Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Eldar İsmayılov: `Diaspor təşkilatlarının bir araya gəlməməsi millətimizin birləşmə ehtimalını sarsıdır`

25800 Baxış sayı / 24-11-2019 19:28

“Dədə Qorqud” Milli Fondunun rəhbəri və “Azərbaycan Dünyası” jurnalının baş redaktoru Eldar İsmayılla fondun 20 illik fəaliyyəti və Azərbaycan diasporasının problemləri barədə söhbət etmişik.

 

- Eldar bəy, “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının 20 yaşı tamam olur. Bilirik ki, jurnal bu müddət ərzində xarici ölkələrdə yaşayan soydaşlarımıza, Azərbaycanı sevən şəxslərə çoxsaylı nömrələr həsr edib. Həmçinin “Dədə Qorqud” Milli Fondu da uzun illərdir xarici ölkələrdə təbliğatla məşğuldur. Hər iki faktdan çıxış edərək deyə bilərikmi, siz həm də diaspora fəaliyyəti ilə məşğul olursunuz? 

- “Dədə Qorqud” Fondunu biz yaratdıqda biz qərar almışdıq ki, Türk dünyasının adət-ənənlərini, mədəniyyəti yayaq, təbliğatını aparaq. Fondun adının “Dədə Qorqud” qoyulmasında səbəb də bütün dünyada Türklərin onu vahid simvol kimi, ata kimi qəbul etməsi idi. Mən il dəfə Qazaxıstanın o zamankı prezidenti ilə Kazanda görüşəndə bildirdi ki, “Dədə Qorqud bizimdir”. Mən ona cavab verdim ki, bəli, düz deyirsiniz, sizindir, çünki siz də bizimsiniz, biz bir millətik. Sonuncu dəfə bir müddət əvvəl Qazaxıstanda səfərdə olarkən çıxışlarımda bildirdim ki, Qızıl Orda, Dərbənd və Türküstan Türk tarixinə qızıl hərflərlə yazılmalıdır. Bunların üçü də mənə əzizdir. Dərbənd qədimliyi ilə, tarixi məscidi, məhəllələri ilə, Qızıl Orda Türk dünyasının paytaxtı olub. Bütün türklər ata orada miniblər. Qaldı Türküstana, təkcə onu deyə bilərəm ki, orada bütün Türk dünyasının abidələri var. Və hara gedirsən orada “Qorqud Ata” var. Mən Özbəkistanda, Əmir Teymurun qəbrini ziyarət edərkən də bir enerji hiss etdim. Onda hiss etdim ki, Türk dünyasının böyük enerjisi var və bu enerjini adını çəkdiyim yerlərin hər birində hiss etmişəm. Və biz türkləri brləşdirən Dədə Qorquddur. Biz hər birimiz öz ailəmizdə Dədə Qorqud ənənlərini yaşatsaq, bizdən xoşbəxt millət olmaz. Bir daha qeyd edirəm ki, bu fondun yaradılmsında məqsəd məhz bu ənənlərin yaşadılmasıdır.

- İllər əvvəl Azərbaycanda Diaspora Komitəsi yaradılıb və məqsədi də məhz sizin nəzərdə tutduğunuz missiyanın icrasıdır. Bu illər ərzində sözügedən komitə ilə hər hansı bir əlaqə, birgə layihə olubmu? 

- Allah rəhmət eləsin, Diaspora Komitəsini Heydər Əliyev yaratdı, müəyyən işlər həyata keçirdildi. Amma ondan sonra bu komitəni dağıtmağa baladılar. Qohumbazlıq, yeribazlıq, pulbazlıq... Bütün bunlar komitənin işini məhv etdi. Bizim ən böyük diasporamız Rusiyada idi, o da məhv edildi. Heydər Əliyevin istəyi ilə Rusiyadakı Azərbaycan diasporasına yardım edən ziyalılarımız və iş adamlarımız var idi – Vahid Ələkbərov, İsgəndər Xəlilov, Telman İsmayılov, Aydın Qurbanov, Araz Ağalarov, Fərman Salmanov, Məmməd Əliyev – hamısı bu prosesdən uzaq salındı. Komitənin əvvəlki rəhbərliyinin bir məqsədi var idi - hər gün alternativ diaspora təşkilatı yaratmaq, iləyən təşkilatları sıradan çıxmaq, daha çox qazanmaq.

- Bəs bu gün Rusiyada Azərbaycan diasporasının sıfır nöqtəsindən tərpənməməsinə səbəb nədir?

- Bilirsiz, əvvəlki rəhbərlik o qədər “mina” basdırıb ki, indi hara əlimizi atırıq, ora “partlayır”. Onun vaxtilə elədikləri bu gün biabırçı formada təzahür edir. Komitənin məramnaməsində çox gözəl məqsədlər var, amma onların heç birini hıyata keçirməyiblər. Hazırda yeni gənc rəhbərlik gəlib və o da çalışır işlərin icrasını sürətləndirməyə. Hazırda 3 ildir Rusiya Ədliyyə Nazirliyi Azərbaycan diasporasının qeydiyyatını ləğv edib və qapısını da bağlayıb. Rusiyadakı Azərbaycan diasporasının işi hazırda berbud üçbucağına bənzəyir, bu yöndə nə işlər görülürsə, səssiz-səmirsiz yoxa çıxır, məhv olur. Hazırda Rusiyada yüzə yaxın Azərbaycan təşkilaı var ki, işləyirlər. Amma onarı bir çətir altında birləşdirəcək, bir dam altına toplayacaq əsas qurum yoxdur, koordinasiya edəcək şəxs yoxdur. 

- Yəni doğrudanmı belə bir şəxs yoxdur ki, hər kəs onun sözünü eşitsin və bir ağsaqqallıq missiyası icra etsin?

- Var, niyə yoxdur. Rusiyadakı diaspora təşkilatlarımız da bilirlər, Bakıda da bilirlər ki, bu işi kim həyata keçirə bilər. Amma axı həmin şəxs gəlib deyə bilməz ki, bu işi mənə tapşırın. Rusiyadakı diaspora təşkilatlarımız yekdil olaraq bildirirlər ki, İsgəndər Xəlilov bu işin öhdəsindən gələ bilər və onsuz da bu şəxs illərdir qeyri-rəsmi olaraq bu işlə məşğul olur. Hər kəs bilir ki, İsgəndər Xəlilov tanınmış iş adamıdır və kifayət qədər nüfuzu var. 

- Bəs bu şəxsin Rusiyadakı Azərbaycan diasporasına rəhbərlik etməsinə hansı maneə var?

- Heç bir maneə yoxdur. Bunun üçün Rusiyadakı Azərbaycan diaspora təşkilatları qurultay keçirməli və İsgəndər Xəlilovun namizədliyini irəli sürərək onu seçməlidirlər. Və təbii ki, buna Azərbaycandan, rəsmi Bakıdan xeyir-dua verilməlidir. 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]