Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Mükafat təqdim olundu

1246 Baxış sayı / 18-08-2021 12:40

Dədə Qorqud Milli Fondu və "Azərbaycan Dünyası " Beynəlxalq Jurnalının Ağsaqqallar Şurasının qərarı ilə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Cavanşir Quliyev 70 illik yubileyi münasibətilə "Vətən Övladı" Ordeni ilə təltif edilib. Fondun rəhbəri Eldar İsmayılov Cavanşir Quliyevə“Vətən Övladı” ordenini təqdim edərək qeyd etdiki bəstəkar bu mükafata Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətləri, musiqimizin tanınması və inkişafına vetdiyi misilsiz töhfələrə görə layiq görülüb.Onun bəstələri bu günə qədər nəinki Azərbaycanda, Avropanın çeşidli ölkələrində də tanınaraq musiqisevərlərin rəğbətini qazanıb. Bəstəkarın vətənə, türk dünyasına olan sevgisi görkəmli rəssam, Dədə Qorqud Fondunun İdarə Heyətinin üzvü Sakit Məmmədovun da dediyi kimi, əsərlərinin hər misrasından aydın şəkildə duyulur. 

Cavanşir Quliyevi təbrik edib ona yaradıcıllıq uğurları arzulayırıq!!!

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]