Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNDƏ “ÇÖVKAN” OYUNUNUN İZLƏRİ

7782 Baxış sayı / 25-04-2022 10:36

Ümumtürk dastanımız “Kitabi-Dədə Qorqud” qədim oğuz elinin adət-ənənələri,  oyunları ilə türk xalqlarının həyatı ilə sıx bağlı olmuşdur. “Kitabi-Dədə Qorqud” dastanının boylarında “çövkan” oyununa və bu oyunun tarixini əks etdirən sujetlərə rast gəlinir. Dastanın, demək olar ki, hər bir boyunda xalqın “çövkan” oyununa olan böyük məhəbbəti əks olunur. Eposun bir çox boylarında həm “çövkan”, həm də “çomaq” sözləri işlədilir. Ümumilikdə dastanda “çomaq”dan nəinki oyun zamanı, hətta vuruşmalarda da istifadə olunduğu və müəyyən yerə gedərkən adamların özləri  ilə çomaq apardıqları göstərilir.

Azərbaycan klassiklərinin ədəbi irsində də milli xalq, milli məişət oyunları barədə ətraflı məlumat verilir. Tarixi milli oyunlarda çox vaxt qədim dövrün məişət həyatının bir lövhəsi, bir anı, bir dövrü təsvir edilir. Şifahi xalq ədəbiyyatının nümunələrindən bəhrələnən dahi şairimiz Nizami Gəncəvi ona dünya şöhrəti qazandıran ölməz “Xəmsə”sində  xalqımızın milli xalq oyunlarından  geniş, və aydın şəkildə istifadə etmişdir. Ustad şairimizin əsərlərində, həmçinin ovçuluq təsvirlərinə, güləşə, müxtəlif zorxana oyunlarına, milli məişət oyunlarına, at, top, kəmənd, sapand, ox, nizə və qılınc və s. kimi xüsusi hərəkətlə bağlı zəngin canlı mənzərələrə rast gəlinir. Onların şər qüvvələrlə mübarizədə qələbələrini təmin edən tədbirlilik, əxlaqi saflıq, qeyri-adi  güc diqqəti daha çox cəlb edir. Şairin “Xəmsə”də  şatır,  canbaz, ekba, kəbbadə, leylac, şətrənc, nərd və s. kimi oyunların adları çəkilir.  Milli-mənəvi mədəniyyətimizin inkişafında əvəzsiz rol oynayan oyunlar xalqın tarixi yaddaşında mənəvi sərvət kimi yaşayır. Bu oyunlar içərisində “çövkan”  oyunu maraqlı və populyar olmuşdur. Azərbaycanda yaranmış atçılıq idman növü “çövkan” adlı oyunun adı ilə bağlıdır. Ot üstündə xokkey oyununu xatırladan bu oyunda iştirakçılar tam milli geyimdə: papaq, arxalıq, gen şalvar, yüngül ayaqqabı və s. formada mübarizə aparırlar. Qədim tarixə malik olan bu oyunda hər bir şey mübarizə ruhunda qurulur. Oyunçulardan böyük  qüvvə, əzmkarlıq, xarakter, bacarıq və s. kimi ustalıq tələb edən bu oyun təkcə Zaqafqaziyada, Yaxın Şərqdə deyil, həm də Avropa və Asiyanın bir sıra ölkələrində məşhur olmuşdur. Mərdlik, mübarizlik, cəsarətlilik və qətiyyətlilik kimi iradi-əxlaqi keyfiyyətləri özündə birləşdirən bu gözəl oyunla təkə kişilər deyil, həm də qadınlar maraqlanmışlar. Yaradıcılığında şifahi xalq ədəbiyyatının nümunələrindən bəhrələnən şair, yaratdığı İskəndər, Xosrov, Nofəl, Nüşabə, Fitnə və s. kimi dönməz, cəsur igidlərin güc və qüdrətindən dönə-dönə söhbət açır. Belə sağlam və gümrah qəhrəman surətlərinin ərsəyə gətirilməsində şairin etiraf etdiyi kimi Azərbaycan folklorunun müstəsna rolu olduğu şübhəsizdir. Nizaminin bütün yaradıcılığı boyu, cəsarətli, əyilməz insan surətləri yaratmaq məsələsi düşündürmüş, Fərhad Şirin, Bəhram kimi bədii surətlər qələmə almışdır. Böyük şairin xalq ədəbiyyatına müraciətinin bir səbəbi də  bu idi. Çünki “Nizami xalq poeziyasında mübarizlik və barışmazlıq ruhunu həssaslıqla duymuş və qiymətləndirmişdir.

Bunun bariz nümunəsini “Xosrov və Şirin” əsərində görürük. Nizami yaratdığı qadın obrazlarının (Şirin, Məhin-Banu, Fitnə, Nüşabə) fiziki

Mərdlik, mübarizlik, cəsarətlilik və qətiyyətlilik kimi iradi-əxlaqi keyfiyyətləri özündə birləşdirən bu gözəl oyunla təkcə kişilər deyil, həm də qadınlar maraqlanmışlar. Bunun bariz nümunəsini “Xosrov və Şirin” əsərində görürük. Nizami yaratdığı qadın obrazlarının (Şirin, Məhin-Banu, Fitnə, Nüşabə) fiziki kamilliyinə xüsusi diqqət yetirir, onların heç də kişilərdən geri qalmadığını bildirir. Onlar da vətənini sevir, sərrast nişan alır, at çapır, qılınc oynadır, həm də çovkan oynamağı gözəl bacarır.

 

 

Almara Nəbiyeva

filologiya üzrə fəlsəfə doktoru

Bakı Dövlət Universiteti

 

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]