Sevinciniz sevincimiz, acınız acımız, dərdimiz birdir. Bizə daim doğma, əziz olan Türkiyəmiz.
1607 Baxış sayı / 09-02-2023 23:59

Bir neçə gündür ki hamı təlaş və həyəcan içərisindədir. Canı canımızla, qanı qanımızla bir, qəlbi qəlbimizlə döyünən qardaş bacılarımız, balalarımız böyük bir bəlanın təlatümünü yaşayır.
"Dədə Qorqud" Milli Fondunun Ağsaqqallar şurası və İdarə Heyəti, "Azərbaycan Dünyası" Beynəlxalq dərgisinin çoxsaylı oxucuları və şəxsən öz adımdan bütün Türk xalqına dərin hüznlə başsağlığı verirəm. Zəlzələdən əziyyət çəkən hər kəsə Böyük Allahdan rəhm və can sağlamlığı diləyirəm.
Biz Azəri xalqı olaraq hər zaman yanınızdayıq.