Müasir Azərbaycan mətbuatı ümummilli tribunaya çevrilməlidir

Şərq aləmində və Türk Dünyasında yeganəAzərbaycan mətbuatıdır ki, bu gün onun 143 yaşıvar. Həsən bəy Zərdabinin naşirliyi ilə işıq üzü görən“Əkinçi” qəzeti böyük bir ənənənin təməlini qoydu. Amma bu da bir faktdır ki, məhz “Əkinçi”nin ardından dünya mətbuatı müstəvisinə can atanAzərbaycan mətbuatı ötən 143 ildə böyük inkişafyolu keçib. H. Zərdabi millətinin yaşamasını, qabağa getməsini, elm və mərifət sahibi olmasını arzulayırdı. O, vurğulayırdı ki, millətin ayılması üçünmütləq maariflənməsi gərəkdir. Bu estafet sonradan“Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Həyat”, “İrşad”,“Füyuzat” kimi mətbu orqanlarla davam etdirildi.Ziyalıların bu addımları cəmiyyətin aparıcı simalarını, o zamanın iş adamlarını da vahid platformaətrafında birləşdirirdi. 1918-ci ildə Azərbaycanındövlət müstəqilliyini əldə etməsi milli mətbuatımızıninkişafında yeni mərhələnin əsasını qoydu. Həminillərdə ilk dövlət qəzetimiz işıq üzü gördü, ardındanisə digər müstəqil mətbu orqanlar nəşrə başladı. XalqCümhuriyyət dövründə Azərbaycan mətbuatı sözünəsl mənasında demokratik meyarlarla inkişaf edirdi.Qərbin demokratiya haqqında mülahizələri mövcudolanda, Azərbaycanda bütün sahələrdə, xüsusiləmətbuat sahəsində demokratik prinsiplər tətbiqolunurdu.Bu gün Azərbaycanın milli mətbuatı yenimərhəyə qədəm qoyur. Uzun müddət ölkə KİV-ninmütxəlif qruplaşmalara bağlı olması, bəzi iri çəkiliməmurların nəzarətində olan xoşagəlməz proseslərarxada qalmaqdadır. Bütün bunlar bizi çox sevindirir.Çünki, 27 ildir dövlət müstəqilliyimizi qorumaqla tamyeni bir səhifənin açılması günün zəruri şərtlərindənbiridir. Mətbuatın əsil işi ümumilli həmrəylik anlayşınıinkişaf etdirməkdir. “Azərbaycan Dünyası” jurnalı ötən20 ildə məhz bu ali məramla fəaliyyət göstəribdir.
Cəmiyyəti müxtəlif zümrələrə bölmədən, hansıölkədə yaşamasından asılı olmayaraq, soydaşlarımızıAZƏRBAYCAN DÜNYASI anlayışı ilə bütünləşdirməyəçalışmışdır. Onu da qeyd edətmək lazımdır ki,mərhum prezident, ulu öndər Heydər Əliyev hər zaman milli mətbuatımızın qeydinə qalmışdır. O, vaxtiləçox uzaqgörənlikdə mətbuatla bağlı belə demişdi:“Əgər bu gün hansısa yeni bir şey varsa, biz onu edirikvə edəcəyik. Biz onu da bilirik ki, jurnalistlərin əməyiqeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir.Çox səylər göstərilməsini, hətta cəsurluq, hünər tələbedən əməkdir. İnsanın daxilində bu peşəyə xüsusi birmeyl, ehtiras olmasa, o jurnalist peşəsinin öhdəsindəngələ bilməz".
Bu gün prezident İlham Əliyevin ölkə KİV-i iləbağlı apardığı siyasət məhz Heydər Əliyev kursunundavamıdır. Bütün bunlarla yanaşı, ölkə mətbuatındaçalışanların da bir sıra təşəbbüsləri olmalıdır. Bu məsuliyyəti daşımaq Dünya Azərbaycanlılarının biraraya gəlməsi üçün vacib şərtlərdən biridir. Vaxtiləmüasir texnologiyalar və innovasiyalar anlayışındanuzaq olan bəzi məmurlar, xüsusilə də Diasporla İşüzrə Dövlət Komitəsinin keçmiş rəhbərliyi bu prosesəsüni şəkildə maneələr və ənəgəllər törədirdi. Onagörə də, komitənin adı ölkə KİV-lərində, həm dərəhbərlik səviyyəsində ciddi şəkildə tənqidlərə məruzqalırdı. Bu gün Komitənin rəhbərliyinin dəyişməsi,yeni dinamizmin ortaya qoyulması böyük ümidlərəyol açıb. Azərbaycan dövlət olaraq sadəcə ölkədaxilində deyil, bütün dünya KİV-nin yanında yer alanstatusa malik olmalıdır. Coğrafi ərazisi AzərbaycanRespublikasından 5 dəfə kiçik və əhalisinin sayının 4dəfə az olan Qətər dövlətinin “Əl Cəzirə TV” kanalı bu gün dünyanın ən nəhəng KİV-dən biri hesab olunur.Bu məşhur TV kanal sadəcə Qətər dövlətinin deyil, bütün ərəb dünyasının, Orta və Yaxın Şərqin informasiya məkanının tribunasına çevrilib. FikrimizcəAZƏRBAYCAN DÜNYASI-nın da belə bir informasiyaməkanının olmasına çox böyük ehtiyac vardır.
Bu gün KİV sadəcə informasiya mənbəyi kimi deyil,həm də Azərbaycan dövlətinin dünya birliyinin ayrılmaz parçası kimi gündəmdə olması ideyasını ortayaqoymalıdır. Fikrimizcə, bu proses ya “Korporasiya”lar,ya da dövlət siyasətinin bir parçası şəklində olmalıdır.Hər hansı bir məmurun monopoliyasında olmaqladeyil, reklam bazarının tam sərbəst şəkildə mövcud qanunlarla tənzimlənməsi sayəsində inkişafetdirilməlidir.
Müasir dünyanın aqil şəxsiyyətləri KİVlərin cəmiyyətdəki rolunu yüksək səviyyədəqəyərləndirərək çox haqlı olaraq bir sıra ideyalar irəlisürülblər.
- "Bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir.”(Heydər Əliyev)
-“Müharibə şəraitində bir informasiya mərkəzi böyük bir ordu deməkdir.”(Henri Kissencer, ABŞ-ın keçmiş dövlət katibi)
- “Jurnalistlər cəmiyyətin keşikçəkənləridir.”(Andrey Lavroxin)
- “Televiziya ekranında hər şey ağ və qara görünə bilər. Ona görə də jurnalistlər peşəkar komanda ilə boz cəmiyyətlə işləməyi bacarmalıdır.”(Di Bi Si Pyer)
- “Amerikada prezidentlər 4 illik, jurnalistlər isə müddətsiz olaraq cəmiyyəti idarə edirlər.”(Oskar Uayld, yazıçı)
- “Qəzetlər oxucuya bilmədiyini düşünməklə, anlamadığını isə oxumaqla öyrədir.”(Aleksis Tokvil)
- “Dünyada hər şeyi ancaq qəzetlərlə aydınlatmaq və ya qapatmaq mümkündür.”(Hilbert Çisterton, ingilis jurnalisti və yazıçı)
- “Yaxşı bir qəzet, mətbu orqan millətin öz-özü ilə danışması deməkdir.”(Stanislav Eji Lets, polyak yazıçı)
- “Azad mətbuat yaxşı da, pis də ola bilər. Bu bir həqiqətdir. Ancaq azad olmayan mətbuat heç zaman yaxşı ola bilməz.”(Pyer Bomarşe, dramaturq)
- “Azad mətbuat, azadlığın qoruyucusudur.”(Ebbot Corc Libling).
Bu siyahını uzatmaqda olar. Dünyanın dahi insanları, filosofları daim mətbuatı düşünmüş və onun inkişafı ilə maraqlanmışlar. “Azərbaycan Dünyası” jurnalı olaraq, hər sayımızda dahi insanların mətbuatla bağlı düşüncələrinə üstünlük vermişik. Jurnalımızın saylarındakı yazılar sonradan cəmiyyətdə aparıcı fikir ünvanına çevrilmişdir. Kimsəyə duydurmadan hər zaman bununla qürur duymuşuq.
Onu da qeyd etmək lazımdır ki, ölkəmizdə hələ də mətbuatı dolayı yolla öz nəzarətinə almaq istəyən bəzi çevrələr mövcuddur. XXI əsrin standartları vizual və virtual aləmin çərçivəsində sosium inkişaf edir. Bu da öz növbəsində fəlsəfi baxımdan sinergetik məənada cəmiyyətin informasiya bazasının formalaşması müstəvisində baş verir. Ona görə də, iictimai-siyasi və digər sahələrdə dövlətçilik maraqları çərçivəsində sinergetik harmoniya vacib şərtlərdən biridir. Dövlətimizin və xalqımızın xüsusilə “Qarabağ” məsələsində vahid platformadan çıxış etməsi istiqamətində daha çox çalışmalıyıq. Vaxtilə Ulu Öndər Heydər Əliyev bütün bunları nəzərə alaraq çox haqlı olaraq deyirdi: “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Biz torpaqlarımızın hansı şərtlər altında olmasına baxmayaraq, onun itkisinə əsla razı olmamalıyıq”. Bütün bunları nəzərə alaraq, Azərbaycan milli mətbuatının yeni keyfiyyətdə, dinamik və bütün dünya ilə uzlaşa bilən formasıına, qaydalara üzümüzü çevirməliyik. KİV-ə Dəstək Fondu, Mətbuat Şurası, Azərbaycan Jurnalistlər Birliyi və digər KİV-lə bağlı qurumlar sadəcə öz çevrələrini deyil, ölkəmizlə bağlı bütün KİV-lərlə ünsiyyət qurmağı günün tələblərinə uyğun şəkildə qurmalıdır. 19 ildir Azərbaycanı bütün dünyada tanıdan, vətənimzi hər yerdə sevdirmək üçün təmənna güdməyən “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalı bircə dəfə də olsun kimsə mataqlanmayıb. Sanki bizə yad gözlə baxıblar. Biz kimsədən nə küsürük, nə də kimsədən umacağımız var. Yüksək poliqrafik keyfiyyətlə ölkə KİV-nin tarixində mütəmadi olaraq dərc olunan “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalını görməzlikdən gəlmək də doğru hal deyil. Biz sadəcə milli mətbuatımızın babası olan Həsən Bəy Zərdabinin yolu ilə gedirik. Dövlətimizə və dövlətçiliyimizə sədaqətimizi işimizlə nümayiş etdiririk. Ona görə də deyirik ki, müasir Azərbaycan KİV-ləri ümummilli tribunaya çevrilməlidir.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]