SAĞLAM QADIN, SAĞLAM KÖRPƏ XOŞBƏXT GƏLƏCƏYİMİZ!

Allahın insana lütfü, onun qədər qismət yazısıdır. Xöşbət kəslər üçün qeyri adi olur bu yazı. Enişli, yoxuşlu. sınaqlarla dolu bir yol gedir insan! Səbirli, dözümlü, təmkinli, zəhmət sevər, düzgün peşə seçən, peşəkar olanlar üçün həyatda özünü təsdiq etmək imkanı verilir. İnsanlığa xas olan ən vacib xüsusiyyətlər: mübariz, əməksevər, vicdanlı, xeyirxah, fədakar, bu günü ilə şükr edib sabahını dualar içində açan insan ola bilər. Bu keyfiyyətlər hamısı bir arada toplanıbsa, nə xoş bizlərə. İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır. Həyat mübarizədir!
Mübarizə deyən kimi insanın yadına əzablar, dərdlər düşür. İnsan bu iztirablardan, əziyyətlərdən keçə-keçə möhkəmlənir, kamilləşir və kamillik zirvəsində qalırlar. Tanrı bu cür insanların dostudur, belə ömür yaşayan insanlar əsrlər boyu özlərini təsdiqləyiblər. İnsanın ən ali keyfiyyəti, onun dözümlüyü və sərt əngəllərə qarşı qalib gəlməsidir. İnsan keçmişsiz və gələcəksiz yaşaya bilməz. Əsl insan təmənnasızdır, qarşısındakı adamın kim olduğundan asılı olmayaraq ona kömək etmək, onu anlamaq, mərhəmət etmək, bu keyfiyyətlər insanı insan kimi düşünməyə vadar edir. Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlər. Həkimliklə heç bir əlaqəsi olmayan, lakin ədəbi-ictimai fikirdə böyük islahatlar yaratmış şəxsiyyətlər öz zamanlarında ucalıq rəmzi kimi həkim adını daşımışlar. Bu adı onlara xalq vermişdir. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir. Həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir. Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənmələ, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir. İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir. Ölümlə həyat arasında çapalayan bir xəstəyə təcili yardım lazım olanda həkim şəxsi evinin qəflətən alova büründüyünü görərkən etdiyi kimi hərəkət etməlidir. Həkim, öz humanist fikrlərini, xeyirxah tədbirlərini sözlə ifadə etməyib, əhalinin sağlamlığı üçün yollar axtarmalı, fəaliyyət göstərməlidir. İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir. Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu faktor daha çox önəm daşıyır. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalııdır. Seçdiyimiz peşə, bizim gələcəkdə həyatımızda bacarığımıza və maraqlarımıza uyğun gəlməli və biz bu peşədən daim həzz almalıyıq. Dünyada minlərcə peşə və sənət mövcuddur. Bu müxtəliflikdə nəçi olmaq böyük bir sınaq və imtahandır. Hansını seçməli? Nəçi olmalı? Həqiqətən çox məsuliyyətli bir məsələdir. Uşaqlıq illərində həkim olmaq istəyib günümüz qəhramanı, Fatimə Hacıyeva. Beş yaşında kağız üzərində möhür hazırlayıb, oyuncaqlarını müalicə edib, resept yazan körpə qızcığaz əslində öz gələcək peşəsini secib. Uşaq təfəkkürünün məhsulu mən həkim olacam istəyini reallaşdıran cərrah mama ginekoloq Fatimə Rasim qızı Hacıyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1995-ci ildə Bakı şəhəri 7 saylı məktəbi əla qiymətlərlə bitirən Fatimə xanım elə həmin il ekstren yolla həmyaşıdlarından 2 il öncə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin müalicə profilaktika fakültəsinə yüksək balla daxil olmuşdur. 2001-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 2001-2002-ci illərdə F. Əfəndiyev adına xəstəxananın bazasında olan endokrinologiya şöbəsində internatura keçən Fatimə həkim 2005-2007-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Mamalıq-ginekoligiya kafedrasında kliniki ordinatura keçərək, mama-ginekoloq ixtisasına yiyələnib.
Əmək fəaliyyətinə 2008-ci ildə Elmi Tədqiqat Mamalıq Ginekologiya İnstitutunun (ETMGİ) “Mamalıq“ elm bölməsinə elmi işci vəzifəsində başlayan Fatimə xanım nəzəri və praktik fəaliyyətini elmlə birləşdirmək qərarına gəlir.
2008-ci ildə dissertasiya mövzusu təsdiq edilir və 2013-cü ildə həmın mövzunu müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəs alır.
Elm-işıqdır, Allah nurundan yaranıb. Əsl alimlər bu nurun daşıyıcılarıdırlar. Elm işığında öyrənmək, işığın içində işıq aramaq elə Allahın işığına doğru daha bir addım yaxınlaşmaq deməkdir. Bir insanın qiyməti onun elmi, biliyi qədərdir. Elmi fəaliyyətini uğurla davam etdirən Fatimə Hacıyeva 2017-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin elmlər doktoru proqramı üzrə dissertanturasına qəbul olunub.
Belə bir ifadə var: "Əgər həkimin işığı başqasının üstünə düşmürsə, özünün sönməsi yaxşıdır." "Hər birimiz bir şam işığı qədər işıq verə bilsək, planetimizin Günəşə ehtiyacı qalmaz", - deyən gülərüzlü, xoş rəftarlı Fatimə Rasim qızı Hacıyeva öz işinin əsl peşəkarıdır. Tibb üzrə Fəlsəfə doktoru, dosent Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi işçisi, praktik ginekoloq - Fatimə xanım üçün peşədə sərhəd yoxdur. Fatimə Hacıyeva 2017-ci ildə ETMGİ-nin "Mamalıq" elm bölməsinin böyük elmi işçisi seçilib. 2019-cu ildə Azərbaycan Respublikası AAK tərəfindən dosent elmi adını alıb. Elə həmin ilin iyun ayında ETMGİ-nun "Ginekologiya" şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Həmin vəzifədə şərəf və ləyaqətlə çalışır. Gənc alim 2 dərs vəsaitinin, 60-dan çox elmi məqalənin müəllifidir. İngiltərə, Ukrayna, Danimarka, İsveç Macarıstan, Hindistan və Türkiyənin nüfuzlu jurnallarında elmi əsərləri nəşr olunub. 2011-ci ildə İngiltərənin London şəhərində Elizabeth Queen sarayında keçirilən Mama ginekoloqların və androloqların IV Böyük Konqresində elmi işinin poster prenzentasiyası Qızıl Medalla mükafatlandırılmışdır.
Vətəndaşlıq borcunu layiqincə yerinə yetirən Fatimə xanımın rəhbərlik etdiyi tibbi personal şəhid və qazilərin ailələrinə xidmət göstərir, vaxtaşırı olaraq onların ailələrinə baş çəkirlər. Köllektivin hər bir üzvü bu xidmətləri sevərək, yüksək peşəkarlıqla yerinə yetirirlər.
Fatimə Hacıyevanın ictimai fəaliyyətində də xeyriyyəçilik missiyası təqdirəlayiqdir. Ramil Səfərov adına Gömrükçü Cənub İdman Kulubunun Fəxri üzvü olan Fatimə xanım yeniyetmələr arasında boks üzrə Azərbaycan mükafatçısı, Ukrayna Beynəxalq turnirinin qalibi, Qazaxıstan çempionu Rzazadə Rza və Azərbaycan mükafatçısı, dəfələrlə Bakı çempionu olan Nicat Mehdizadəyə daim dəstək olur. İdmana həsr olunmuş 6 elmi əsərin müəllifi olmaqla ehtiyaclı olan ailələrə maddi, mənəvi yardımlar edir və sağalmalarına köməklik göstərir. Bu onun həyat amalıdır.
Fatimə xanımım fəaliyyəti Dədə Qorqud Milli Fondu tərəfindən “QIZIL ÜRƏK” ordeni ilə mükafatlandırılmışdır. İdarə Heyətinin üzvləri Sakit Məmmədov, Rəşid Rzayev, Məhəmməd Qurbanov, Faiq Səlimovun iştirakı ilə keçrilən tədbirdə Fondun rəhbəri, ”Azərbaycan Dünyası” Beynəlxalq Jurnalının Baş redaktoru Eldar İsmayılov ordeni Fatimə xanıma təqdim etmişdir.
Fatimə həkimin sağlam ana, sağlam körpə uğrunda apardığı mübarizənin əsas qayəsi xoşbəxt, möhkəm ailələrin olduğu xoşbəxt cəmiyyət üçün töhfədir. Onuni iş fəaliyyəti ilə yanaşı ictimai fəliyyətində də xeyriyyəçilik missiyası təqdirəlayiqdir. Ehtiyaclı olan ailələrə maddi və mənəvi yardımlar, sağlamlıqlarının qeydinə qalmaq kimi onlarla faktlar var. Fatimə xanımın timsalında olduğu kimi həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Həkimin xoş sözü, mehribanlığı, həssaslığı, qayğıkeşliyi xəstənin vəziyyətinə bir qayda olaraq müsbət təsir göstərir. Ailəsindən, qohum və tanışlarından, dostlarından ayrı düşmək xəstələri kövrəldir. Fikrən həssas olan insan, xəstələndikdə daha da həssas olur. Yerində işlədilməyən sözə, hərəkətə qarşı ciddi reaksiya verir. Belə hallarda həkimin qayğısı, səmimiyyəti ən təsirli müalicə vasitəsidir. Xəstələrə fərdi yanaşmaq, onların şəxsiyyətlərinə, ləyaqətlərinə hörmət etmək həkimlərin müqəddəs borcudur. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olanlardır. Həkim peşəsi olduqca məsuliyyətli və çətindir. Bu sənəti seçən insan daim fövqəladə vəziyyətlərə hazır olmalı və insanlara yardım etmək hissindən həzz almalıdır, Fatimə xanım kimi.
Həkimlik sənətinə yiyələnmiş, onun sirlərinə bələd olan, qadın və uşaqların sağlamlığın qorunması sahəsində respublikamızın səhiyyəsinə öz töhfələrini vermiş, tanınmış həkim-cərrah-mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, dossent Fatimə xanım Hacıyevaya şəxsi həyatında, şərəfli peşəsində, eləcə də elmi yaradıcılığında və ictimai fəaliyyətində uğurlar arzulayırıq.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu PHŞ-nin baş direktoru, Hamiləlik, doğuş, zahılıq dövrlərində ana və uşaq ölümü və ağırlaşmış doğuş hallarının təhlili üzrə Komissiyanın sədri, "Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək"Assosasiyasının prezidenti, tibb elmləri doktoru, professor Cəmilə Fazil qızı Qurbanovanın Fatimə xanım Hacıyeva haqqında dedikləri:
Fatimə xanım haqqında olan xatırələr, birgə işlədiyimiz illər və uzun müddət davam edən səmimi münasibət rəvac verir ki, mən onun haqqında ağız dolusu danışım. Onunla işləmək, həmkar olmaq, onunla ünsiyyətdə olmaq, ən əsası bir müəssisə rəhbəri kimi onu kənardan izləmək həqiqətən xoşdur. Çünki o, işini bilən, son dərəcə məsuliyyətli həkim olmaqla bərabər gözəl xüsusiyyətlərə malik insan, qayğıkeş qadındır. Bəli, Fatimə xanım mənim üçün çox dəyərli həkimdir. O müəssisəmizin ən fəal, ən uğurlu və ən peşəkar həkimlərindəndir. O, daima ən ağır xəstənin qarşısında belə narahatlıq keçirmədən, təlaşa düşmədən işini layiqincə görmüşdür. Çünki Fatimə xanım nə edəcəyini yaxşı bilən peşəkardır, necə deyərlər, o işinin ərbabı, peşəsinin mütəxəssisidir.
O, daima ən çətin işləri belə asana çevirməyi bacarır. Ölüm anında belə xəstə ananı vəzıyyətdən çıxardığının dəfələrlə şahidi olmuşuq. Kiçik bir qığılcımdan belə tonqal quran Fatimə xanım dəfələrlə ümüdü üzülən xəstəni nəinki həyata qaytarıb, qısa zamanda onu əvvəlki səhhətinə geri döndərmişdir. Biz onunla ən ağır əməliyyatlarda olmuşuq və onun səlis işi məni daim qane edib. Fatimə xanım Hacıyeva ən çətin, ən gərgin iş rejimində belə müsbət enerjisini heç vaxt itirməyib, biz daim onun üzündə gülüş, təbəssüm görmüşük. O, öz peşəsi uğrunda sözün həqiqi mənasında gecəsini gündüzünə qatan həkimlərimizdəndir. Onun üçün fərq etməyib, gecənin və ya gündüzün biri, üçü, beşi. Onun həyatında çox olub əməliyyat otağında açılan dan yeri və ya gecənin qaranlığı. Zaman onun üçün lüzumsuz anlayışa çevrilir bəzən. Onun üçün önəmli olan insanlığa xidmət etmək, insanlara ən uca nemət olan sağlamlığı bəxş etməkdir. Bu tək bizim müəssisənin deyil, bütövlükdə Azərbaycanın uğurudur deyə bilərəm. İnsanlara nəyisə bəxş etmək gözəl əməldir, sağlamlıq bəxş etmək isə alililikdir.
Onun adını deyib tibb ocağımıza üz tutan xəstələrimiz olduqca çoxdur. O, kollektiv içərisində yaradıcı bir həkim olmaqla yanaşı, mehribanlığı və yüksək mədəniyyəti ilə də seçilir. Fatimə xanım hamımımızın sevimlisidir.
Mən ona can sağlığı və uğurlu illər arzu edərdim. "Azərbaycan dünyası" jurnalının təsisçisi Eldar bəy İsmayılova kollektivin adından təşəkkürümü bildirirəm ki, onu belə mənalı ordenlə, "Qızıl Ürək"lə təltif edib. Bu addım təkcə Fatimə xanıma deyil, hamımıza qürurdur.
Tural Qəlbinur/ Tibb elmləri doktoru , oftalmoloq-cərrah
İbn Sinadan bu yana dünyada tibb hər gün inkaşaf edir. Azərbaycanda da bu sahəyə illərini, hətta deyərdim ki, ömrünü həsr edən minlərlə insan var. Aparılan hər bir araşdırmalar, tədqiqatlar, novator və peşəkar təşəbbüslər isə tibbin intibahı deməkdir. Tibb bəşəriyyəti nurlandıran məşəl, həkim isə dünyanın məşəl aparanlarıdır. Həkim ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insandır eyni zamanda. Belə dəyərli insanlardan, peşəkarlardan biri də Fatimə xanımdır. Biz Tibb Universitetinə ekstren yolla qəbul olunmuşuqduq. Onu olduqca şən , mehriban , dərs prossesində fəal , yaddaşımıza həmdə işgüzar, işini sevən, eyni zamanda işini bilən, peşəsinin çətinliklərindən layiqincə gələn biri kimi tanıdım. Fatimə xanımda ilk gördüyüm xarakter əzm oldu. Onun qəribə bir əzmi, dəyanəti var. Zərif, incə, əsl Azərbaycan qadınınına xas zəriflik, gözəllik, sadəlik və ləyaqətinə məxsus bir xanımda böyük bir əzm, cəsarət, mübarizlik vardır. O yüzlərlə insana, həmcinslərinə şəfa verdi və verməkdədir. Fatimə həkim, xeyriyyə cəmiyyətlərinə qoşular, insanlara, insanlığa xidmət edər. Biz həkim kollektivi olaraq bunun dəfələrlə şahidi olmuşuq. Harada bir xeyriyyə aksiyası, xeyriyyə cəmiyyəti varsa, Fatimə xanımın da o işdə əməyinin bəhrəsi var. Sənətində yüksək ciddiyyətə malik xanım, dostluqda və kollektiv söhbətlərdə o qədər mülayim özünəməxsus xarakterə, istiqanlılıga, dürüstlük və ən əsası sadəliyə və səmimiyyətə malik bir həkimdir. Onunla birgə keçirdiyimiz zaman olduqca maraqlı və səmərəli olur. Qızıl ürək əlbəttə mücərrəd söz anlayışıdır, ancaq o sözün həqiqi mənasında qızıl ürəyə məxsus bir insandır. Bunu ən çox onun əlindən şəfa tapmış xəstələri, xəstə yaxınları, birgə işlədiyi həkim kollektivi, dostları, ailəsi, bütövlükdə onu tanıyan hər kəs deyə bilər məncə. Bu yaxınlarda eşitdim ki, ona "Dədə Qorqud fondu" tərəfindən çox layiqli bir orden– "Qızıl Ürək" ordeni təqdim olunub. Bu birmənalı şəkildə məni və onu tanıyan hər kəsi sevindirdi. Fatimə xanım onsuz da o qızıl ürəyi o doğulduğu andan sinəsində gəzdirir, o ürək hər zaman yaxşılıq, mübarizlik və neçə- nəçə uğurlar üçün döyünürdü. Biz bunu görməsək də dəfələrlə şahidi olurduq. Dostlar ulduzlar kimidir, onları hər vaxt görə bilməsən də amma sənin üçüm hər zaman var olduqlarını və səni düşündüklərini bilərsən. Dəyərli dostum Fatimə xanım sizi təbrik edir, uğurlarınız daim olsun deyirəm.
Alik Qurbanov / Baku Medikal Plaza Klinikasının Doğum və Ginekologiya Şöbəsinin müdiri
Fatimə xanımla məni bir-birinə neçə- neçə illər və əldə etdiyimiz nailiyyətlər bağlayır. Fatimə xanım tələbəm olub. İstedadlı, zəhmətsəvər ,peşəsinin vurğunu mənimlə birgə minlərlə əməliyyatlarda iştirak etmişdir.. Fatimə həkim haqqında çox söz deyə bilərəm, sadəcə desələr ki, onu bir neçə sözlə əvəz elə deyərəm ki, yenilikçilik, peşəkarlıq və istedat . Bu üç cümlənin vəhdətindən yaranıb Fatimə xanım. Ona təkcə gözəl həkimdir demək doğru olmazdı. O həm qayğıkeş ana, həm sədaqəti dost, həm mehriban iş yoldaşı, həm ləyaqətli, təmkinli Azərbaycan qadını, həm də vətənpərvər vətəndaşıdır. O öz peşəsi üzrə dəfələrlə vətən hüdudlarından kənarda Azərbaycanı layiqincə təmsil etmiş, ölkəyə müxtəlif adda fəxri fərman, medal və s. geri qayıtmışdır. Bir çox uğurların arxasında Fatimə xanımın imzası var. Bəli, Fatimə xanım vətənini sevən, onun maraqlarını bütün maraqlardan üstün tutan bir ziyalıdır. O son söhbətlərimiz in birində bu kəlməni işlətmişdir: "Doktor, siz bilirsinizmi, son günlər Azərbaycanda nə qədər oğlan uşaqları doğulub. Bu son günlərdə, bu müharibə şəraitində, qəhrəman oğullar şəhid verdiyimiz bu günlərdə bu bizim xalqımıza ilahi payı, tanrı ərmağanıdır. Doktor, demək ki, bir Mübariz ölər, min mübariz doğular, bir Polad ölər, min Polad doğular bu ölkədə..." . Bax, təkcə bu sözlər Fatimə xanımın vətənpərvərliyindən xəbər verən bir incə nüyanslardandır. O həqiqətən qızıl ürəyə sahib olan insandır. Ona təltif olunan bu orden, fəxri ad isə birmənalı şəkildə ona yaraşandır. Öz tələnəmə artıq həmkarınlma sadəcə uğur və şans arzulayıram. Bilirəm ki, Fatimə xanım tərəqqiyə iri addımlarla gedən bir ziyalı həkimdir.
Anar Ağayev / Azərbaycan Dövlət Tbb Universitetinin Səhiyyənin təşkili və Ictimai Islahatlar fakültəsinin dekanı, tibb elmləri doktoru, professor
Fatimə xanımla müştərək elmı əməkdaşlıq edirik. Onunla tələbəlik illərindən dostluq edirik.Fatimə xanım haqqında çox söz danışmaq olar. O ilk növbədə ziyalı Azərbaycan qadını, bilikli insan, bacarıqlı peşəkar, şəfqətli həkimdir. Hər bir insanın görünən və görünməyən üzü vardır. Ən gözəli odur ki, Fatimə xanım daxilən də,olduqca mehriban, təmkinli, daim irəliyə getmək istəyən, Azərbaycan tibb dünyasına yenilik gətirən və bu yolda əzmlə irəliləyən, hər kəsə eyni gözlə baxan necə deyərlər, işinin ərbabı bir xanımdır. Təmənnasız yaxşılıq, xeyriyyəçilik, sadəlik, mehribanlıq Fatimə xanımın həyat almalıdır. Dəfələrlə şahidi olmuşam ki, bu həkim onun adını tutub gələn hər kəsə sağlamlıq bəxş edib. Onlar bu gün də öz həkimindən ağızdolusu danışırlar. Fatimə xanım xəstələrə heç vaxt fərq qoymayıb. Peşəsindən, tutduğu mövqeyindən, hətta dinindən, dilindən asılı olmayaraq Fatimə xanım hər kəsə eyni gözlə baxmış, eyni istəklə yanaşmışdır. Bu, onda aşkar etdiyim ən gözəl xüsusiyyətlərdəndir. Fatimə xanım işinə olan ciddiyəti qədər mejriban və gülərüzdür, Həyat eşqi bol olan Fatimə həkim həyat qədər sevdiyi peşəsində daim uğurladır. Onun bir neçə uğurunu bir həkim dostu olaraq eşidib sevinirəm. Bu yaxınlarda isə onun yeni ordenlə təltif olunduğunu bilib sevindim. Eşidəndə ki, o orden "Qızıl Ürək" adlanır daha çox sevindim ki, belə mənalı bir orden Qızıl ürək sahibi dəyərli Fatimə xanıma təqdim olunub. Fatimə xanım, biz onsuz da sizin qızıl ürəyə sahib olduğunuzu bilirdik, ikinci bir "Qızıl Ürək" sizə uğurlu olsun. Gələcək uğurlarımızı görmək diləklərimlə.
Qurban YETİRMİŞLİ / g.-m.e.d. dosent, AMEA-nın müxbir üzvü
Fatimə həkim ailədə, qohum-qardaş, dost-tanış arasında rəğbət qazandığı kimi işlədiyi müxtəlif adda tibb müəssisələrində də öz kollektivi tərəfindən ilk günlərdən sevilib, qəbul edilib, doğmalaşıb. O, işlədiyi müəssisələrdə qırılmaz, etibarlı dostluqlar qazanıb. Bu onun yeri gələrsə, biliyindən və işlədiyi sahədəki uğurundan, yeri gələrsə də, mehribanlığından, səmimiyyətindən və dürüstlüyündən irəli gəlir. Fatimə xanım yoldaşa duz, dosta sədaqətlidir. Bax budur onu ətrafına bir daha sevdirən...
Mən Fatiməni lap körpəlikdən tanıyıram. Bizim qohumluq əlaqələrimiz var. Bu körpə qızcığaz mənim gözlərim qarşısında böyüyüb. İndi o balaca qızdan əsər-əlamət görmürəm. Çox sevinirəm ki, o böyüyüb, belə gozəl sənətə mükəmməl yiyələnib, peşəsinin ustadı olub və öz xalqına ürəklə qulluq edir. Fatimə insanlara ən böyük neməti– sağlamlığı bəxş edir. Yüzlərlə insan onun əliylə sağlamlığına qovuşub. Bir vətəndaş üçün bundan gözəl nə ola bilər ki. Bax, bu, məni çox qururlandırır.
Dönüb arxaya baxıram, keçmişə, Fatimənin kiçik yaşlarını gözüm önünə gətirirəm. Həqiqətən Fatimə o anladrakı məktəbli vaxtlarından çalışqanlığı bu günündən xəbər verirdi əslində. Fatimə azyaşlı vaxtlardan çox çalışqan idi. Sinif birincisiydi. Hər dəfə onlara gedəndə o balaca qızcığazın bir uğurunu eşidir, şahidi olurdum. Heyvanları çox sevərdi. Xəstələnən cücəni, pişiyi, ümumiyyətlə, hər hansı kiçik ev heyvanını özü yedizdirir, qayğısına qalar, əzizləyib oxşayar, sanki əli ilə onlara şəfa verərdi. Balaca həşəratları, kəpənəkləri belə müşahidə edər, onlara balaca əllərindən şəfa verməyə çalışardı. Demək ki, bu günün uğuru o gündən keçirmiş...
Yolun açıq, uğurun bol olsun, Fatimə qızım. Sənin bu gün də uğurlarını eşidib sevinirik. Xalqına xidmət etmək hər vətən qızına qismət olmur. Bu tanrı tərəfindən sənə verilən ən böyük ərməğan, töhfədir. Bütün uğurların və yeni "Qızıl Ürək" ordenin münasibətilə səni təbrik edirəm.
Hicran Kazımova/ Tibbi Xidmətlər Depatamenti Stasionar Tibbi Xidmətin Təşkili şöbəsinin baş mütəxəssisi, ETMGİ-nin mamalıq şöbəsinin mama genekoloqu
İllərdi bir kollektivdə calışdığım qayğıkeş həkim, peşəsinin vürğunu Tibb üzrə fəlsəfə doktoru, dossent Fatimə xanım Hacıyeva haqqında danışmaq çox xoşdur. Fatimə xanım bu gün əldə edilən uğurlara nail olmaq olma üçün sınaqlarla dolu çətin bir yol keçmişdir. Səbrli, dözümlü, zəhmətsevər insanlar əsrlər boyu özlərini təsdiqləyiblər. İnsanın ən ali keyfiyyəti, onun dözümlüyü və sərt əngəllərə qarşı qalib gəlməsidir. Fatimə xanım peşəsinin vurğun olmaqla yanaşı öz üzərində işləyən, yeniliklərə açıq olmaqla nəzəri və praktik bacarıqlarını elmi əsaslarla təsdiq etmişdir. İnsan kimi təmənnasız, qarşısındakı adamın kim olduğundan asılı olmayaraq ona kömək etmək, onu anlamaq, mərhəmət etmək kimi keyfiyyətlərin daşıyıcısı olan Fatimə xanım sağlam körpələrin dünyaya gətirən anaların vaxtında müəalcə almasına , onların qayğı ilə əhatə olunmasına çalışır.
İnsani dəyərlər həyatımızın bütün sahələrini tənzimləməklə bizim üçün müəyyən mənada yazılmamış qanunlar, əxlaq kodeksi rolunu oynayır . Həkimlik sənəti ən ülvi bir peşə, həkim müqəddəs bir şəxsdir. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərimizin sırasında bizim sevimli Fatimə Hacıyevada vardır. Onunla eyni kollektivdə çalışmaq, birgə səfərlərdə olamaq xoşdur. Dərin ağıllı, mütərəqqi adamlar loğmanla müqayisə edilmişlər. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca məsuliyyətlidir. Həkimliyi öyrənmək, əslində insanlığı öyrənməkdir. Fatimə xanım Hacıyevanın həyat və fəaliyyəti bunu deməyə əsas verir: Əsl həkim üçün təbabət yalnız sənət deyil, bütünlüklə onun həyatıdır. İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir.
Bizə necə gələ bilərsiniz ?
Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı
Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]