Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Gözəl insan və fədakar həkim - Şahin Quliyev

63569 Baxış sayı / 19-12-2017 15:50

 

Quliyev Şahin Şahpələng oğlu, dekabrın 13-ü 1960-cı ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Bakı şəhərində, Nəsimi rayonunda 164 nömrəli orta məktəbə daxil olub, 1978-ci ildə həmin məktəbi bitirərək, Azərbaycan Tibb İnstitutunun Müalicə Fakültəsinin birinci kursuna qəbul olunub, 1985-ci ildə institutu bitirib. 1985-1986-cı illəri Akademik Mirqasımov adına Respublika xəstəxanasında, terapevt ixtisasına internaturanı keçib. 1986-cı ildən bu günə qədər, Abşeron sanatoriyasında calışır. 1998-ci iləcən həkim-endoskopist, 1998-2000-ci illərdə şöbə müdiri, 2000-ci ildən bu günə qədər müalicə işləri üzrə baş həkimin müavini işləyir. 

 

 

Azərbaycan gözəl mənzərələr məskənidir. Təbiətimiz öz əsrarəngiz gözəlliyi ilə xariqalar yaradır. Başı qarlı dağların, alp çəmənliklərin, subtropik zonaların, qızmar günəşin, təmiz dağ havasının, iti axınlı çaylarının, mineral bulaqların, dəniz və göllərin mənzərəsi isə tamam başqa bir aləmdir. Odlar diyarının bərəkətli torpağının saf təbiətinin rəngarəngliyi, ölkəmizə gələn turistləri həmişə təəcübləndirmişdir. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasıdır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Biz təbiətin kiçik bir parçasıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da onunla bağlıdır. Amma təbiətlə birgə sağlamlığımızın qeydinə qalan həkimlərimizidə unutmayaq.  

”Düz ağıllı insan deyil, ağılından istifadə edən insan” olmaq əhəmiyyətlidir. Ağıllı olmaq müsbət cəhətdir, lakin gözəl- əxlaqi keyfiyyətləri ilə bərabər olmalıdır. Hər gözəl şey ağılla əldə edildiyi kimi, insan olmaq da iradə və səbrlə qazanılır. Hər şey insan içindədir-hər şey insan üçündür! Bütün bu insani keyfiyyətləri içində daşıyan, xəstələrə bütün varlığı ilə can yandıran həkimlərdən biri də Şahin Şahpələng oğlu Quliyevdir. Şahin Quliyev gözəl insan və fədakar həkimdir. O, Abşeron mədə-bağırsaq sanatoriyasında istirahətə gələn xəstələrin rahatlığının tam bərpası üçün sidq ürəklə çalışır. Tibb bacıları isə xəstələrə qayğı və nəvazişlə yanaşırlar. 24saat onların qulluğunda durmağa həmişə hazırdılar. Abşeron mədə-bağırsaq sanatoriyası ölkə paytaxtı vəzifəsini yerinə yetirən Bakı şəhərindən cəmi 35km aralıqda, Abşeron yarımadasının sahilində Mərdəkan qəsəbəsində yerləşir. Sanatoriya bütün standartlara cavab verir. İstirahətə gələnlərin asudə vaxtları olduqca maraqlı şəkildə təşkil olunur. Park boyunca gəzintilər, dəniz vannaları, ziyarətçilərin qulluğunda kitabxana, kafe, çayxana və diskobar fəaliyyətdədir. 

Dekabr 9-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, və "Dədə Qorqud" Milli Fondunun dəstəyi ilə Abşeron mədə-bağırsaq sanatoriyasında tədbir keçirildi. Tədbirdə sanatoriyada xidmət göstərən həkimlərdən, istirahətə gələn xəstələr üçün yaradılan şəraitlərdən və bu ilin son yekunu olaraq sanatoriyada aparılan yüksək təsirə malik müalicənin əhəmiyyətindən danışıldı. İlk növbədə Abşeron mədə-bağırsaq sanatoriyası müalicə üzrə baş həkim müavini Şahin Quliyev çıxış etdi. O bildirdi ki, bu gün Abşeron sanatoriyası ən qabaqcıl sanatoriyalardan biri kimi qiymətləndirilir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bütün sanatoriyalara xüsusi diqqət göstərir. Bundan əlavə Kurort səhmdar cəmiyyətinin sədri Əbil Ağasıyev də bizə hər zaman dəstək olmuş və onun sayəsində bütün lazımı avadanlıqlarla təmin olunan sanatoriyamız istirahətə gələn xəstələrimiz üçün genış imkanlar yaradır. Baxmayaraq ki, sanatoriyanın bir hissəsini qaçqınlar əhatə edir, amma burada onlar üçündə əlavə olaraq bütün şəraitlər təmin olunmaqdadır. Şahin həkim vurğuladı ki, biz onların hər birinin ayrı-ayrılıqda problemləri ilə maraqlanır və bizə müraciət edən xəstələri də sanatoriyamızın hesabına yüksək səviyyədə müalicə edirik. Nəzərinizə onu da çatdırmaq istəyirəm ki, biz hər il xəstələrimizlə, istirahətçilərimizlə gizli sorğular keçiririk. Və bu sorğularımızın nəticəsi olaraq istirahətçilərimizin 70% çox müsbət düşüncələrlə sanatoriyamızdan ayrılırlar. Onlar ən yaxşı işçini belə keçirdiyimiz sorğuda qeyd edirlər. Məlumdur ki, müvəqqəti də olsa, xəstələr üçün ən vacib olan məqamlardan biri də təmiz atmosfer şəraitində yaşamasıdır. Belə çıxır ki, biz bu şəraiti artıqlaması ilə yarada bilmişik.

Əks halda burdan ayrılan istirahətçilərimiz yenidən bura qayıtmağı düşünməzlər. Cənab Prezidentimiz İlham Əliyevin 6 Fevral 2009-cu il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında Kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı" təsdiqlənib. Bu səbəbdən də sanatoriyamızda müasir standartlara cavab verən infrastrukturun formalaşdırılması öz əksini tapıb. Çıxış üçün söz alan digər qonaqlardan biri də "Xidmət İş"Həmkarlar İttifaqları Federasiyasının Vitse Prezidenti Cəmaləddin İsmayılov oldu. Cəmaləddin müəllim də öz növbəsində Sanatoriyada aparılan abadlıq işlərindən, buranın təmiz havasından və otaqların təmiz, səliqə -sahmanından bəhs etdi. Son olaraq söz"Azərbaycan Dünyası"Jurnalının baş redaktoru Eldar İsmayılova verildi. Eldar İsmayılov öz çıxışında, dövlətimizin sanatoriyalara göstərdiyi diqqəti xüsusi olaraq vurğuladı. O, həm də bildirdi ki, həkimlərin xəstələrlə ünsiyyəti çox vacib olan bir məsələdir. Nəzərinizə çatdırım ki, vuğulamaq istədiyim gözəl ünsiyyəti bu gün mən bu sanatoriyada artıqlaması ilə hiss etdim. 

Sonda isə bütün bu sadaladığımız keyfiyyətləri nəzərə alaraq "Azərbaycan dünyası" jurnalının İdarə Heyəti və "Dədə Qorqud" Milli Fondunun dəstəyi ilə Quliyev Şahin Şahpələng oğlu sanatoriyada yaratdığı nizam-intizama, xəstələrə göstərilən əvəzsiz xidmətlərinə görə "Qızıl Ürək"ordeni ilə təltif olundu. 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]