Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Millət vəkili Yevda Abramov `Vətən övladı` ordeni ilə təltif edildi

37026 Baxış sayı / 28-09-2017 23:27

Bu gun Azərbaycanın milli qəhrəmanı Albert Aqarunovun Quba şəhərində Qırmızı Qəsəbədə adını daşıyan küçəyə xatirə löhvəsinin vurulması ilə əlaqədar olaraq təntənəli açılış mərasimi keçirildi.

Mərasim Azərbaycan dağ yahudiləri icması və" Azərbaycan Dünyası" beynəlxalq jurnalının baş redaktoru, "Dədə Qorqud "fondunun prezidenti Eldar İsmayılovun təşkilatçılığı ilə baş tutdu.

Tədbirdə Quba rayonunun icra başçısı Yaşar Məmmədov, Şuşa şəhər icra başçısı Bayram Səfərov, "Dədə Qorqud" fondunun prezidenti Eldar İsmayılov, Millət vəkili Yevda Abramov, polkovnik Mehman Kərimov və digərləri iştirak edirdilər.

Şəmistan Əlzamanlı mərasimin açılışını edərək milli qəhrəman Albert Aqarunovun qəhrəmanlığından bəhs etdi.

Sonra isə Yaşar Məmmədov və Bayram Səfərov da qəhrəman haqqında tədbir iştirakşıları ilə öz xatirələrini bölüşdülər.

Bundan əlavə millət vəkili Yevda Abramov Qırmızı Qəsəbədə yaşayan hər bir sakini, böyükdən-kiçiyə  qəhrəman Aqarunov kimi mərd və mübariz olmağa səslədi. O həm də bildirdi ki,bu gün Qırmızı Qəsəbədə  yüzlərlə Aqarunov kimi gələcəyin qəhrəmanları yetişir və onlar bu xatirə löhvəsini göz bəbəyi kimi qorumalıdılar.

"Dədə Qorqud" fondunun prezidenti  Eldar İsmayılov da öz dəyərli fikrini söyləyərək bildirdi ki, zaman-zaman Azərbaycanın öz qəhrəman oğul və qızları tariximizdə  öz sözünü cəsarətlə demişdir.O həm də vurğuladı ki, "Dağ yahudiləri Azərbaycanın ayrılmaz gözəl hissəsidir!": "Aqarunovun göstərdiyi şücayət və qəhrəmanlıq bütün dünya azərbaycanlılarının qələbəsidir.Biz qəhrəmanımızla həmişə fəxr etmişik və onun xatirəsini hər zaman uca tutmuşuq!" 

Sonda isə Eldar İsmayılov millət vəkili Yevda Abramova Dədə Qorqud fondunun təsis etdiyi "Vətən Övladı" ordenini təqdim etdi.Mərasim hərbi orkestrin iştirakı ilə başa çatdı.



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]