Müstəqil Azərbaycanın qurucusu...

Mən bir vətəndaş olaraq ömrümün bütün mənalı illərini doğma vətənimə və xalqıma, elmə həsr etdiyimə, ulu öndər, dahi şəxsiyyət Heydər Əliyevin müasiri olduğuma, onun müdrik ideyalarından, dəyərli tövsiyyələrindən bəhrələnərək çox böyük uğurlar, nailiyyətlər qazanacağıma görə özümü xoşbəxt sayıram.
Bu gün müstəqil Azərbaycan Respublikası təkcə regionda və Avrasiyada deyil, eləcə də, bütün dünyada hamı tərəfindən hörmət və ehtiramla qəbul edilən, inam və etimad qazanan bir dövlətə çevrilmişdir.
Bu uğur və nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyevin işləyib hazırladığı mükəmməl siyasi kurs dayanır. Prezident İlham Əliyevin həmin siyasi kursa dönmədən, prinsipiallıq və ardıcıllıqla əməl etməsi ölkəmizdə olduğu kimi, beynəlxalq aləmdə də məmnunluqla qarşılanır. Çünki Heydər Əliyevin dövlət idarəçilik prinspilərini ədalət və humanistlik kimi dəyərlər, xarici siyasətini isə qarşılıqlı etimad və balanslaşdırıcı istiqamətlər təşkil edirdi.
Müstəqilliyin ilk illərində iqtidarda olan yarıtmaz qüvvələrin yeritdiyi siyasət üzündən respublikanın hər bir vətəndaşının arzuladığı hüquqi, demokratik və qüdrətli dövlətin yaradılması, sadəcə xoş bir istək, bir ideya olaraq qalırdı. 1991- 1993-cü illərdə ölkədə iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi və vətəndaş qarşıdurması nəticəsində respublikamız parçalanmaq həddinə çatmış, qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdı.
Həmin illərin tarixçəsinə nəzər salarkən görürük ki, böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırılmışdı. Respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirilmiş, vətəndaş sülhü və həmrəyliyinin təminatı istiqamətində ciddi addımlar atılmışdı. Sonra isə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil respublikamızda vətəndaş cəmiy-yətinin formalaşması, insanların azad, sərbəst yaşaması, qanunun aliliyinin təmin edilməsi üçün ən yüksək tələblərə cavab verən normativ-hüquqi baza yaradılmış-dır.
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkədə vətəndaş cəmiyyəti quruculuğunun hüquqi əsaslarını yaratmışdı. Həmin ali qanuna əsasən çoxpartiyalılıq əsasında demokratik parlament seçilmiş, söz, mətbuat, vicdan və sair azadlıqlar bərqərar olunmuş, hakimiyyət bölgüsü prinsipləri dəqiq əksini tapmışdı. Eləcə də zamanın tələbi ilə səsləşən məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə fundamental hüquqi zəmin yaradılmış, irqindən, cinsindən, milliyyətindən, əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq, hər bir insanın hüquq və azadlıqlarının müdafiəsi qanunvericilik, icra və məhkəmə orqanları qarşısında ümdə vəzifə kimi qoyulmuşdu.
Həmin illərdə ölkədə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunun aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir. İslahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə müəyyən tədbirlər həyata keçirilmişdir.
Azərbaycan Respublikası Prokrorluğunun dövlətçiliyin maraqlarına, qanunun aliliyinin və insan və vətəndaş hüquqlarının müdafiəsinə xidmət edən sivil və de-mokratik bir qurum kimi formalaşması, onun fəaliyyətinin hərtərəfli təminatı üçün qanunverici, maddi və sosial bazanın yaradılması ölkəmizdə həyata keçirilən möhtəşəm islahatların, o cümlədən məhkəmə-hüquq islahatlarının memarı-ümummilli lider Heydər Əliyevin böyük qayğı və dəstəyi sayəsində mümkün olmuşdur.
Müstəqil respublikamızın Ali Qanununda ilk dəfə olaraq ölkəmizin dövlət quruluşu sistemində prokrorluğun yerinin müəyyənləşdirilməsi, məhkəmə hakimiyyəti sisteminə daxil olan prokrorluq orqanlarının statusu, təşkili və fəaliyyət prinsipləri, səlahiyyət dairəsi və vəzifələrinin qanunvericilik qaydasında təsbit edilməsi Heydər Əliyevin bilavasitə tapşırıq və göstərişlərinin yerinə yeti-rilməsi nəticəsində mümkün olmuşdur.
Ulu öndər Heydər Əliyevin apardığı hüquqi islahatlar çərçivəsində 2002-ci il sentyabrın 19-da keçirilən referendumun nəticəsi olaraq qüvvəyə minmiş Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər zamanı prokrorluq orqanlarına qanunvericilik təşəbbüsü hüququ verilməsi də göstərilən etimadın ifadəsidir.
Zamanın tələblərindən biri kimi idarəçilik sistemində təkmilləşməyə uyğun olaraq vitse-prezidentlik institutunun yaradılması, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Bütün fəaliyyətini Azərbaycan dövlətinin, dövlətçiliyinin inkişafına yönəldən, ölkəmizdə xeyriyyəçilik və mesenatlıq ənənələrini canlandıraraq xeyirxahlıq, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayan, yeni cəmiyyət quruculuğunda fəal iştirak edən Birinci vitse-prezidentin xidmətlərinin miqyası daha da genişlənmişdir.
Bu gün biz ümummilli lider Heydər Əliyevin xalqımıza miras qoyduğu hüquqi, dünyəvi və demokratik Azərbaycan dövlətinin daha da güclənməsi üçün bir vətəndaş olaraq əlimizdən gələni etməli, insan hüquq və azadlıqlarının təminatı, müdafiəsi sahəsində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstək verməliyik. Qətiyyətlə deyə bilərik ki, biz həmin vəzifələrin öhdəsindən layiqincə gəlirik.
Qərbi Kaspi Universiteti, filologiya(Azərbaycan dili və ədəbiyyatı) fakültəsi
tələbəsi Zöhrə Cəbrayılova
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]