Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü!

23990 Baxış sayı / 31-12-2019 19:41

Əziz Vətən Övladları!

Vətəninə, dövlətinə sədaqətlə xidmət edərək, İnsanlar arasında barış, birlik, əməkdaşlıq, dünyada sülhün, əmin amanlığın bərqarar olmasına töhfələr verən, öz elmi, qabiliyyəti ilə Vətənimizi təblığ edən istedadlı həmvətənlilərimiz Azərbaycanınn inkişafına xidmət edir Qürurvericidir! Onların dövlətə, dövlətçiliyə xidməti, Vətəninə olan sevgisi və xidmətləri sevindiricidir. Vətəninə bağlı , ümumxalq ideologiyamız olan – azərbaycançılıq məfkurəsinə sədaqətimiz daha da güclü olmalıdır. Amal və istəyində Azərbaycan dövləti dayanan, fəaliyyətləri ilə Vətənimizin qüdrətini artmasına öz töhfəmizi vermiş dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edirlər. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsiilə fəxr edirik.”Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının fəaliyyətinin əsas qayəsi də Azərbaycandan kənarda yaşayan soydaşlarımıza mənəvi dəstək olmaqdır. Əziz Vətən Övladları:-Bir olaq, Güclü olaq! Vətənimizin qüdrətinin artmasına öz töhfəmizi verək!Vətənimizə Dəstək Olaq!

Bayramımız Mübarək Olsun!

 

Eldar İsmayıl

”Dədə Qorqud” Milli Fondunun rəhbəri

“Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının

Baş redaktoru



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]