Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

ƏSRİN FACİƏSİ

733 Baxış sayı / 22-02-2023 20:39

Turkiyədə baş verən zəlzələ hamımızı sarsıtdı.

Böyük faciədir. Bəlkədə orada elə ailə oldu ki, əsli kökü kəsildi. Təskinlik üçün adam bilmir hansı sözü tapıb desin. Qəzadan qaçmaq olmaz. Bu acılı günlərdə, hər birinizə səbr diləməkdən,  mənəvi dəstək  olmaqdan başqa onsuzda əlimizdən heçnə gəlmir. Qanımız, canımız Türk qardaşlarımıza, Türk dövlətinə öz kədərimızi bildirir, dünyamızın sizlərlə başimıza uçduğu ağrıları bölüşərək başın sağ olsun, Türkiyəm deyirik! Biz Azərbaycan Türkləri Sizinləyik! Allah  Türk  Dünyasına səbr versin, qəddimiz əyilməsin. Həyat davam edir! Gələcəyimizi qorumaq üçün, yazıb, yaşayıb və yaratmalıyıq. Rəbbim Türkü qorusun. Allahım bu qəfil faciələrdən qorusun millətimizi, Amin.

Ölkəmizin prezidenti İlham Əliyev öz kədərini və baş sağlığı bildirmək üçün Türkiyənin Azərbaycandakı konsulluğuna getdi. Bununla bərabər Azərbaycanın diplomatik nümayəndələri zərər çəkənlərin ailəsinə başsağlığı üçün səfirliyə gələrək onların dərdləlrinə şərik olduqlarını bildirdilər.

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin fevralın 17-də keçirilən plenar iclasında çıxışı zamanı qeyd edib ki  “Həm dövlətlərarası, həm dövlət başçıları, həm də sadə insanlar səviyyəsində özünü göstərən doğmalıq və könül birliyi Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olması həqiqətini bir daha sübut etdi. Əminliklə demək olar ki, qüdrətli bir dövlət kimi Türkiyə, fəlakətin vurduğu yaraları tezliklə sağaldacaq və bu sınaqdan da şərəflə çıxacaq”.

       Azərbaycan xalqı Türkiyədə baş verən dəhşətli zəlzələni öz faciəsi kimi qəbul edərək fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək göstərmək üçün bütün imkanlarını səfərbər etmişdir.

       Səyyad Hüseynovun Türkiyədə baş vermiş təbii fəlakətlə bağlı yazdığı gəraylı insanda kövrək hisslər yaradır:

Qara yuxu məni basdı-

Bu nə yuxu, bu nə yasdı?

Zaman məni göydən asdı,

Gözlərimdə qan ağlaram.

 

Ölən mənim qardaşımdı,

Qalan mənim qardaşımdı,

Bacılarım, sirdaşımdı,

Edib həyəcan ağlaram.

 

Kim istərdi belə ola,

Hardan gəldi ani bəla?

Sayad ömrü tala- tala

Alışıb yanar ağlaram.

 

Və yaxud Aşıq Bəhmən demişkən:

 

Qəzadan qaçmaq olmaz

Qəza insanatı tənəbdan asar

Leyli  müşdü nahar cəhd elər kəsər

Əjdaha ayaqdan sərasər çəkər

Əlləşər barmağı bala yetişməz.

 

Gözlənilməyən acı xəbərdən sarsılmışıq... Günlərdir gözyaşımız selə dönüb... "Əsrin zəlzələsi" nəinki Türkiyənin, Azərbaycanın da ürəyini yaraladı... Amma inanırıq ki, qüdrətli Türkiyə Cümhuriyyəti bu bəlanın da öhdəsindən gələcək, bu çətin sınaqdan layiqincə, başı dik üzü ağ çıxacaq. Biz də hər zaman yanınızdayıq!

Vaxtsız dünyadan köçən tələbə gənclərimiz və zəlzələ nəticəsində dünyasını dəyişmiş həmyerlilərimiz də içində olmaqla, dünyasını dəyişən bacı-qardaşlarımıza Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Zəlzələnin sarsıntısından maddi olaraq hər şeylərini itirən bu insanlar mənəvi olaraq həm Tükiyənin həm də Azərbaycanın qüdrətinə inamlarını itirməyiblər.

 

 

 

 

BDU, Filologiya fakültəsinin “Dədə Qorqud” elmi tədqiqat laboratoriyasının müdiri, filologiya  üzrə  fəlsəfə  doktoru Almara Vəzir qızı Nəbiyeva

[email protected]

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]