Həyat davam edir

Ən qısa müharibələrdən biri, təxminən 30 ildir Ermənistanın işğalı altında olan Qarabağı azad etmək üçün 44 günlük müharibə başa çatdı. Qarabağda, kövrək də olsa, yeni bir həyat başladı. Burada geniş şəkildə bərpa işləri aparılır. Hər gün həyati əhəmiyyətli obyektlərin tikintisini, yolların, elektrik stansiyalarının, Fizulidə hava limanının tikintisini, Şuşa şəhərinin bərpası üçün yeni layihələr haqqında məlumatları televizorda görür, mətbuat və sosial şəbəkələrdə oxuyuruq. Şuşa şəhəri gələcəkdə dünyanın ekoloji cəhətdən ən təmiz şəhəri olacaq. Şeirin və musiqinin beşiyi, məşhur şair, bəstakar və müğənnilərimizin doğulub böyüdüyü Şuşa şəhəri “Mədəniyyət və İncəsənət” paytaxtı elan edilib. Suşada keçirilən rəngarəng musiqi festivalında respublikamızın məşhur müğənni və korifeyləri ilə yanaşı Azərbaycanın müxtəlif bölgələrindən olan folklor qruplarının milli geyimlərində çıxışlarının şahidi olduq.
Bütün bunlar dünya ictimaiyyətinə ordumuzun yüksək nizam-intizamını, yeni hərbi texnikaya və texnologiyaya yiyələnməsi, xüsusilə çətin dağlıq ərazilərdə payız-qış aylarında döyüşərək nümayış etdirdiyi cəsurluğu, iradəsi sayəsində mümkün oldu. Cəsarətli ordumuz inanılmaz sücaət və qəhramanlıq göstərərək, Azərbaycan xalqının şərəf və ləyaqətini qorudu, vətənin ən yaxşı oğulları canları və qanları bahasına Qarabağımızı bizə qaytardı. Cəbhəyə möhtəşəm şəkildə rəhbərlik edən Prezidentimiz, Ordunun Baş Komandanı cənab İlham Əliyevin başçılıq etdiyi və bu qələbəni canları və qanları bahasına qazanan bütün şəhidlərimizi, qaziləri minnətlə tanıyır, hörmət edir və xatırlayırıq. Bu münaqişənin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk qrupunun uzun müddət nəticəsiz fəalliyyəti səbəbindən Qarabağın erməni işğalından azad edilməsində Prezidentimiz və Ali Baş Komandanımız canab İlham Əliyevin Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdiyini dünya mətbuatının tanınmış nümayəndələri ilə müxtəlif dillərdə parlaq və hərtərəfli çıxışlarının şahidi olduq. Qarabağda aparılan geniş yenidənqurma işləri ilə yanaşı, respublikamızın rəhbərliyi və ictimaiyyəti şəhid və qazi ailələrinə etinasız yanaşmır. Şəhid ailələri və qazilər üçün yaşayış komleksləri tikilir, yaranan problemlərin həllində hər cür kömək göstərilir. Bu silsilədə ən əhəmiyyətli mövzulardan biri yaralıların və şəhid ailələrinin müalicəsi və sağlamlığının bərpası məsələsidir. Yaralılar həm ölkə daxilində, həm də xaricdə, Türkiyədə, İsraildə və digər ölkələrdə müalicə alırlar. Yerli xəstəxanalarda yaralıların konsultasiyası və müəlicəsi üçün həmin ölkələrdən tanınmış həkimlər dəvət olunur. Şəhid və qazi ailələrinin üzvləri də kanarda qalmır, eyni zamanda ölkənin şəhər və bölgələrindəki istənilən xəstəxanalarda müalicə alırlar. Müharibədən sonrakı demoqrafik əhəmiyyətini nəzərə alaraq şəhid və qazi ailələrində doğum nisbətini öyrənmək məqsədi ilə Azərbaycan Elmi-Tədgiqat Doğuş və Ginekologiyə instituna getdik, burada baş direktor professor, tibb elmləri doktoru Cəmilə Fazil qızı Qurbanovadır. Onun rəhbərlik etdiyi institutun kollektivi geniş təcrübəyə malikdir və burada lazımi müalicəni alan və analıq xoşbəxtliyini dadan bir çox xəstədən böyük hormət qazanmışdır. İnstitutun aparıcı şöbəlirindən birinin müdiri, tibb elmləri namizədi, dosent, ginekoloq cərrah Fatimə xanim Rasim qızı Hacıyeva ilə söhbətdə şəhid və qazilərin xanımlarının müalicə olduqlarını şöbələrində sağlam doğum gerçəkləşdiyini öyrəndik. Nümunə olaraq, 1989-cu il təvəllüdlü, Ağstafa əsilli, Qarabağ müharibəsində qəhramancasına həlak olan hərbçi Mahmudov Əhmədin ailəsində bəhs etdi. Şəhid 27 sentyabr 2020-ci ildə Tərtərin azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralanması ilə bağlı ailəsinə bir söz demir və 6 gün cəbhə xəstəxanasında müalicə olunduqdan sonra yenidən cəbhəyə gedir. 4 noyabr 2020-ci ildə Lacının azad edilməsiuğrunda gedən döyüşlərdə səhidlik zirvəsinə yüksəlir. Şəhidin həyat yoldaşı 1991-ci il təvəllüdlü Məhərrəmova Zöhrə İman qızı isə ilk hamiləlikdən yaranan problemlər səbəbindən Fatimə xanım tərəfindən novbəti hamiləliyin bütün dövründə müşahidə olunurdu. Şəhidimizə zəfərimizi və ikinci qızının doğulmasını görmək gismət olmsa da, kirayədə qalan ailəsi qayğıdan məhrum qalmamışdı. Şəhid Əhmədin ikinci qızı 15 fevral 2021-ci ildə dünyaya gəldi, qızına onun istədiyi kimi Mələk adını verdilər. Azərbaycan Ordusu sıralarında xidmət etdiyi müddətdə Əhməd Mahmudov dəfələrlə medallarla təltif edilmiş, sonuncu “Vətən uğrunda”medalı ölümündən sonra, 15 dekabr 2020-ci ildə, Suqovuşan və Laçın uğrunda gedən döyüşlərdə fəal iştırakına görə ona verilmişdir. Ağstafa əsilli şəhid Əhməd Mahmudov doğulduğu şəhərdə bir qəhraman kimi şərəflə dəfn edildi. Ailəsi, həyat yoldaşı Zöhrə iki qızı və öz anası ilə birlikdə Bakıda kirayədə yaşayır. Qəribədir ki, Zöhrənin anası da şəhid xanımıdır. Onun əri İman Məhərrəmov 1992 ci ildə birinci Qarabağ müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə həlak olub və yegənə qızı Zöhrə də anasının taleyini müəyyən dərəcədə təkrarladı. Əminəm ki, bu ailə diqqətlə əhatə olunacaq, ailəyə mənzil veriləcək və uşaqlar atalarının xatirəsinə layıq böyüyəcəklər.
Fatimə xanım Füzulinin azad edilməsi uğrunda döyüşlərdə fəal iştirak edən, ağır yaralanmış başqa bir qazi ailəsi cəsur və döyüşən əsgər Sənan Əmiraslanov haqqında da danışdı. Qazimizin anası və həyat yoldaşı Fatimə xanım tərəfindən müayinə edilmiş, hər ikisi uğurla əməliyyat olunmuş və onun nəzarəti altında müalicələrini davam etdirirlər. Bu və digər ailələr, gecə-gündüz istəlinən vaxt həkim vəzifəsini layigincə yerinə yetirən Fatimə xanıma müraciət etdiktə, onun və şöbənin işçiləri tərəfindən lazimi diqqət gördükləri üçün minnətdar olduqlarını bildirirlər.
Fatimə xanım pedaqojı fəaliyyət ilə də məşğuldur o, iki dərsliyin müəllifidir. Fatimə xanım yaxşı praktiki işinə və beynəlxalq tibb forumlarında fəal iştirakına görə müəyyən mükafatlara malikdir. Bu mükafatlar arasında “Dədə Qorqud” milli fondunun rəhbəri Eldar İsmayılovun ona təqdim etdiyi “Qızıl Ürək” medalı da layiqli yer tutur. Fatimə xanımı bu yaxınlarda Tiflisdə “Düşüklərin yoluxucu markerlərinin diaqnostik əhəmiyyəti” monoqrafiyasının nəşr olunması münasibətilə təbrik edirik! Qarabağın işqaldan azad edilməsi uğrunda 44 günlük Vətən Müharibəsi zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsinə həsr olunması diqqət çəkir.
Fatimə xanım Haciyevaya, ilk növbədə, özünə can sağlıqı, gündəlik tibbi fəaliyyətində və gələcək elmi işlərində uğurlar arzulayırıq!
Esmiralda Mehdiyeva
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]