Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Mərd və cəsur Azərbaycan əsgəri

9340 Baxış sayı / 08-11-2021 11:17

Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əkshücum əməliyyatında əldə etdiyi 44 günlük Vətən müharibəsi möhtəşəm Qələbə ilə başa çatdı. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.Silahlı Qüvvələrimizin güc alətlərindən biri müasir texnoloji silahlar idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Bununla da Silahlı Qüvvələrimiz “Ermənistan ordusunun məğlubedilməzliyi” mifini darmadağın etdi. Bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Vətənpərvər xalqımızın öz Prezidentini necə dəstəklədiyi, onun ətrafında sıx birləşdiyini bir daha təsdiqlədi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan əsgər və zabitləri öz sözlərinin sahibi olduqlarını döyüş meydanında sübuta yetirdilər.

Prezident İlham Əliyev xalqa müraciətlərinin birində deyib: “… Azərbaycan Ordusu öz üstünlüyünü göstərir, Azərbaycan əsgəri və zabiti yüksək mənəvi-psixoloji keyfiyyətlər göstərir, mənəvi ruh göstərir. Çünki biz öz torpağımızda vuruşuruq, öz torpaqlarımızı azad edirik. Ermənistanın əsgərləri işğalçıdırlar. Döyüş gedən torpaq onların torpağı deyil”.Ona görə də döyüş əməliyyatlarında erməni əsgəri mövqelərini qoyub qaçır, Azərbaycan əsgəri isə öz torpağı uğrunda baş qoyur, canından keçirdi.

Belə gənclərlə, belə igidlərlə necə fəxr etməyəsən? Onların şərəfinə bir çox əsərlər yazılacaq, nəğmələr bəstələnəcək, filmlər çəkiləcək. Odur ki, biz bu yeni nəsilnən fəxr edirik, onların qarşısında baş əyirik və onların şərəfinə yazılanbəzi şeirləri oxucunun diqqətinə çatdırmaq istəyirik.

Şeirlərin müəllifi Əli Mehdi oğlu Abbasov -  1954-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuş, 1971-ci ildə 66 saylı orta məktəbi bitirmiş, 1976-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndis-mexanik ixtisası üzrə bitirmiş və həmin ildə Vətənin keşiyində xidmət aparmışdır. 1978-ci ildə hərbi zavodda böyük usta, sonra isə mühəndis işləmiş, 1980-ci ildə Azərbaycan Dövlət Texniki UniversitetininMaşınqayırma kafedrasında müəllim, sonra həmin kafedrada laboratoriya müdiri işləmiş və hazırda “İNTER QAZ SERVİS” MMC-nin direktoru vəzifəsində çalışır. Həmçinin  şəhid.......ailəsinin çəklini və şəhid .......Anasına həsr olunmuş şeirini nəşr edirik.

 

Qəhrəman Əsgər!

 

Yüz illərlə torpağıma göz dikib düşmən,

Yayıb bütün dünyaya uydurma, yalan:

“Guya genosid edib *hayları türklər”,

İstər türklərə qarşı qalxsın ölkələr.

 

Ancaq susur hiyləgər yağı,

Ki, zəbt etmişdir, Azərbaycan torpağın.

Dağıdıb, yandırıb evləri, xan çınarları,

Dəyişib kəndlərin qədim adları.

 

Artıq hesab vaxtı gəlib çatmışdır,      

Hücuma dözməyən düşmən qaçmışdır.

Ona, kömək edə bilmədi havadarları,

Azad etdi qəhrəman əsgər, gözəl diyarı.

 

Hücuma keçdi igidlər dəstə-dəstə,

Qorxmadılar qalxdılar yağının tankı üstə.

Qaçdı, rüsvay və rəzil düşmən,

Azad oldu doğma və əziz Vətən!

 

Qəhrəman əsgər silahı aldı əlinə,

Sahib oldu torpağına, elinə.

Arsax yoxdur, bilin yalandır,

Qarabağ-Azərbaycandır!

 

Azərbaycan Əsgəri!

Bu il Novruz qeyri-adi gəldi Vətənə, 

Agah olsun düşmənə, dosta, bütün aləmə,

Şəhid qanı hesabına qayıdıb torpaq,

İndi gedək oralarda tikib, yaradaq!

 

“Dəmir Yumruq”la əzilib düşmən,

İti qovan kimi qovduq Vətəndən,

Qədim dövrdən bizə qalandır,

Bilin, Qarabağ-Azərbaycandır!

 

Düzənliklər çiçəkli, dağlar vüqarlı,

Vüqarlı dağların başları qarlı,

Onlara göz dikib hiyləgər düşmən, 

Məmləkət mənimdir, Can-Azərbaycan

 

Öz gücünü göstərdi xalqım düşmənə,

Arxaya çəkilmədi bircə addım da,

Bir dəfə də olsun baxmadı geri

İgid və cəsur – Azərbaycan Əsgəri!

 

Qeyri-adi qeyd edir bu il Novruzu Vətən,

Bizimlə bir yerdə Türk və Pakistan,

Qələbə çalan əsgər- şəhid, qazi və əlil,

Baş əyirəm Sənə, ey Yeni Nəsil!

 

(*haylar - ermənilər) 

 

Zülfiyyə Vəliyeva

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]