə  qızıl hərflərlə yazıldı.  Bu müharibədə əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı. 28 illik vətən həsrətinə son qoydu. Canlarından keçən igidlər əsgərlərimiz, həkimlərimiz xalqın, əzizlərinin ürəyində yaşayacaqlar!  Şəhidlər və şəhid anaları qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik!

”Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının xətti ilə  tək Azərbaycanda deyil, xarici ölkələrdə ardıcıl olaraq məqsədyönlü iş aparılır. Dövlətçiliyə xidmət, Azərbaycan həqiqətlərini yorulmadan təbliğ edilməsi, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək əsasa prioritetdir. “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalı dünyanın bir çox ölkələrində yaşayan azərbaycanlılar üçün mədəni və maarifləndirici rol oynayır, Azərbaycan diasporu və həmvətənlərimizi ruhlandırır! Diaspora Komitəsinin (Komitə sədri Fuad Muradov) fəaliyyəti nəticəsi Dünya Azərbaycanlılarının birliyini möhkəmləndirdi. Milli təəsübkeşlik hissimiz türk dünyasına və doğma Vətəninə bağlılığ, ümummili ideologiyamız olan türkçülük və azərbaycançılıq məfkurələrinə sədaqətimizin daha güclü olduğunu, amal və istəyimizdə bu kriteriyaların dayandığı tam olaraq isbatlanıb. Türk dünyasına, canımızdan artıq sevdiyiniz doğma Vətənimizə sədaqətlə xidmət, dünyanın aparıcı ölkələrində insanlar arasında dostluğun, barışın, birliyin, əməkdaşlığın, sülhün və əmin-amanlığın inkişafına qürurverici böyük töhfələr vermişdir. Türk dünyasının, Azərbaycanın inkişafına və hərtərəfli tərəqqisinə xidmət təqdirəlayiqdir. "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalı müasir Azərbaycan mədəniyyətinə, türk xalqları arasında birlik və dostluğun gücləndirilməsinə,  birgə əməkdaşlıq, dəyərlərin qorunması və təbliğinə, Vətənə və İnsana sevgini özündə etiva edir!

Biz tarixi torpaqlarımızı mənfur  düşmənin tapdağından təmizləyirik. Türkiyə, Pakistan, İsrayıl, Qazaxstan, Özbəkstan, Dağstan, Türkmənstan, Cənubi Azərbaycan və başqa dost ölkələr bizə dəstək olmuşlar. Dünya buna şahid olsun:- Yeni tarix yazır Azərbaycan! Dostlar bizə dəstəkdir! Qarabağ Azərbaycandır! Birliyimiz ən parlaq qələbəmizdir! Azərbaycan-Türkiyə dünya üçün nümunədir! Yeni dünya nizamına imza atır Azərbaycan-Türkiyə! Qətiyyət və şücaət qələbəyə aparan yoldur! Dünya türkun haqqına girə bilməz!Hər bir vətəndaşın mill və bəşəri dəyərlərə sahib olması, insanlığın qorunmasına verdiyi töhfələr Dədə Qorqud istəyinin reallaşmasına töhfə vermiş olur. 

 Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Xalqın müqəddəs saydığı inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Tibb üzrə Fəlsəfə doktoru, Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun baş elmi işçisi, praktik ginekoloq - Fatimə Xanım üçün peşədə sərhəd yoxdur. Fatimə xanım peşəsində  şərəf və ləyaqətlə calışır. Gənc alimin İngiltərə, Danimarka, İsveç Macarıstan, Hindistan və Türkiyənin nüfuzlu jurnallarında elmi əsərləri nəşr olunub. 2011-ci ildə İngiltərənin London şəhərində kecirilən Dünya Mama Ginekilogiya konqresində elmi işimin poster prenzentasiyası Qızıl Medala layiq görülüb. Fatimə həkimin  sağlam ananın , sağlam körpənin uğurda apardığı cihadın əsas qayəsi xoşbəxt, möhkəm ailələrin olduğu xoşbəxt cəmiyyətin gələcəyi üçün töhvədir. Vətəndaşlıq borcunu layiğincə yerinə yetirən Fatmə xanımın rəhbərlik etdiyi tibbi personal şəhid və qazilərin  ailələrinə təmənnasız xidmət göstərir, vaxtaşıri olaraq onların ailələrinə baş çəkirlər. Köllektivin hər bir üzvü bu xidmətləri sevərək, yüksək peşəkarlıqla yerinə yetirirlər. Fatimə Hacıyevanın ictimai fəaliyyətində də xeyriyyəcilik missiyası təqdirə layiqdir. Ramil Səfərov adına Cənub İdman Kulubunun Fəxri üzvü Fatimə xanım yeniyetmələr arasında boks üzrə Azərbaycan, Ukrayna,  Qazaxstan cempionu Rzazadə Rza  və Azərbaycan çempionu Nicat Mehdizadəyə daim dəstək göstərir.  Ehtiyaclı olan ailələrə maddi və mənəvi yardımlar, sağlamlarının bərpası kimi onlarla faktlar vardır.  Bu onun həyat amalıdır. Fatimə xanımım fəaliyyəti Dədə Qorqud Milli Fondu tərəfindən “QIZIL ÜRƏK” ordeni ilə mükafatlandırılmışdır. İdarə heyətinin üzvləri Sakit Məmmədov, Rəşid Rzayev, Məhəmməd Qurbanov,  Faiq Səlimovun iştirakı ilə keçrilən tədbirdə Fondun rəhbəri ”Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Baş redaktoru Eldar İsmayılov ordeni Fatimə xanıma təqdim etmişdir.

Vətənini, dilini, dinini sevəsən, sevmək azdir, həm də onu sevdirə bilmək gərəkdir. Olumölüm məqamında edilən səhvi Allah heç bir bəndəsinə bağışlamaz! Qəlbimizdə olan ambisiyaları öldürək, Vətənimizin, dövlətimizin, dövlətçiliyimizin qorunması üçün bir olaq!

Güclü dövlət olmaq üçün hüquqlarımızı anlayaq, vəzifələrimizi unutmayaq!

Zəruri məqamlar:

Vətənin, Dövlətin, Millətin qorunması, ölkə vətəndaşlarının güvənli olması üçün:

- Ölkənin bütün sferslsrında baş verən korrupsiya xəyanətə, Xalqa, Millətə, dövlətçiliyə xəyanət kimi qiymətləndirilməli;

- Vəzifə səlahiyyətlərindən istifadə edərək dövlətə, millətə qarşı törətdikləri maddi və mənəvi xəyanətlərə görə azğınlaşmış məmurlar qanun qarşısında cavab verməli və ciddi cəzalandırılmalı;

- Ölkənin təhlükəsizliyi, insanların mənəviyyatı və təhsili, vətəndaşların sağlamlığı, vətən müharibəsinin şəhidləri, qaziləri, hərbi qulluqcülar, müəllim və həkimlərə yüksək səviyyədə qayğı və hörmətlə yanaşılması təmin olunmalıdır!

Yaşasın Azərbaycan! Qarabağ  Azərbaycandır!



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]