Eldar İsmayılov: Körpələr bizim sevincimizdir!

Uşaqlar bizim gələcəyimizdir. Onlar bizə tanrı tərəfindən edilən sonsuz hədiyyədir. Körpələr dünyaya göz açdığlarından etibarən “bir ana bir də vətən”deyib bu amansız həyatın qucağına atılırlar. Bu həyat yolunda kimiləri büdrəyir, kimiləri ağlayır, bəzən kimiləri də ucalır. Lakin onları düzgün-doğru yola yönəltmək və dogru düşüncəyə sahib etmək üçün biz valideynlərin öhtəsinə çox böyük məsuliyyət düşür. İnsanın əqidəsi və şəxsiyyəti onun ruhunun qidasıdır. Hər bir valideyn də övladını bu istiqamətə yönəltmək arzusundadır. lakin bu imkanlara sahib olmaq üçün, övlada verilən tərbiyənin bu yöndə müsbət təsiri olmalıdir. Ümumiyyətlə qeyrətli, şəxsiyyətli, vətənpərvər oğul və qızlarımızn yetişməsi üçün, valideynlə yanaşı cəmiyyətimiz də çox böyük rol oynayır. bu gün uşaqlarımızın düzgün istiqamətdə maariflənməsi üçün dövlətimiz mühüm addımlar atmışdır. Vətəni sevmək ona məhəbbət bəsləmək, bizim körpələrin həyat amacı olmalıdır. Onların düşüncələrini və yaşamını bu ruhda tərbiyələndirməliyik. İstər evdə, istər baxçada, istərsə də məktəbdə hər bir uşağın ayrı-ayrılıqda bir şəxsiyyət kimi formalaşmasında vargücümüzlə çalışmalıyiq.
Son illər dünyanın hər bir yerində müxtəlif lahiyələr keçirilir. “Uşaqlarımızı qoruyaq”, “Uşaqlar bizim gələcəyimizdir”(və sairə) şüarları altında hər bir dövlətin öz bayrağı dalğalanır. “Azərbaycan Dünyası” beynəlxalq jurnalının və milli” Dədə Qorqud” fondunun yeni bir lahiyəsi “Körpələrimiz bizim sevincimiz”şüarı altında fəaliyyətə başladı. Lahiyənin əsas məqsədi məktəblərdə və baxçalarda uşaqlara qarşı verilən diqqət və yaxud da onların sağlam ruhda tərbiyələnməsi və maariflənməsində əziyyət çəkən qayğıkeş-zəhmətkeş müəllim və dayələrimizi axtarıb tapmaq, onları fondun təsis etdiyi müxtəlif orden və mükafatlarla qiymətləndirmək, həmçinin jurnal vasitəsi ilə bütün türk dünyasına tanıtmaqdır. Elə bu səbəbdən də “Dədə Qorqud” fondu bir çox baxçalarda olaraq fəaliyyətinə artıq təkan verib.
Oktyabrın 6-da “Azərbaycan Dünyası” jurnalı və milli “Dədə Qorqud” fondunun prezidenti Eldar İsmayılov” Yasamal rayonu 117№ “My baby”adlı körpələr evində oldu. Eldar İsmayılov körpələr evinin kollektivi ilə yaxından tanış oldu. Baxça müdürü Solmaz Hacıyeva bildirdi ki, körpələrimiz bütün baxçalarda, həmçinin bizim baxçada daxil olmaqla diqqət və qayğı içində bəslənməlidir. onları heç bir istəkdən məhrum etmək olmaz. Körpələrimizin balaca beynini sevgi və məhəbbətlə yumalıyiq ki, onlar cəmiyyətimizə və ətrafımıza qarşı pozitif olsunlar. Dövlətimizlə bağlı gözəl düşüncələri olsun, yüksək potensial qabiliyyətinə malik bir şəxsiyyət kimi formalaşsınlar, çünkü bu bizim üçün çox vacibdir. Solmaz xanım Eldar İsmayılovu, kollektivdə fəaliyyət göstərən metadist Rzayeva Nurlana, tərbiyəçilər- Zarema Orqalıyeva, Samirə İbrahimova, Şəfiyeva Fərqanə, musiqi rəhbəri Hüseynova Fəridə və tibb bacısı Cəlilova Baharla tanış etdi. Eldar müəllim körpələrlə həmsöhbət olarkən vurğuladı ki, uşaqlarımız açmamış bir qönçəyə bənzər. Baxçada isti münasibət yaratmaq, onların qayğısına qalmaq o qönçəni bəsləmək deməkdir. Siz buna daha çox diqqət etməlisiniz!Sonda Eldar İsmayılov uşaqlara göstərilən diqqət və qayğıya görə baxça rəhbəri Solmaz Hacıyevaya öz təşəkkürünü bildirdi.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]