“Qarabağ Azərbaycandır“ xatirə sikkəsi

Qarabağ Azərbaycandır“ Xatirə pulu ideyasının, təqdirəlayiq təşəbbüsün Zərbxanaya (sikkəxanaya) təklifi, eskizləri, bütün texniki işlərinin hamısının müəllifi Dədə Qorqud Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq Jurnalı Ağsaqqalar Şurasının üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, elmlər doktoru, professor , İstanbul Yeditəpə Universitetinin professor-müəllim heyətinin üzvü, 2005-ci ildən UNESCO yanında Dünya Rəssamlar İttifaqının üzvü (I.A.A. UNESCO) ,- Türkiyədə buraxılan “Qarabağ Azərbaycandır”- 50 manat, “Karabağ Azerbaycandır“ 20 Tl Gümüş Xatirə pulunun müəllifi , Türkiyədə yaşayan rəssam soydaşımız Əzizov Rafiq (Rafiq Əziz) Novruz oğludur.
Qələbəmiz sərvətimiz, xalqımızın, dövlətimizin varlığıdır... Azərbaycan həqiqətlərinin yorulmadan təbliği, Azərbaycan reallıqlarını olduğu kimi təqdim etmək hər bir vətəndaşımızın namus və şərəf işidir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər dövlətə, dövlətçiliyə xidmət, Vətəninə, dilinə, dininə olan sevgi və xidmətlər, xalqının bəşəriyyətə bəxş etdiyi qiymətli dəyərlərin təbliği, dünya azərbaycanlılarının birliyinin yaranması və qorunması üçün yorulmadan çalışmaq vacibdir. “Vətənimizin qüdrətinin artması naminə hər birimiz əsgər olmalıyıq"- istiqamətində aparılan işlərin nəticələri sevindiricidir.
Rafiq Əzizov 1953-cü ildə Göyçay rayonunda anadan olumuş, 1971-1977-ci illərdə Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil almış, 1983 –cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənt ixtisasını fərqlənmə ilə bitirmişdir. 1983-1989 cu ildə Azərbaycan Təhsil Nazirliyinin şöbəsində təsviri sənət müəllimlərinin metodisti vəzifəsində işləmişdir.1984-1988ci illərdə Azərbaycan ETPEİ-nin (Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elimlər İnstitutunun) aspirantı,1989-1992 ci illərdə həmin institutun elmi işçisi olub.
1992-ci ildən bu gündə fəaliyyət göstərən Azərbaycan Rəssamlar İttifaqının nəzdində xeyriyyə xarakterli H.Z.Tağıyeva adına Uşaq Qiyabi Xalq İncəsənət Universitetinin təsisçisi və rektorudur. Öz xeyirhaqq missiyasını uğurla davam etdirən RAFİQ ƏZİZ İSTEDADLI GƏNC RƏSSAMLARIN YETİŞDİRİLMƏSİNƏ TƏMƏNNASIZ TÖHFƏSİNİ VERİR!
O, 1996-cı illərdə İstanbul "İstek" Vəqfı Başkanının Mədəniyyət və İncəsənət Müşaviri kimi fəaliyyət göstərib. 1994-cü ildə İstanbul Mərmərə Universitetinin elmlər doktoru, 1996-cı ildə Yeditəpə Universitetinin professor-müəllim heyətinəin üzvüdür.2005-ci ildən UNESCO yanında Dünya Rəssamlar İttifaqının üzvü (I.A.A. UNESCO seçilib. 2014-cü ildən Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüş, 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyası tərəfindən Professor elmi adı alıb.
Müxtəlif ölkələrdə təşkil edilən 19 fərdi sərginin müəllifidir.
60-dan çox qrup sərgisində (müxtəlif ölkələrdə) iştirak edib.
Onun Türkiyənin Dövlət muzeylərində 170-dən çox tarixi mövzuda yağlı boya rəsm əsərlərisaxlanılır.Türkiyə Cümhuriyyəti Zərbxanası tərəfindən bu günə kimi basılmış 8 Gümüş Xatirə yubiley pulunun eskiz və dizaynın müəllifi,
Mustafa Kamal Atatürkün ən yaxşı rəsmlərinin müəlliflərindən biri kimi tanınır.
Rafiq Əziz 1996 cı ildən İstanbulun Yeditəpə universitetində işləyir.
1992 ci ildə Bakıdan öz hesabına Türkiyəyə təhsil almaq üçün Qarabağ müharibəsində ata anası öldürülmüş 10 şəhid uşağı İstanbul "İstek" Vəqfinə təhsil almaq üçün aparıb.. Onların orada ingilis dilində orta məktəb , universitet ,aspirantura, doktorluq təhsilini təmin etdilməsi məqsədlə 1992 ci ildən İstanbulda yaşayır.
2016 ildə Xarici ölkədə yaşayan və ölkənin dövlət muzeylərində 154 ədəd rəsm əsəri və 6 ədədi Zərbxanada Gümüş xatirə pul üzərinə basıldığı üçün Azərdaycanlı rəssam kimi GİNES rekordlar kitabına düşüb. Rafik müəllim gözəl xatirə yaratmış. Şübhəsiz Azərbaycan manatı heç vaxt dəyərini və görünüşünü itirməyəcək!
Rafiq Əziz qardaş ölkədə Azərbaycanımızı layiqincə təmsil edən və böyük nüfuza malik ziyalılarımızdan biridir. Və məhz onun səyləri, əlaqələri nəticəsində cox qısa bir zamanda min bir zəhmətlə sözügedən xatirə pulu buxaxdırılıb. Rafiq müəllim Qələbəmizin səhərisi günü (11 noyabrda) bu təkliflə Türkuyənin Zərbxana Baş Direktorluğuna (Genel müdirliyinə) müraciət edib. Normalda bu işin ən azından 200.000 Azn-dən çox xərci varmış. Ancaq Zərbxana Genel müdürlüyü daha əvvəl də Rafiq Əzizovun bu zərbxanada səkkiz ədəd Gümüş xatirə pulu buraxdırmasını, eyni zamanda Azərbaycanın 44 günlük Vətən Müharibəsində tarixi Zəfərinin şərəfinə, bir dəqiqə belə zaman itirmədən, heç bir tərəddüd etmədən, cani-könüldən bu işə başlamaq göstərişi verib. Yəni növbədənkənar ciddi, təcili bir iş olaraq. Bu, heç şübhəsiz ki, qardaş ölkənin bizim qarşımızda təmənnasız, misilsiz xidməti deməkdir. Bu paranın basılması və tədavülə buraxılması indiki məqamda çox böyük mənəvi əhəmiyyət daşıyır. Bu işin cəmiyyətimiz üçün, şəhid ailələri üçün də mənəvi dəyəri ölçüyə gəlməz dərəcədə yüksəkdir. Bu pulun qardaş ölkədə basılması və dövriyyəyə buraxılması Qarabağımızın işğaldan azad edilməsini və eyni zamanda şəhidlərimizin əziz xatirəsini tarix boyunca əbədiləşdirdi.
Məhz buna görə Türkiyənin Dövlət Zərbxanasının Baş direktoru Abdullah Yasir Şahin bəyə ayrıca təşəkkürümüzü bildiririk. Ümumən bu işdə əməyi keçən hər kəsə, xüsusən də ideyanın müəllifi kimi Rafiq Əzizə təşəkirik edirik!
2021-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranmasının 100 yaşı tamam olur. Müəllifi olduğum ADPU- 100 "Məzunlar" layihəsinin məqsədi Universitet məzunlarının uğurları ilə cəmiyyətimizi tanış etmək, məlumatladırmaqdır. Vətənimiz uğurlarına uğur qatan Universitetimizin məzunu , 1983 –cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənt ixtisasını fərqlənmə diplomu ilə bitirmiş elmlər doktoru, professor, Əməkdar İncəsənət xadimi Rafiq Əzizin xalqımızın yeni tarix yazdığı Vətən müharibəsində qələbəmizə imza atan oğullarımızın xatirəsinin əbədiləşdirilməsinə həsr olunmuş, - “Qarabağ Azərbaycandır”- 50 manat Gümüş Xatirə sikkəsi üzərindəki rəsmdə Azərbaycan xəritəsi üzərində Şuşadakı Şuşa qalası, "Yuxarı Gövhər Ağa" məscidinin və Qələbə rəmzi olan Xarı Bülbulun təsviri tarixi əhəmiyyət kəsb edir. Azərbaycan müəllimi olaraq fəxr edib, qürur duyuruq.
Verilənin dəyərini, qiymətini vaxtında bilmək gərəkdir! Qarabağ müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Deməyək Vətən bizim üçün nə edib , deyəkki biz Vətən üçün nə etmişik! Vətəni yaşadan da, onu ucaldan da, şərəfləndirən də, qoruyan da bizik. Vətən torpağı bizim üçün toxunulmazdır, müqəddəsdir.
“Qarabağ Azərbaycandır”- 50 manat, “Karabağ Azerbaycandır”-20 TL Gümüş Xatirə sikkəsinin Azərbaycanda təqdimatı keçirilməsi , şəhid ailələri, qazilərin də bir xatirə kimi əldə etmələri məqsədə uyğun olardı.
Zülfiyyə Vəliyeva
ADPU-nun ETM: -Tətbiqi tədqiqatlar
bölməsinin Elmi işçisi.Əməkdar müəllim.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]