Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Mükafat təqdim olundu

21101 Baxış sayı / 07-07-2021 13:27

Dədə Qorqud Milli  Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Dərgisi yaradıcı insanların əməyinin  qiymətləndirilməsi kimi məsuliyyətli bir işi uğurla həyata keçirir. Fondun təsis etdiyi “Vətən övladı”, “Mehriban ana”, “Qızıl ürək” ordenləri və “Dədə Qorqud” mükafatları ilə  vətənə, xalqa və öz köklərinə bağlı olan adamları müntəzəm olaraq təltif edilir.Növbəti təqdimat zamanı  Dədə Qorqud Milli  Fondunun rəhbəri,“Azərbaycan Dünyası” Beynəlxalq Dərgisinin Baş redaktoru Eldar İsmayılov“Alternativ Psixologiya” elminin müəllifi, Tibbi-biologiya elmləri doktoru, professor Dədə Qorqudun Faza portretinın müəllifi, onun tarixi şəxsiyyət olması haqqında  informasiyanın  dəqiqləşdirilməsinə elmi töhfəsini vermiş akademik Yaşar Saday oğlu İbadova “DƏDƏ QORQUD”  mükafatını və Diplomunu təqdim etmişdir.

Akademik Yaşar Saday oğlu İbadov  dünyada yeganə psixoqraf, Faza portretlərin müəllifidir. Bu qabiliyyət onda fitridir. Tibbi-biologiya elmləri doktoru, professor, dünyanın aparıcı ölkələrinin (ABŞ, İngiltərə,Türkiyə, Avropa, Rusiya, Ukrayna,Gürcüstanın,  Böyük Brtaniya Oksford Universitetinin) fəxri akademiki,  nüfüzlü Beynəlxalq təşkilatların yüksək mükafatlarına layiq görülmüş, orijinal dəsti-xətti olan, elmi naliyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan , akademik Yaşar Saday oğlu İbadov (Ağdam şəhəri, Şelli Qaradağlı kəndində anadan olub) İnsanların sağlamlığının qorunmasina öz əvəzsiz töhfəsini verməkdədir! O, İnsanın, İnsanlığın xilasına öz elminin gücü ilə yeni-yeni ixtiralarla kömək edir. Yer kürəsində həm nəzəri, həm də praktik nəticələri ilə tanınan, müəllifi olduğu "Alternativ Psixologiya" elminin metodologiyası əsasında İnnovativ İxtiraları (qarmanizatorları, nanotexnoloji metodologiyası və s.) ilə hər bir fərdin, ətraf aləmin, həmcinin Təbiətdə harmoniyanın bərpasına xidmət edir!

 “Alternativ Psixologiya” elminin müəllifi (03.03.2003.Moskva.№ 6274.) Yaşar  İbadov Avroasiya ölkələri üzrə “Enerqoinformasiyon diaqnostika və müalicə üsulu” adında (protokol № a20040215, 21.10.2004-ci il) 29 dekabr 2005-ci il tarixli  № 006449 patent almışdır.   Elm dünyanın aparıcı ölkələrinində uğurla təqdim edimiş, görkəmli alimin əldə etdiyi nəticələr yüksək mükafatlara, Beynəlxalq səviyyədə çoxlu sayda diplomlar, sertifikatlar, orden və medalların layiq görülmüşdür.Orijinal dəsti-xətti olan, elmi nailiyyətləri ölkəmizdə və onun hüdudlarından kənarda uğurla təqdim olunan, Yaşar Saday oğlu İbadovun Uğurları qururvericidir! Yaradıcı insanların  əmiyinin qiymətləndirilməsi prosesi  Dədə Qorqud Milli  Fondu və “Azərbaycan Dünyası” Beynəlxalq Dərgisi tərəfindən davam edir.

 

Eldar İsmayılov

Dədə Qorqud Milli Fondunun rəhbəri, “Azərbaycan Dünyası”  Beynəlxalq Dərgisinin baş redaktoru



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]