Nailiyyətlərə görə Vətənimə, dövlətimə, xalqıma borcluyam

Mirzəyeva Rəna Ceymulla qızı, 1971-ci il Bakı şəhərində anadan olub. Bakıdakı 52 saylı tam orta məktəbin məzunudur. Moskva Dövlət Texniki Universitetini bitirib. Uşaqlıqdan ədəbiyyata, poeziyaya böyük marağı onu bir sıra ədəbi-bədii məclislərdə və dərnəklərdə iştirak etməyə sövq edib. Orta məktəb yaşlarından inşa və yazıları hər zaman seçilib, diqqət mərkəzində olub. Müxtəlif illər ərzində bir sıra qəzet və jurnal səhifələrində məqalələri və şeirləri işıqlandırılıb.
Yaradıcılığını daha sonralar uşaqlar və gənclər üçün şeir, kompozisiya və esselər yazmaqla davam etdirib. Hər addımda qazandığı uğurlar onu həvəsləndirib və daha böyük nailliyyətlər əldə etmək üçün stimul yaradıb.
2004-cü ildən Bakı Avropa Liseyində fəaliyyətə başlayıb. Burada yaradıcılığı daha geniş istiqamətdə irəliləməyə başlayıb. Ssenarilər yazaraq, müxtəlif personajları uşaqlara sevdirib, onları səhnəyə çıxarıb istedadlarını göstərmələri üçün liseyin ictimai işlərində yaxından iştirak etməyə başlayıb. Bəstəkar Nailə Mirməmmədli ilə birgə iş birliyinin daha bir nümunəsi Bakı Avropa Liseyinin himni olub. Daha sonralar Bülbül adına Musiqi Məktəbin himninin sözlərini, Qara Qarayev adına 8 saylı Musiqi Gimnaziyasının himninin sözlərini və Milli Aviasiya Akademiyasının şərəfinə “Aviatorlar marşı”nın sözlərini yazıb.
2009-cu ildə 4-cü sinif şagirdləri dahi mütəfəkkir Hüseyn Cavidə həsr olunmuş “Cavid Əfəndi” adlı tamaşa böyük rezonansa səbəb olub. Rəşid Behbudov adına Mahnı Teatrında təşkil olunmuş bu kompazisiya bir çox televiziya kanallarında işıqlandırılıb.
İbtidai və eləcə də yuxarı siniflərdə bir sıra tədbirlər ssenariləri və rejissorluğu ilə yüksək səviyyədə təqdim olunur. Novruz bayramı, Yeni il, buraxılış və hesabat gecələri, müxtəlif mövzuda tədbirlərin ssenarilərini yazib, onlara quruluş verib Bakı Avropa liseynin, 6 nömrəli məktəb-liseyin və Bakının bir çox məktəblərində balaca aktyorların ifasında səhnəyə çıxarıb. Bütün bu işlərin bariz nümunələrindən biri də, 2011-ci il martın 15-də 2a1 sinifi ilə hazırladığı (musiqisi bəstəkar Pikə Axundovaya aid) “Tıq-tıq xanımın Novruz sərgüzəştləri” adlı musiqili komediyasıdır.
Tam əminliklə dəmək olar ki, liseyin dram dərnəyində səhnə danışığı və nitq mədəniyyətindən dərs verdiyi şagirdlər gələcəyin məşhurları cərgəsində öz mədəniyyəti və düzgün nitq qabiliyyəti ilə seçiləcəklər. Çünki şagirdləri bu sənətin sirrlərini böyük həvəs və məhəbbətlə öyrənir və mənimsəyirlər.
“Məhəbbət yağışı” və “Hicran yarası” adlı iki şeirlər kitabını oxucuların ixtiyarına verib. İndi isə balaca oxucuların istəyi ilə onlar üçün ssenarilərdən və şeirlərdən ibarət üçüncü kitabı üzərində çalışır. 2011-ci ildə Bakı Avropa Liseyinin 20 illik yubileyini böyük təm-təraqla Heydər Əliyev adına Respublika sarayında Azərbaycan dilində olan hissəsini məhz onu ssenarisi ilə yüksək səviyyədə keçirilməsinə nail olub.
Artıq 2011-ci ildən Prezidentimiz İlham Əliyevin məzunu olduğu 6 №li məktəb-liseydə çalışır. Məktəbin ictimai işlərində əzmlə çalışır, şagirdlərin nizam-intizamlı, savadlı yetişməsi üçün əlimdən gələni əsirgəmir.
2012-13-cü illərdə Mədəniyyət kanalında “Bəbək” uşaq verlişinin ssenari müəllifi olub. Müxtəlif illərdə müxtəlif bəstəkarlarla işləyib. Yüzdən çox mahnının sözlərinin müəllifidir.
2017-ci ildə Dədə Qorqud Milli Fondunun təsisi etdiyi “Mehriban ana” ordeni ilə təltif olunub.
Rəna xanım yaradıcılığında əldə etdiyi bütün nailiyyətlərə görə Vətəninə, dövlətinə, xalqına və doğmalarına borclu olduğunu deyir.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]