“Royalın hekayləri” adlı sinif konserti

Niyazi adına 22 saylı Uşaq Musiqi Məktəbinin müəllimi Ləman Əhədovanın şagirdlərnin iştirakı ilə “Royalın hekayləri” adlı sinif konserti baş tutdu. Proqramda Qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri şagirdlərin ifasında səsləndi.
Konsertdə ilk olaraq söz - qiraətçi, aparıcı Hüseynağa Aslanova verildi. O, sinif konsertinin keçirilməsinin mövcud pandemiya şəraiti dövründə şagirdlərdə ruh yüksəkliyini yaratmaq, peşəkarlığı artırmaq nöqteyi-nəzərdən əhəmiyyətli olmasından söz açdı.
Ön sözdən sonra şagirdlərin ifasında V.A.Motsart, V.Gillok, Y.Sibelius, P.İ.Çaykovski, A.Bəbirov, F.Əmirov, İ.Abdullayevin repertuarından səslənən texniki cəhətdən mürəkkəb, emossiona-ifadəlilik baxımdan parlaq, xarakter baxımdan rəngarəng əsərlər dinləyicilərə böyük zövq verdi. Şagirdlər sanki royalda biri-birindən maraqlı musiqili hekayələrini dinləyicilər üçün ifa etdilər. Qeyd edək ki, şagirdlərin bəziləri aşağı sinifdə oxuduqları üçün böyük səhnə onlar üçün ilk təcrübədir. Digər şagirdlər isə artıq Respublika və Beynəlxalq müsabiqələr laureatları adını qazanmışdılar.
Yekunda müəllim Ləman Əhədova özü də müxtəlif xarakter və üslublu əsərlər ifa edərək özünü həm təcrübəli müəllim, həm də peşəkar ifaçı kimi təsdiqlədi.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]