Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Şuşadan gətirdiyin bir ovuc torpaq mənim üçün qiyməti olmayan bir dəyərdir

14470 Baxış sayı / 08-11-2021 12:03

Prezidentin Vətənə, xalqına sevgisini hiss etmək istəyirsənsə Şuşaya get! Görəcəksən ki O, bütün çətinliklərə və təzyiqlərə baxmayaraq  vətənə, millətinə və xalqına olan sevgisi və sədaqəti sayəsində  bütün gücünü əsirgəmədən üzərinə düşən hər bir işin  öhtəsindən layiqincə gəlmişdir. Kiçik zaman müddətində mənfur düşmənin viranə qoyduğu torpaqlarımızın belə bərpa edilərək orada həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə möhtəşəm layihələrin həyata keçirilməsi bir dövlət başçısı üçün çox dəqiq düşünülmüş bir siyasətdir. Orada yolların salınması, zavodların tikilməsi, Füzuli rayonunda hava limanının tikilməsi və s. Işlər təqdirə layiqdir. Mən Prezident İlham Əliyevin bu sahədə atdığı hər bir addımı və gördüyü bütün işləri  ilə fəxr edirəm və Ona öz adımdan və bütün Türk Dünyası adından dərin minnətdarlığımı bildirirəm. Düşünürəm ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyev sözün əsl mənasında ilin siyasətçisi adına layidir.

30 illik həsrətdən sonra Qarabağa xüsusən də Şuşaya səfər etmək üçün şərait yaratdığına görə Azərbaycan Diaspora Komitəsinin sədri Fuad Muradova xüsusi minnətdarlığımı bildirirəm. Bu torpaqlara ayaq basmaq mənim üçün böyük şərəf oldu. Şuşada olarkən igid oğullarımızın necə böyük şücaət göstərdikləri bir daha göz önündə canlanırdı. Başa düşürsən ki, bizim mərd,cəsarətli, qəhrəmanlıqları heç yerə sığmayan igidlərimiz var. Onların bu qəhrəmanlıqları tarixə çevrilərək gələcək nəsillərimizə örnək olmalıdır. Biz onların qarşısında hər zaman baş əyərək , onlarla fəxr edəcəyik. Bütün bunları gələcək nəsillərə ötürmək bizim mənəvi borcumuzdur.

İnanıram ki, biz Azərbaycan vətəndaşı olaraq  gücümüz, birliyimiz , Vətənə və dostlarımıza  olan sədaqətimiz , sevgimiz sayəsində daha böyük qələbələrə imza ata billərik. Bizim buna gücümüz, quvvətimiz və hünərimiz var. Çünki biz məğlubedilməz Türk millətiyik. 

Bu gün Şuşadan gətirdiyin bir ovuc torpaq mənim üçün qiyməti olmayan bir dəyərdir. 

Eldar İsmayılov

 



Bizə necə gələ bilərsiniz ?

Dədə Qorqud Milli Fondu - Azərbaycan Dünyası jurnalı

Əlaqə telefonu: (050) 364-46-01 / Elektron poçt: [email protected]