Qəlbləri fəth edən bəstəkar

Bildiyimiz kimi sentyabr ayının 21-də Qazağıstanın Azərbaycandakı səfirliyinin yüksək təşkilatçılığı əsasında mötəbər bir tədbir keçirildi. Tədbir Qazağıstanın məhşur xalq artisti, bəstəkar müğənni Xasanqaliyev Eskendir Uteqenə həsr olunmuşdu.
Tədbirdə əsasən Qazağıstanın milli ruhunda bəstələnmiş mahnılar üstünlük təşkil edirdi. Onu da qeyd edək ki, dinlənilən bütün mahnılar tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Eskendir Xasanqaliyev canlı ifa etdiyi mahnıları ilə zalda əyləşən dinləyicilərini feyziyab etdi.
Qazağıstanın Azərbaycandakı Səfiri tədbirə xüsusi olaraq diqqət ayırmısdır. Səfir, Qazağıstanın milli adət-ənənələri haqqında bir çox məqamları tamaşaçıların diqqətinə çatdırdı. Bundan əlavə, Heydər Əliyev adına Qazağıstan-Azərbaycan respublikasının Dostluq cəmiyyətinin prezidenti Eldar Günaydının da tədbirin yüksək səviyyədə təşkil olunmasında mühüm rolu vardır.
Tədbirə bir sira qonaqlar da dəvət olunmuşdur. Lakin xüsusi olaraq dəvət olunan qonaqlardan biri də Beynəlxalq “Azərbaycan Dünyasi”jurnalının baş redaktoru və “Dədə Qorqud”fondunun prezidenti Eldar İsmayılov oldu. O, Qazağıstanın xalq artisti Xasanqaliyev Eskendir Uteqenə, onun öz xalqını, millətini bütün dünyada laiqincə təmsilinə, bəsdələdiyi mahnılarının bir çoxunun milli abu-hava və milli ruh səviyyəsində olduğuna görə, “Dədə Qorqud fondunun təsis etdiyi “Qızıl Ürək”ordenini xüsusi olaraq təqdim etdi.
Eldar İsmayılov Azərbaycan-Qazağıstan dostluq cəmiyyətini yüksək qiymətləndirdi. O həm də vurğuladı ki, biz Dədə Qorqud fondu olaraq və həmçinin öz jurnalımız adından, Qazağıstanın milli adət-ənənələrini dünyanın dörd bir yanında yaşayan bütün türk millətinə laiqincə tanıtdırmağa çalışmışıq. Bununla yanaşı Qazağıstan ölkəsi sülh sevərliyi və vətənə dərin məhəbbəti ilə həmişə ön sıralarda olublar. Sevindirici bir halda budur ki, onlar cəmiyyət olaraq birlik yaratmaq və bunu başqa ölkələrə bir örnək olaraq tanıtmaqda hələ də davam edirlər.
Eldar İsmayılov bildirdi ki, Qazağıstan Respublikasının prezidenti Nursultan Nazarbayev xalqının, millətinin firavanlığı və digər ölkələrlə qurulan dostluq və birlik istiqamətində müsbət addımlar atmışdır. Biz Qazağıstan xalqı ilə fəxr edirik. O, həmçinin “Dünyanın hər bir tərəfində nüvə istehsal edilir, bombalar hazırlanır lakin Qazağıstan xalqının hazırladığı əsl bomba onun insanlara qarşı sevgisidir”deyə gülümsəyərək bu ifadələrlə, dinləyicilərin rəğbətini qazanaraq bu tədbirə də öz imzasını atdı.
Son olaraq onu da vurğulayaq ki, dünyada dostluq, sülh, əminamanlq yaratmaq ölkələr üçün ən vacib və ən aktual mövzulardan biridir. Gəlin xalqımızı-cəmiyyətimizi qoruyaq və birliyimizi bərpa edək!
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]