Əməkdar Rəssam Əsmər Nərimanbəyova `Vətən Övladı` qızıl ordeni ilə təltif edilib

Əməkdar Rəssam Əsmər Nərimanbəyova müasir Azərbaycan rəngkarlıq sənətinin tanınmış nümayəndələrindən biridir. Ə.Nərimanbəyovanın yaradıcılığına qiymət verərkən ilk öncə onun böyüyüb boya-başa çatdığı və incəsənət xadimi kimi yetişdiyi mühitə nəzər salmaq lazımdır. Görkəmli azərbaycanlı rəssam, SSRİ-nin və Azərbaycanın dövlət mükafatları laureatı, Xalq Rəssamı Toğrul Nərimanbəyov və istedadlı heykəltəraş, Azərbaycanın Əməkdar Rəssamı Elmira Hüseynovanın ailəsində dünyaya göz açan Ə.Nərimanbəyova hələ uşaq yaşlarından rənglər dünyası ilə tanış olub, bu yaradıcı mühitin onun əsərlərinə təsirsiz ötüşməyib. Azərbaycanlı rəssamın əsərləri dünyanın müxtəlif ölkələrində sərgilənib və bir sıra məşhur qalereyalarda saxlanılır.
"Dədə Qorqud" Milli Fondu və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası yaradıcılığını, xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil etməsini, Azərbaycan mədəniyyətinə verdiyi töhfələri nəzərə alaraq Əsmər Nərimanbəyovanın "Vətən Övladı" qızıl ordeni ilə təltif edilməsinə qərar verib.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]