Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Heç bir çirkin əməlin və işğalçı siyasətin bədəli ödənməmiş qalmayacaq!!!

5863 Baxış sayı / 16-09-2022 11:47

  

  Başın sağ olsun Vətən!!! Son zaman hər birimizin ürək acısı və eyni zamanda qürur hissi ilə qarşıladığımız ifadə.... Özündə ləyaqət, iftixar, kədər, hüzn, yarım qalmış xəyal və ümidləri bir yük kimi daşıyır.

  Son bir neçə gün ərzində qəhrəmancasına həlak olmuş Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Ailələrinə və bütün Azərbaycan xalqına baş sağlığımı çatdırmaq istəyirəm və Allahdan səbr diləyirəm. Vətən və ana sevgisini canından üstün tutan, qeyrəti və namusu  ilə yüksək zivələri fəth etmiş oğullarımız bizim qürur yerimiz, ölməzlik zirvəmizdir. O zirvə ki, Vətənə, anaya olan sevgini bütün dolğunluğu ilə əks etdirərək daim ürəklərdə yaşayır və yaşayacaq.

  Ermənistan və onun havadarları bilməlidirlər ki, Ali Baş Komandanın sağlam, düşünülmüş və uzaqgörən siyasəti ilə xalqımız və mərd oğullarımız sayəsində Şəhidlərimizin qanı yerdə qalmayacaq. Damarında Türkün qanı axan hər bir Türk əsgərinin məğlubedilməz ruhu əsrlər boyu özünü layiqincə döğruldaraq tarixdə silinməz qəhrəmanlıq izləri qoymuşdur. Dünyanın bir çox paytaxt və qədim şəhərlərində qəhrəman türk əsgərlərinin şərəfinə yaradılan memarlıq abidələri və muzeyləri bunun bariz nümunəsidir.

"Dədə Qorqud" Milli Fondunun rəhbəri,"Azərbaycan Dünyası" Beynəlxalq jurnalının baş redaktoru Eldar İsmayıl



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]