Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Tarix yaradanlar...

4058 Baxış sayı / 10-04-2023 11:56

Tarix yaradanlar olmasa idi, tarix yazanlar da olmazdı. Dünyada nə çoxdur tarix haqqında yazanlar. Tarix haqqında yazanların ilham mənbəyi isə yaddaşlara həkk olunacaq tarixi yaradanlardır

Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyətlərdəndir.  Heydər Əliyevin ömrü Azərbaycanın iyirminci əsr tarixinə müdriklik, vətənpərvərlik, insanlıq, Azərbaycançılıq kimi bəşəri dəyərləri bəxş etməklə bərabər, həm də yeni tariximizdə xalq-rəhbər birliyinin yenilməzliyini həqiqətə çevirdi. Xalqına, dininə, dilinə, tarixinə, adət-ənənəsinə sadiq olanların daim yaşayacağını sübut etdi, bəşəriyyət, azad dünya, xoşbəxt gələcək üçün qurub yaradanların daim xatırlanacağını göstərdi.

Heydər Əliyev keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutmuş, çiyinlərində böyük bir ölkənin yükünü daşımışdır.

Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çox yazılıb, bundan sonra daha çox yazılacaqdır. Ancaq bu həyatın tarixi məqamlarını dönə-dönə insanlara çatdırmaq, qələmə almaq vətəndaşlıq borcu olmaqla bərabər həm də gələcək nəsillərə bir nümunədir.

Heydər Əliyev hər zaman öz doğma yurdunu,  vətənini, xalqını sülh,əminamanlıq,hüzur içində görmək istəyirdi. Düşünürəm ki, qismən də olsa istəyinə nail olmuşdur.  Tarix zamanın sınaqlarında, dolaylarında yaranır. Zaman dəyişsə də tarix əbədidir. Bu dünyada yeni bir tarix yaradan dahi insan Heydər Əliyev də əbədidir, ölməzdir. Nə qədər bəşəriyyət var, Azərbaycan, azərbaycançılıq var, müdrik insanları qiymətləndirənlər var. 

  Ulu Öndər Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuşdur.

 Heydər Əliyev yaşayır və yaşayacaqdır.

Qərbi Kaspi Universiteti (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin tələbəsi Sevinc Sayadova

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]