Eldar İsmayılova Yeditəpə Universitetinin `Fəxri Doktor` elmi dərəcəsi adı verilib

İyul ayının 7-də Türkiyənin Yeditəpə Universiteti "Dədə Qorqud" Milli Fondunun prezidenti ve "Azərbaycan Dünyası" jurnalının baş redaktoru Eldar İsmayılova Türk Dili Ədəbiyyatı üzrə Fəxri Doktor elmi dərəcəsi adını verib. Elmi dərəcə İstanbulda Yeditəpə Universitetinin böyük məzuniyət törənində İstanbul Yeditəpə Universitetinin qurucusu Bədrəddin Dalan tərəfindən Eldar İsmayılova təntənəli surətdə təqdim edilib.
Tədbirdə Yeditəpə Universitetinin rektoru professor Canan Aykut Bingöl çıxış edərək tədbir iştirakçılarına Eldar İsmayılov barədə danışıb. Onun Türk dili və ədəbiyyatı sahəsində aktiv fəaliyyətini, Türk Dünyasının yaxından öyrənilməsində, dünyada yayılması, tanıdılmasındakı çoxillik elmi araşdırmaları və mətbuat sahəsindəki misilsiz xidmətlərinə görə Yeditəpə Universitetinin "Fəxri Doktor" elmi adının Eldar İsmayılova verilməsini və onun bu elmi dərəcəni layiqincə hak etdiyini söyləyib.
Tədbirdə Türkiyənin tanınmış ictimai, siyasi, elm xadimləri, Yeditəpə Universitetinin professor və müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.
Tədbirdə Eldar İsmayılov çıxış edərək Yeditəpə Universitetinin rəhbərliyinə təşəkkür edərək, bu yüksək elmi adını qürurla hər yerdə çəkəcəyini və özünün şəxsi arxivində əziz xatirə olaraq saxlayacağını söyləyib.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]