Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Çingiz İsayevin `Qızıl ürək` ordeni ilə təltif edilməsi barədə qərar qəbul olunub

34818 Baxış sayı / 25-02-2018 21:53

"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının Ağsaqallar Şurası Rusiyanın Perm şəhərində yaşayan Azərbaycanın qeyrətli oğlu, əlindən gəldiyi qədər təhsil və tibbi müəssisələrinə, əlillərə, veteranlara, təqaüdçülərə və uşaq evlərinə daim təmənnasız yardım göstərən, Rusiyanın Azərbaycan Konqresinin sədri Çingiz İsayevi 50 illik yubliye ilə əlaqədar Fondun təsis etdiyi "Qızıl ürək" ordeni təltif etmək barədə qərar qəbul edib. 

Bu barədə danışan "Dədə Qorqud" Milli Fondunun prezidenti, "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov bildiri ki, "Biz həmişə Azərbaycanın şöhrətli oğullarını qiymətləndiririk, Çingiz İsayev də insanların o parlaq dəstəsinə aiddir ki, öz vətənini və xalqını çox istəyir, xeyriyyəçilik ənənələrinin şöhrətli davamçısıdırlar və biz də bununla fəxr edirik. Bizə yaxşı məlumdur ki, Çingiz İsayev bir hüquqşünas kimi nəinki Perm şəhərində, eləcə də Rusiyanın digər bölgələrində azərbaycanlıların hüquqlarının qorunmasına yaxından yardımçı olur. O həmçinin Azərbaycan və Rusiya arasında əlaqələrin daim yüksək səviyyədə saxlanmasına, mədəni, iqtisadi, siyasi əlaqələrin qurulmasında fəaliyyət göstərir. Mən əminəm ki, ölkəmizin ən böyük zənginliyi neft və başqa təbii sərvətlər deyil, məhz bu cür xeyirxah insanlardır."



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]