Kolleksiyaçı Rəşid Rzayevin yeni kitabı çap olunub

Kolleksiyaçı Rəşid Rzayevin 50 ildən artıq topladığı 227 ədəd qızıl, gümüş, bürünc və misdən hazırlanmış seçmə numizmatik material əsasında yazılan dərs vəsaiti müəlliflərin bu sahədə ikinci uğurudur. Yeni kitab "Antik və Orta əsrlərin pulları" adlanır. Numizmatik materiallar içərisində Azərbaycanda analoqu olmayanlar vardır. Kitaba R.Rzayevin şəxsi kolleksiyasından mövzu ilə bağlı poçt markaları da əlavə olunub. Rəngli fotolarla zəngin olan kitab magistr, dissertant, doktorant, numizmatlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
"Dədə Qorqud" Milli Fondunun təşkilatçılığı ilə kitabın təqdimat mərasimi keçirilib.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]