Nursultan Nazarbayev həmrəyliyə səsləyir

Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, onların da millətin tarixində dərin iz qoymuş ideyaları, zaman məsafəsindən baxanda ucalığı aydın görünür. Təbiidir ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünkü onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, dövlətin möhkəmləndirilməsinə həsr edirlər. Keçmişin və yaşadığı dövrün reallıqlarını nəzərə alaraq mümkün olanı, hətta ondan da artığını etmiş bu şəxsiyyətlərin gözəl işləri, xeyirxah əməlləri, müdrik ideyaları xalqın və dövlətin gələcəyinə işıq salır. Belə şəxsiyyətlərin varlığı, İlk növbədə onları yetirən millətin xoşbəxtliyidir və ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir.
Ümumiyyətlə dövlətimizin-millətimizin maraqlarına xidmət edən əsas prinsipimiz, düşüncələrimizin məhvərində olan bütün “Türk Dünyasının” genış fəaliyyətidir. Millətin ən mühüm xüsusiyyətləri onun dili və tarixlə bağlılığıdır. Bu bağlılıq əlaqələrindən yaranan adət-ənənələr öz mövcudiyyatını hər zaman qoruyur. Əlaqələrdən söz düşmüşkən bildirim ki, bu ilin İyun ayında Eldar müəllimi Qazağıstan Xalq Assambleyası katibliyinin müdiri Mınbay Darxan Kamzabekulı Qırğızıstanın Bişkek şəhərində keçirilən qurultaya dəvət edir. Qurultaya milliyətindən asılı olmayaraq çox ölkələr qatılmışdı. Qurultayın əsas məqsədi dünya xalqlarının bir araya gəlməsi, təşkilatlanması və onların həmrəylik qayəsi altında birləşməsidir.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov çıxışında bildirdi ki, ”dilindən-dinindən asılı olmayaraq hər zaman sülhün tərəfdarı olmuşam, ölkələr arasında baş verən çəkişmələrə, müharibələrə görə iç dünyamız-dəyərlərimiz puç olub gedir. Haqsızlığa yox, haqqın-sülhün tərəfdarı olan ölkələri dəstəkləməli və birlik yaratmalıyıq.”
Sonra vurğuladı ki, “Azərbaycan xalqının bu prosesdə iştirakını qiymətləndirirəm, Qarabağ problemində də bütün Qazağıstan əhalisi Azərbaycanın yanındadır.”
Rəşad müəllimin çıxışından sonra, Qazağıstan Xalq Assambleyası Katibliyinin müdiri Mınbay Darxan Kamzabekulıya da söz verilir. Darxan bəy Qazağıstanla-Azərbaycan arasında olan istər siyasi, istərsə də iqtisadi baxımdan əlaqələrin inkişafını və mehribançılığını yüksək qiymətləndirdi .
Çıxış üçün söz Eldar İsmayılova verilir. Eldar müəllim çıxışında bildirir ki, Qazağıstanın prezidenti Nursultan Nazarbayev başda olmaqla, qazaxlar tək Azərbaycan xalqının yox, hər zaman bütün türk dünyasına həmrəy olublar, bu bizim ictimai qurum üçün çox sevindirici bir haldır.
Eldar İsmayılov onu da vurguladı ki, “zaman-zaman Türk dünyasının dahi, ölməz şəxsiyyətləri olub. Xalqının-dövlətinin müstəqilliyini, onun firavanlığını, öz millətini hər zaman qoruyan, qiymətləndirən Süleyman Dəmirəl, Heydər Əliyev kimi bacarıqlı siyasətçilərimizin hələdə yeri görünür. Onların apardığı siyasət bu gün Nursultan Nazarbayevin həyat amacına çevrilib. O, bütün Türk dünyasının atasıdır.”
Qazağıstanın prezidenti Nursultan Nazarbayevin bugünkü proseslərdəki mövqeyi hər kəsi heyrətləndirir. Onun üstünlüyü ölkələr arasında əlaqələri yaratmaq və bu bırliyi gücləndirməkdir. Onu hər yerdə sevirlər. Dərbənddə, Türkiyədə, Qaquziyada, ümumiyyətlə bütün Türk dünyasında. Rəssamlıq qalareyasında Nursultan Nazarbayevin xüsusi olaraq çəkilmiş şəkilləri mövcuddur. O Qazax xalqının əvəzolunmaz lideridir.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]